Polisin qətlə yetirdiyi  nişanlısı Günay Cabbarova iki uşaq anası imiş

Polisin qətlə yetirdiyi  nişanlısı Günay Cabbarova iki uşaq anası imiş

Aprelin 22-də  Bakının Nərimanov rayonunda Xəzər Rayon Polis İdarəsinin İsitntaq şöbəsinin müstəntiqinin qətlə yetirdiyi  nişanlisi olduğu iddia edilən Günay Cabbarova iki uşaq anası imiş. 

Azadmediatv.com-un araşdırmasına görə, bu haqda Günay Cabbarovanın qonşuları bildirib. Məlum olub ki, hadisənin baş verdiyi Nərimanov rayonu Qarabağ küçəsi, 26 ünvanında həmin vaxt silah səsləri eşidilib. Hadisənin baş verdiyi mənzil isə Günay Cabbarovanın atası evi olub.

Qonşuların söylədiyinə görə, G. Cabbarova əvvəllər ailəli olub. Onun 3 və 5 yaşlarında iki övladı var. Mərhumun valideynləri  xeyli əvvəl dünyalarını dəyişiblər. Polis mayoru T. Aslanov isə subay olub.

Qeyd edək ki, Xəzər Rayon Polis İdarəsinin İsitntaq şöbəsinin müstəntiqi, mayor Tural Aslanov G.Cabbarovanı  öldürüb daha sonra intihar etməzdən öncə  gecə növbəsində xidmətdəymiş. Belə ki, o, Xəzər Rayon Polis İdarəsinin İsitntaq şöbəsinin müstəntiqi olaraq  aprelin 21-i axşam saatlarından başlayaraq 22-si səhərə kimi idarədə növbətçi olub.  T.Aslanov aprelin 22-si  səhər saat 9:00 radələrində növbəsini təhvil verərək, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Polis İdarəsini tərk edib. Daha sonra  şəxsi avtomobili ilə Nərimanov rayonu Qarabağ küçəsində yaşayan nişanlısı Günay Cabbarovanın yaşadığı mənzilə gedib. Burada G.Cabbarovanı qətlə yetirən Tural Aslanov daha sonra intihar edərək öz  həyatına da son qoyub. T.Aslanov daha əvvəl Şamaxı və Qaradağ rayonlarının Polis İdarələrində müstəntiq vəzifəsini daşıyıb.

Xatırladaq ki,  Bakıda polisin nişanlısını öldürərək intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb. Baş Prokurorluqdan  verilən məlumata görə, faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (intihar həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb. 
Hazırda hadisə yeri müayinə edilməklə zəruri istintaq hərəkətləri davam etdirilir. 

Bu, ölkədə polis əməkdaşının xidməti silahi ilə  həyat yoldaşını qətlə yetirdiyi ilk hadisə deyil.

 

Azadmediatv.com