Qüdsi Osmanov minlərlə qaçqın soydaşımızın ümid yerinə çevrilib
Rusiyanın Ukraynaya təcavüzündən sonra müharibə səbəbindən qaçan azərbaycanlıların müəyyən bir hissəsi Moldovaya sığınırlar.
Azadmediatv.cöm-un xəbərinə görə, onlar burada Azərbaycanın Moldovadakı səfirliyinə sığınırlar. Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov isə minlərlə qaçqın soydaşımızın ümid yerinə çevrilib.
Belə ki, Qüdsi Osmanov azərbaycanlı qaçqınların problemləri ilə şəxsən məşğul olur, onların hər birinə diqqət və qayğı göstərir. Onların Azərbaycana, yaxud da digər ölkəyə keçmələrinə yardım edir. Ukraynadan qaçan soydaşlarımızın suallarına cavab verir, problemlərini həll etməyə çalışır.
Hazırda Ukraynadan məcburi köçkün olan həmvətənlərimizin yeganə ümidgahı Qüdsi Osmanov olduğundan onların hər biri dövlətimizə və səfirliyimizə təşəkkür edirlər.
Azadmediatv.cöm