Musavatçı  fəal iddia edir ki, onun intim görüntülərini yayacaqlarıyla təhdid edirlər -AKSİYA

Musavatçı  fəal iddia edir ki, onun intim görüntülərini yayacaqlarıyla təhdid edirlər -AKSİYA

Aprelin 5-də Müsavat Partiyasının üzvü Əziz Məmiyev Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) binası qarşısında etiraz aksiyası keçirib.

Azadmediatv.com xəbər verir ki, Ə.Məmiyev təqib və təhdid olunduğunu bildirib. Onun sözlərinə görə, tanımadığı şəxslər sosial şəbəkə üzərindən saxta profillər vasitəsiylə  müsavatçını təhdid edirlər: "Bir müddət əvvəl xarici nömrələr vasitəsilə, gizli nömrələr ilə mənə zəng edib ən əxlaqsız küçə söyüşləri ilə özümü, ailə üzvlərimi söyüb, təhqir edirdilər".

Ə.Məmiyev qeyd edib ki, Daxili İşlər Nazirliyinə  bu haqda müraciətlər etsə də, heç bir tədbir görülməyib. Musavatçı  fəal iddia edir ki, onun intim görüntülərini yayacaqlarıyla təhdid edirlər: "İndi də "səndə dəyərli olan bir şey var, az qalıb, səndən alacağıq onu" deyib təhdid edirlər. Bu hakimiyyət artıq bütün qırmızı xətləri keçdi". Aksiya zamanı Ə.Məmiyevi polis əməkdaşları saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev  Azadmediatv.com-a bildirib ki,  Əziz Məmiyev artıq sərbəst buraxılıb: "Onu narahat edən məsələlərlə bağlı ərizələr alınıb. Özü barəsində isə hər hansı inzibati icraat tətbiq olunmayıb".

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR