Sirac Abışov və Məhərrəm İbrahimovun anım günüdür

Sirac Abışov və Məhərrəm İbrahimovun anım günüdür


İyunun 4-ü jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimovun anım günüdür. 

Azadmediatv.com xəbər verir ki, 2021-ci il iyunun 4-də səhər saatlarında xidməti vəzifələrini yerinə yetirərkən işğaldan azad edilmiş Kəlbəcər rayonu ərazisində şəhid olublar. Belə ki, həmin gün bir qrup jurnalistin əyləşdiyi “KamAZ” markalı sərnişin avtomobili rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.

Hadisə nəticəsində 3 nəfər - AZƏRTAC-ın müxbiri M.İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olublar.
Xatırladaq ki, ölümündən sonra M.İbrahimov və Sirac Abışov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.
Allah rəhmət eləsin...
Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR