Bakıda polis polisi güllələyib - ÖZƏL

Bakıda polis polisi güllələyib - ÖZƏL

Aprelin 22-də Xəzər rayon Polis şöbəsinin əməkdaşı, müstəntiq, polis mayoru 1989-cu il təvəllüdlü Tural Aslanov Nərimanov rayonu ərazisindəki evlərin birində qısqanclıq zəminində  nişanlısı kimi təqdim edilən sevgilisi  Günay Cabbarovanı qətlə yetirib. O daha sonra intihar edib.

Azadmediatv.com polisin sevgilisini öldürüb, daha sonra intihar etməsi ilə bağlı yeni məlumat əldə edib.

 Belə ki, qətlə yetirilən Günay Cabbarova Daxili İşlər Nazirliyi Tibb İdarəsində  həkim vəzifəsində çalışıb.  Mərhum serjant rütbəsini daşıyan uroloq imiş.

Qeyd edək ki,  Xəzər rayon Polis şöbəsinin əməkdaşı, müstəntiq, polis mayoru 1989-cu il təvəllüdlü Tural Aslanov Nərimanov rayonu ərazisindəki evlərin birində qısqanclıq zəminində tanışı Günay Cabbarovanı qətlə yetirib. O daha sonra intihar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) və 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir. 

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR