Ərdoğanın sözçüsü Baydenin müşaviri ilə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

Ərdoğanın sözçüsü Baydenin müşaviri ilə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğannın sözçüsü İbrahim Kalın ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə telefon görüşməsi edib.

Azadmediatv.com Türkiyə KİV-nə istinadən xəbər verir ki,  İ.Kalınla C.Sallivan arasında gedən söhbət zamanı ikitərəfli əlaqələr, xüsusilə siyasi, iqtisadi və müdafiə məsələləri müzakirə obyekti olub.

Həmçinin, tərəflər arasında Ukrayna böhranı, Türkiyə və Ermənistan arasındakı normallaşma prosesi, eləcə də Azərbaycan – Ermənistan münasibətləri və digər regional məsələlər haqqında ətaflı fikir mübadiləsi aparılıb.

Tərəflər qeyd edib ki, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi, eləcə də Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olması regionun sabitliyi və rifahı üçün mühüm əhəmiyyət kəsb edir.

Azadmediarv.com





OXŞAR XƏBƏRLƏR