Bakıda güclü partlayış, 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb (YENİLƏNİB-6)

Bakıda güclü partlayış, 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb (YENİLƏNİB-6)

Bakıda partlayış baş verib. Azadmediatv.com-a hadisə şahidlərinin verdiyi xəbərə görə, partlayış Nizami küçəsində qeydə alınıb. Xəsarət alanlar var. Hadisə dağıntılara səbəb olub, mülki obyektlərə və avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım cəlb edilib.

Bakıda gecə klubunda baş verən partlayış zamanı xəsarət alanların bir qismnin adları məlum olub.

Bakının Səbayel rayonu, Tərlan Əliyarbəyov 13a ünvanında fəaliyyət göstərən gecə klubunda qeydə alınan hadisə zamanı Fətullazadə Ayxan Eldar oğlu (2001-ci il təvəllüdlü), Aslan Quliyev, Cəfərov Rauf Rüfət oğlu, Əsədzadə Rufanə Mais qızı, Məhərrəmov Ramil Ayətşah oğlu (1987-ci il təvəllüdlü), Əliyeva Sülhanə İlham qızı (1987-ci il təvəllüdlü) xəsarət alıblar. Yaralılar 1 saylı Şəhər Klinik Xəstəxanasına (Semaşko) yerləşdiriliblər. 

Partlayış zamanı xəsarət alan şəxslərin 6-sının vəziyyəti ağır, 12-sinin vəziyyəti orta ağır, 6 nəfərin isə stabil olaraq qiymətləndirilir.

TƏBİB-dən verilən məlumata görə, xəsarət alan digər şəxlər ambulator yardım alaraq buraxılıb.

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov yaralılara baş çəkərək, onların vəziyyəti ilə maraqlanıb.

Gecə klubunda yanğın və dağıntı ilə nəticələnmiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən həyata keçirilən axtarış-xilasetmə əməliyyatı başa çatıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerində həyata keçirilən kəşfiyyat tədbirləri nəticəsində dağıntılar altında aşkar olunmuş 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Axtarış-xilasetmə əməliyyatına FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim keçmiş axtarış itləri də cəlb olunub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım cəlb edilib. Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov da hadisə yerinə gəlib.

XXXXXX

Səbail rayonu, Tərlan Əliyarbəyov 9 ünvanında yerləşən gecə klubunda güclü partlayış baş verib. "Azəriqaz" İB-nin  hadisə yeində olan baş direktoru Ruslan Əliyevin sözlərinə görə,  hadisə propan qaz balonunun partlaması nəticəsində baş verib. Təhlükəsizlik məqsədilə ərazidə təbii qazın təchizatı dayandırılıb.

xxxxxxxx

Baş prokurorun birinci müavini Elçin Məmmədov hadisə yerindədir.

Qeyd edək ki, hadisə Səbayel rayonu, Tərlan Əliyarbəyov 9 ünvanında yerləşən gecə klubunda qeydə alınıb. İlkin məlumata görə, partlayış zamanı 1 nəfər ölüb, daha 24 nəfər xəsarət alıb.

Partlayış propan qaz balonunun partlaması səbəbindən baş verib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım cəlb edilib

xxxx

"3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğınla nəticələnən partlayış baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətinom yaydığı rəsmi məlumatda belə deyilir.

"Hazırda prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti orqanların nümayəndələri hadisə yerindədilər. Prokurorluğun müstəntiqləri və kriminalistləri tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilir.

İlkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İctimaiyyətə əlavə məlumat veriləcək", - Baş Prokurorluqdan əlavə edilib.

.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR