AXCP Bərdə rayon şöbəsinin sədri Çapay Sadıqlı qətlə yetirilib - YENİLƏNİB

AXCP Bərdə rayon şöbəsinin sədri Çapay Sadıqlı qətlə yetirilib - YENİLƏNİB

AXCP-nin Bərdə rayon şöbəsinin sədri Çapay Sadıqlının qətli şəxsi münasibətlər zəminində baş verib. 

Azadmediatv.com-a Baş Prokurorluqdan  verilən məlumata görə,  iyunun 26-sı saat 16 radələrində Bərdə rayonu ərazisində 1954-cü il təvəllüdlü Çapay Sadıqlının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalar bəricəsində məlum olub ki, zərərçəkənin tanışı 1968-ci il təvəllüdlü Xazər Məmmədovla şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Çapay Sadıqlıya kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Xazər Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

xxxxxx

17:10

İyunun 26-da AXCP-nin Bərdə rayon şöbəsinin sədri Çapay Sadıqlı qətlə yeririlib.

Azadmediatv.com xəbər verir ki, hadisə Bərdə rayonunun Samux kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1954-cü il təvəllüdlü Çapay Sadıqlı ilə 1968-ci il təvəllüdlü Xazər Məmmədov arasında hazırda məhkəmə çəkişməsində olan 2 hektarlıq torpaq sahəsi üstündə mübahisə yaşanıb.

 X.Məmmədov Ç.Sadıqlını dəryazla vuraraq ona xəsarətlər yetirib. Çapay Sadıqlı aldığı xəsarətlərdən ölüb.

Azadmediatv.com-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,  Bərdə RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Xazər Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Onun barəsində cinayət işi başlanıb. Qeyd olunub ki, Çapay Sadıqlının ölümündə hər hansı siyasi motiv yoxdur.

Ç.Sadıqlı AXCP-nin Bərdə rayon şöbəsinin sədri kimi tanınıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Azadmediatv.com
 





OXŞAR XƏBƏRLƏR