Cavanşir Feyziyevin şirkəti məhkəməyə verildi

Cavanşir Feyziyevin şirkəti məhkəməyə verildi

Qalmaqallarda adı hallanan millət vəkili Cavanşir Feyziyevə məxsus (qeyri-rəsmi) şirkətə yenidən cərimə protokolu yazılıb.

Azadmediatv.com  xəbər verir ki, “Avromed Company” barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, "Avromed Company” barəsində əvvəl də  eyni inzibati xəta ilə bağlı cərimə protokolu yazılıb. Bu iş Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin icraatına verilib.

Xatırladaq ki. “Avromed Company” 2002-ci ilin aprelindən fəaliyyətə başlayıb. Şirkət Azərbaycana xaricdən dərman gətirən şirkət kimi tanınınır.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR