“Nərmini öldürüb Kürə atdığım kimi, səni də öldürüb Kürə ataram” - əlavə  26 şahid dindiriləcək

“Nərmini öldürüb Kürə atdığım kimi, səni də öldürüb Kürə ataram” - əlavə 26 şahid dindiriləcək

Aprelin 20-də saat  14:00-da Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun məhkəmə prosesi davam etdirilib.
Azadmediatv.com
-un əməkdaşının məhkəmmədən verdiyi məlumata görə,prosesdə İ.Süleymanovun vəkili Əlibaba Rzayev vəsatət qaldıraraq iş üzrə istintaq zamanı ifadə verən 26 şahidin məhkəmədə dindirilməsini tələb edib. 

 Belə ki,  Cinayət Məcəlləsinin  120.2.4,120.2.6,120.2.9,133.2.1,  133.2.4 və 144.4-cü maddələri ilə təqsirləndirilən Süleymanov İlkin İbrahim oğlunun hüquqlarının  müdafiəçiləri,  Murtuzəli  Abbasov,  Zabil Qəhramannov və Əlibaba  Rzayev əlavə şahidlərin çağırılmasına dair məhkəməyə  16 bəndlik vəsatət veriblər.
Vəsatətdə   deyilir:
 "Hüquqlarını müdafiə etdiyimiz Süleymanov İlkin İbrahim oğlu Tovuz rayon Dondar Quşçu kənd sakini Quliyeva Nərmin Şərif qızının öldürülməsində təqsirli bilinərək, barəsində Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.9, 133.2.1, 133.2.4 və 144.4-cü maddələri ilə əsassız ittiham irəli sürülmüş və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.  Hazırda həmin işə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır.  Hazırki cinayət işi üzrə ibtidai araşdırma zamanı çox sayda şahidlər dindriilmiş və digər müxtəlif istintaq hərəkətləri aparılmışdır. Lakin prokurorluq tərəfindən təqdim olunmuş, məhkəməyə çağırılmalı olan şəxslərin siyahısında ibtidai araşdırma zamanı dindirilən şahidlərin yalnız 33 (otuz üç) nəfərinin adı qeyd olunmuş, iş üzrə mühüm əhəmiyyət kəsb edən məlumatlara malik olan və ibtidai araşdırma zamanı ifadəsi alınmış çox sayda şahidlərin adları isə həmin siyahıya daxil edilməmişdir.
 Misal üçün :

 1. Bakı İstintaq Təcridxanasında İlkin Süleymanovla bir otaqda saxlanılan təqsirləndirilən şəxslər, İsmayılov Rəvan Mətləb oğlu, Qəhrəmanov Baxşəli Abdulla oğlu, Həsənov Mehman Telman oğlu, Mirzəyev Raqif Rakif oğlu və Əliyev Eyvaz Tacir oğlu iş üzrə şahid qismində dindirilmiş, həmin şəxslərdən İsmayılov Rəvan Mətləb oğlu (cild-16, səh: 173-175) və Qəhrəmanov Baxşəli Abdulla oğlu (cild-19, səh:147-154) İlkin Süleymanovun əleyhinə ifadə vermiş, digər şahidlər isə, yəni Həsənov Mehman Telman oğlu (cild -18, səh: 248-251) və Mirzəyev ,Raqif Rakif oğlu (cild 19, səh: 78-81) isə İsmayılov Rəvan Mətləb oğlunun və Qəhrəmanov Baxşəli Abdulla oğlunun ifadələrini təksib etmişlər. Buna baxmayaraq, istintaq orqanı İsmayılov Rəvan Mətləb oğlunun və Qəhrəmanov Baxşəli Abdulla oğlunun ifadələrini əsas götürmüş, Həsənov Mehman Telman oğlunun və Mirzəyev Raqif Rakif oğlunun ifadələrini isə nəzərə almamış və həmin şəxslərin adlarını şahidlər siyahısına daxil etməmişdir. Buna görə də adlarını çəkdiyimiz həmin şəxslərin də məhkəməyə şahid qismində çağırılması vacibdir.

2. İş üzrə şahid qismində dindirilmiş, Tovuz rayonunun Dondar Quşçu kəndinin sakinləri Qasımov Qurban Yaqub oğlunun (cild 12, səh:-), Novruzov Hümbət Qəşəm oğlunun (cild 12, səh: 259-262) və Abdullayev  Aydın İbrahim oğlunun (cild-13, səh: 44-46) ifadələri ilə müəyyən edilir ki, Novruzov Hümbət Qəşəm oğlu 06 yanvar 2019-cu ildə, saat 18:55 dəqiqədə Abdullayev Aydın İbrahim oğluna məxsus olan “Kamaz” markalı avtomaşınla həmin kəndin digər sakini Qasımov Qurban Yaqub oğlunun həyətinə su gətirmiş və təqribən 10-15 dəqiqə ərzində Qasımov Qurban Yaqub oğlunun çəninə su vurmuşdur. Həmin vaxt kəndin digər sakini, Ələkbərov Altay Famil oğlu özünə məxsus olan jiquli markalı maşınla onların yanından ötərək, kəndə tərəf hərəkət etmiş, 10-15 dəqiqədən sonra
isə geri qayıtmışdır. İş üzrə şahid qismində dindirilmiş Dondar Quşçu kəndinin digər sakini Vəliyev Fazil Zakir oğlunun (cild 18, səh: 226-229) bu barədə verdiyi məlumatlar da həmin şəxslərin verdiyi məlumatlarla üst-üstə düşür. Lakin hazırki cinayət işi üzrə ibtidai istintaqda və məhkəmədə dindirilmiş Ələkbərov Altay Famil oğlunun ifadələrində qeyd olunan məlumatlar isə yuxarıda adları qeyd olunan həmin şəxslərin verdiyi məlumatlara uyğun gəlmir. Halbuki, istintaq orqanı mərhum Nərmin Quliyevanın cəsədinin İlkin Süleymanovun yaşadığı evin qarşısına atılmasının vaxtını və yandırılması müddətini müəyyən edərkən məhz Ələkbərov Altay Famil oğlunun verdiyi məlumatlara və həmin məlumatlarəsasında apardığı istintaq eksperimentinə əsaslanmışdır. Buna baxmayaraq, istintaq orqanı həmin ziddiyyətlərə aydınlıq gətirməmiş, həmçinin həmin şəxslərin adlarını məhkəməyə şağırılmalı olan şahidlərin siyahısına daxil etməmişdir. Buna görə də adlarını qeyd etdiyimiz həmin şahidlərinməhkəməyə çağırılması təmin edilməlidir. 

 3. İstintaq orqanının öz təşəbbüsü ilə şahid qismində dindirilmiş Tovuz rayonununun Dondar Quşçu kənd sakini Eminov Nicat Elçin oğlu ifadəsində (cild -8, səh:-100-103) bildirimişdir ki, 17 dekabr 2019-cu ildə Tovuz rayonunun Dondar quşçu kəndində, babası, Süleymanov İbrahim Salman oğlunun evində olmuş və toya geyinmək üçün, dayısına məxsus olan kostyumlardan birini götürmək məqsədi ilə həmin gün mərhum Nərmin Quliyevanın saxlanıldığı iddia edilən mənzilə daxil olmuşdur. Lakin həmin vaxt orada heç kimi görməmişdir. 

 4. İstintaq orqanının çağırışı ilə ifadəsi alınan digər şahid Eminov Xansuvar Elçin oğlu isə ifadəsində (cild-8, səh:- 107-110) bildirmişdir ki, -03 yanvar 2020-ci ildən babası, Süleymanov İbrahim Salman oğlunun evində qalmış, 04 yanvar 2020-də isə nənəsi, Süleymanova Gülnaz Şəmsəd qızının gödəkçəsini götürmək üçün Nərmin Quliyevanın saxlanıldığı iddia edilən mənzilə daxil olmuş, lakin orada heç kimi görməmişdir. 

 5. Dondar Quşçu kəndinin sakinləri Abdıyev Arif Qəzənfər oğlu (Sobanı quraşdıran usta, ifadəsi: cild 7, səh 141-143) və Qurbanov Əbülfət  Yaşar oğlu (Sobanı düzəldib satan şəxs, cild 7, səh 174-176) ibtidai istintaqa verdikləri ifadələrində bildiriblər ki, İlkin Süleymanovun atası İbrahim Süleymanovun evində quraşdırılan soba rənglənmiş vəziyyətdə ona satılmış və həmin vəziyyətdə də onun evində quraşdırılmışdır. Lakin prokurorluq həmin şəxslərin də adlarını şahidlər siyahısına daxil etməmişdir.

 6. İlkin Süleymanov Tovuz rayon Polis İdarəsində saxlanıldığı dövrdə qardaşı Süleymanov Bəhruz İbrahim oğlu ona dəfələrlə paltar və yemək aparmışdır. Onun İlkinə apardığı paltarlar arasında isti alt paltarı da olmuş və o, həmin paltarı Tovuz şəhərində, mağaza sahibi olan Əliyev Müslüm  Bayram oğlundan almışdır. İşdə olan lifli materialların ekspertizası üzrə rəydə isə Nərmin Quliyevanın paltarları üzərində həmin alt paltarına da aid liflərin aşkar olunduğu qeyd olunub. Halbuki bu mümkün deyildir. Lakin ibtidai istintaq tərəfindən bu faktla bağlı həmin şəxslərin ifadələri alınmayıb. Buna görə həmin şəxslərin də məhkəmədə dindirilməsinə ehtiyac vardır.

 7. Dondar Quşçu kəndinin sakinləri – məktəblilər Abdullayev Şamil  Novruz oğlu və Kərimov Elmir Zöhrab oğlu ibtidai istintaqa verdikləri ifadələrində (Clld -14, səh: 62-66) bildiriblər ki, onlar Nərmin Quliyeva itən günü, yəni 21 noyabr 2019-cu ildə, saat 15:30-dan 17:00-dək İlkin Süleymanovun yaşadığı evdə, onun bacısı İlhamə müəllimənin yanında,
məşğələdə olublar. Həmin şəxslərin ifadələri iş üçün mhüm əhəmiyyət  kəsb edir. Lakin prokurorluq onların da  adlarını məhkmədə dindirilməli olan şəxslərin siyahısına daxil etməyib. Hesab edirik ki, həmin şəxslərin də
məhkəmədə dindirilməsi olduqca zəruridir. 

 8. Dondar quşçu kəndinin sakini, Məmmədova Laləzar İlham qızı hazırki iş üzrə şahid qismində dindirilmiş  məktəblilər – Şəmsiyyə Abdıyevaya və Sevinc Abdullayevaya məşğələ keçən müəllimədir. Həmin məktəblilərin məhkəməyə verdiyi ifadələrdən aydın olur ki, onlar 21 noyabr 2019-cu ildə, saat 16:00-da məşğələdən çıxmış və evlərinə gedərkən  yolda Nərmin Quliyeva ilə qarşılaşmışlar. Nərmin Quliyevanın əmisi Lətif Quliyevanın evinə gəldiyi vaxtın dəqiq müəyyən edilməsi üçün əhəmiyyət kəsb etdiyinə görə Məmmədova Laləzar İlham qızının da  məhkəmədə şahid qismində dindirilməsinə ehtiyac vardır.

 9. Dondar Quşçu kəndinin sakinləri Əliyev Rüfət Hümbət oğlunun və onun arvadı Əliyeva Zahidə Oruc qızının verdiyi məlumata əsasən Nərmin Quliyevanın meyidi aşkar olunan gündən 2-3 gün əvvəl Nərminin əmisi Arif Quliyev onlara gələrək Nərminin meyidinin onların qapılarına  atıla biləcəyi barədə xəbərdarlıq etmiş və onlara ehtiyatlı olmalarını
tövsiyyə etmişdir. Bu məsələyə aydınlıq gətirilməsi cinayət işinə obyektiv hüquqi qiymət verilməsi üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Buna görə həmin şəxslərin də məhkəmədə şahid qismində dindirilməsi
zəruridir.

 10.  Dondar Quşçu kəndinin sakinləri Süleymanov Rüstəm Hüseyn oğlu və Əliyev Gündüz Saleh oğlu bildirilər ki, Nərmin Quliyeva itəndən bir neçə gün sonra istintaq orqanı tərəfindən Şərif Quliyevin həyətində və ətrafda axtarış aparılmış və onlar hal şahidi kimi ora dəvət eolunublar. Axtarış zamanı orada tük, bıçaq və qanlı uşaq alt paltarları aşkar edilib. Lakin protokolda yalnız bıçaq və tük qeyd olunub, qanlı uşaq alt paltarları isə qeyd olunmayıb. Bundan başqa, həmin şəxslər hal şahidi qismində dəvət olunsalar da sonda onlar protokolu imzalamağa dəvət olunmayıb.
Hesab edirik ki, bu fakt da hazırki cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edir. Buna görə də həmin şəxslər də məhkəmədə dindirilməlidirlər. 

 11. Dondar Quşçu kəndinin sakinləri Həsənov Hilal Tofiq oğlu və Vəliyev Tofiq Qara oğlu meyidin aşkar edildiyi yerin müayinəsi zamanı hal şahidi kimi iştirak etmiş və müayinə zamanı hadisə yerindən çox sayda kibrit dənələrinin aşkar olunduəunun şahidi olmuşlar. Lakin hadisə yerinin müayinə protokolunda həmin kibrit dənələrinin yalnız biri qeyd
olunmuşdur. Digər kibrit dənələri barədə məlumatlar isə müayinə protokoluna daxil edilməmişdir. Bu məlumat da hazırki cinayət işi üçün mühüm əhəmiyyət kəsb edir. Buna görə həmin şəxslərin də məhkəmədə şahid qismində dindirilməsinə ehtiyac var. 

 12. N.Quliyevanın meyidinin aşkar olunduğu yerdə onun atası Şərif  Quliyev tərəfindən aparılan qazıntı və Tovuz rayon Polis İdarəsinin sabiq rəisi Şirzad Əsgərovun hazırki cinayət işi ilə əlaqədar İlkin Süleymanov və onun qohumları barədə yol verdiyi qanunsuzluqlarla əlaəqdar İlkin Süleymanovun əmisi Süleymanov Hüseyn Salman oğlunun da şahid qismində dindirilməsini zəruri hesab edirik.

 13. Quliyeva Nərmin Şərif qızının nənəsi İsmayılova Minayə İsmayıl qızı və onun digər ailə üzvləri 27.01.2020-ci il tarixdə Azərbaycan Respublikasınını Prezidentinə ərizə yazaraq (cild 8, səh-12-13) İlkin Süleymanovun bu cinayət hadisəsi ilə heç biri əlaqəsinin olmadığını və əsl qatillərin tapılması ilə bağlı tədbirlər görməsini xahiş edib. Bundan başqa, o, kütləvi informasiya vasitələrində çıxış edərək Nərmin Quliyevanın itməsində onun əmisi Lətif Quliyevi və digərlərini təqsirli hesab edib.   Bundan başqa, M. İsmayılova istintaqa verdiyi ifadəsində Şərif Quliyevlə qızı Aynurə İsmayılova arasında ciddi münaqişlərin olması barədə məlumat verib. Lakin həmin münaqişənin səbəbləri istintaq orqanı tərəfindən araşdırılmayıb. Yəni həmin münaqişənin Nərmin Quliyeva ilə hər hansı əlaqəsinin olub-olmadığı müəyyən edilməyib. Hesab edirik ki, bu məsələlərə aydınlıq gətirilməsi üçün onun da məhkəmədə şahid qismində
dindirilməsinə ehtiyac var. 

 14. Dondar Quşçu kəndinin sakini, Nərmin Quliyevanın əmisi oğlu Quliyev Ruslan Lətif oğlunun 21 noyabr 2019-cu ildə harada olması ilə bağlı onun yaxın qohumlarının həm ibtidai istintaqa, həm də məhkəməyə verdikləri ifadələr arasında ciddi ziddiyyətlər var. O, ibtidai istintaq tərəfindən şahid qismində dindirilsə də prokurorluq onun da adını
məhkəməyə çağırılan şəxslərin siyahısına daxil etməmişdir. Qeyd olunan ziddiyyətlərin aradan qaldırılması üçün o da məhkəməyə şahid qismində dəvət olunmalıdır. 

 15. Tovuz rayonunun Dondar Quşçu kəndinin sakini Abdullayeva Anarə Vəlixan qızı istintaqa verdiyi ifadəsində (cild-5, səh: 1-5) bildirib ki, Tovuz rayonunun Dondar Quşçu kand sakini Nuruyev Ceyhun Polad oğlu 19 dekabr 2019-cu il tarixdə ona təcavüz etmiş və həmin vaxt ona hədə qorxu gələrək bildirmişdir ki, - “Nərmini öldürüb kürə atdığım kimi, səni də öldürüb kürə ataram” Bu ifadə hazırki cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün Abdullayeva Anarə Vəlixan qızının şahid qismində məhkəməyə çağırılması olduqca vacibdir. 

 16. Bundan başqa, iş üzrə ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş (cild 13, səh: 182-184) Dondar Quşçu kəndinin sakini, Həsənov Rövşən Tapdıq oğlu bildirir ki, ondan ifadə alınan zaman İlkin Süleymanovun 06 yanvar 2020-ci il tarixdə Tovuz rayon Polis Şöbəsinə aparılaraq, orada saxlanıldığını bildirdiyi halda, ifadə alan müstəntiq onun dediklərini saxtalaşdıraraq, dindirmə protokoluna İlkin Süleymanovun guya 10 yanvar 2020-ci ildə saxlanıldığını dediyi barədə yalan məlumat daxil etmişdi. Protokolla tanış olduqdan sonra o, müstəntiqdən həmin protokolda düzəliş edilməsini tələb etmiş, lakin müstəntiq dindirmə protokolunda müvafiq düzəliş etmək əvəzinə həmin protokolu cırıb
atmışdır. Hesab edirik ki, bu fakt da iş üzrə mühüm əhəmiyyət kəsb edir və buna görə Həsənov Rövşən Tapdıq oğlunun da şahid qismində məhkəməyə çağırılması vacibdir.

 Yuxarıda qeyd olunanlara və Cinayət Prosessual Məcəlləsinin 92.9.6-cı maddəsinə əsasən,
 Xahiş edirik :

 Aşağıda adları qeyd olunmuş şəxslərin məhkəməyə şahid qismində
çağırılmasını təmin edəsiniz: 

1. Mirzəyev Raqif Rakif oğlu, 
2. Əliyev Eyvaz Tacir oğlu, 
3. Həsənov Mehman Telman oğlu,
4. Qasımov Qurban Yaqub oğlu, Tovuz rayonunun Dondar Quşçu kənd
sakini ;
5. Novruzov Hümbət Qəşəm oğlu, Tovuz rayonunun Dondar Quşçu kənd
sakini ;
6. Abdullayev Aydın İbrahim oğlu, Tovuz rayonunun Dondar Quşçu kənd
sakini ;
7. Vəliyev Fazil Zakir oğlu, Tovuz rayonunun Dondar Quşçu kənd sakini ;
8. Eminov Nicat Elçin oğlu - Tovuz rayonunun Dondar Quşçu kənd sakini ;
9. Eminov Xansuvar Elçin oğlu - Tovuz rayonunun Dondar Quşçu kənd
sakini ;
10.Abdıyev Arif Qəzənfər oğlu - Dondar Quşçu kəndinin sakini.
11.Qurbanov Əbülfət Yaşar oğlu - Tovuz şəhəri, Eldəniz Quliyev küçəsi.
12.Süleymanov Bəhruz İbrahim oğlu – Dondar Quşçu kəndinin sakini;
13.Abdullayeva Anarə Vəlixan qızı - Tovuz rayonunun Dondar Quşçu
kəndinin sakini ;
14.Məktəbli, Abdullayev Şamil Novruz oğlu – Dondar Quşçu kəndinin
sakini;
15.Məktəbli, Kərimov Elmir Zöhrab oğlu - – Dondar Quşçu kəndinin sakini;
16.Məmmədova Laləzar İlham qızı - Dondar Quşçu kəndinin sakini ;
17.Əliyev Rüfət Hümbət oğlu - Dondar Quşçu kəmdinin sakini ;
18.Əliyeva Zahidə Oruc qızı - Dondar Quşçu kəmdinin sakini ;
19.Süleymanov Rüstəm Hüseyn oğlu - Dondar Quşçu kəndinin sakini;
20.Əliyev Gündüz Saleh oğlu - Dondar Quşçu kəndinin sakini;
21.Həsənov Hilal Tofiq oğlu – Dondar Quşçu kəndinin sakini;
22.Vəliyev Tofiq Qara oğlu - Dondar Quşçu kəndinin sakini;
23.Süleymanov Hüseyn Salman oğlu - Dondar Quşçu kəndinin sakini ;
24.İsmayılova Minayə İsmayıl qızı - Dondar Quşçu kəndinin sakini ;
25.Quliyev Ruslan Lətif oğlu - Dondar Quşçu kəndinin sakini ;
26.Abdullayeva Anarə Vəlixan qızı - Dondar Quşçu kəndinin sakini ;
27.Həsənov Rövşən Tapdıq oğlu - Tovuz rayonunun Dondar Quşçu kənd
sakini.

Xatırladaq ki, məhkəmə vəsatətlərin böyük əksəriyyətini təmin edib, bir qismini isə baxılmamış saxlayıb.
Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR