Qorxmaz Quliyev:

Qorxmaz Quliyev: "Ayxan və Nərmin həyətdə olan hamam otağına keçib..." - İFADƏ

2019-cu il noyabrın 21-də Tovuzun Dondar Quşçu kəndində nənəsi və əmisinin evindən naməlum şəkildə itkin düşən 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam edir.

Azadmediatv.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə  cinayət işi üzrə  sənədlərin tədqiqi mərhələsi başlasa da hələlik araşdırma prosesi iyulun 13-dək təxirə salınıb.

Azadmediatv.com  məhkəmə prosesində ifadələrində hədsiz ziddiyəylər olan şahidlər arasında N.Quliyevanın ailə üzvlərinin, yaxınlarının və qohumlarının ittiham aktına istinadən   istintaqa verdiyi ifadələri təqdim edir. Onlardan biri də Nərminin bu işdə adı daha çox hallanan əmisi oğlu Qorxmaz Quliyevdır.

Belə ki, şahid qismində dindirilmiş  Quliyev Qorxmaz Asif oğlu ifadə verərək göstərib ki, Tovuz rayonu Dondar Quşçu kənində anadan olub, uşaqlıq illərindən ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayır və Nərmin Quliyeva Dondar Quşçu kəndindhə yaşayan əmisi Şərif Quliyevin ortancıl qızıdır.  20 noyabr 2019-cu il tarixdə Dondar Quşçu kəndində yaşayan əmisi Arif Quliyevin qızı Günayın toyu olub, toy məclisi rayonun Aşağı Quşçu kəndində yerləşən "Fidan" Şadlıq Sarayında keçirilib. Həmin toy məclisində atası Asif Quliyev başda olmaqla ailələrinin bütün üzvləri, yəni atası, anası, qardaşı Elşad və özü iştirak edib. Toy məclisi lazımi qaydada keçib, hər-hansı bir narazılıq, xoşagəlməyən hadisə baş verməyib, toydan sonra o və ailə üzvləri Dondar Quşçu kəndində yaşayan Lətif əmisinin evinə gedib orada qallblar. 21 noyabr 2019-cu  il tarixdə səhər saat 08-00 və ya 09-00 radələrində yuxudan durub, bu vaxt atası Asif Gəncə şəhərinə yola düşüb, özü, anası və qardaşı  Lətifin evində qalıb, daha sonra Bakı şəhərindən toya gələn qohumlar evlərinə gediblər. Bundan sonra o, Lətif əmisinin evinə qayıdıb, anası  və digər qadınlar isə  kömək etmək məqsədilə yaxınlıqda yaşayan Arif əmisinin evinə gediblər. Evdə olan Lətif əmisi öz otağında yatıb, nənəsi Leybə isə onun olduğu otaqda yatıb.  Evdə o və əmisi  Lətifin kiçik oğlu Ayxan olub. Həmin gün evdə olarkən saat 14-00, 15-00 radələrində Lətif əmisinin evinə  Şərif əmisinin ortancıl qızı Nərmin gələrək Ayxanla onun olduğu otağa daxil olub əmisi Arifin gödəkçəsini onların evlərinə verib və atası Şərifin Lətifin evində olan gödəkçənin dalınca gəldiyini onlara bildirib. Sonra Ayxan və Nərmin həyətdə olan hamam otağına keçib, orada olan əmisi Şərifin gödəkçəsini götürüb, Nərmin Ayxana müraciət edərək selofan paketi istəyib, az bir müddətdən sonra Nərmin eşikdən Ayxanı səsləyərək selofan torbasının lazım olmadığını ona bildirib. Həmin vaxt o, otaqda olan çarpayın üzərində uzanıb, Ayxan və Nərmin həyətə çıxarkən onlarla çıxmayaraq otaqda qalıb,  Nərminin həyətdən çölə çıxdığını görməyib, otağa daxil olan Ayxanın dediklərindən ona artıq Nərmin həyətdən çölə çıxıb getməsi məlum olub. Nərminin Lətif əmisinin yaşadığı evinin həyətindən çıxdıqdan sonra konkret olaraq haraya getməsini görməyib, bu barədə hər-hansı bir məlumatı olmayıb. Nərmin həmin vaxt otağa daxil olarkən onun kefi normal olmaqla hər-hansı bir narazıçılıq barədə  ona və Ayxana bir söz deməyib. Nərminin həmin gün hansı paltar geydiyni konkret olaraq xatırlamasa da, lakin üzərində qırmızı rəngli gödəkçənin və başında papağın olduğunu dəqiq xatırlayır, lakin başında olan papağın rəngini dəqiq xatırlamır. Nərmin təxminən 1-2 dəqiqə müddətində onun olduğu otaqda və evin həyətində olub, onunla gödəkcə və Ayxanın məktəbə getməməsi ilə bağlı mövzudan başqa hər-hansı bir söhbətim olmayıb. Nərmin evdən çıxıb getdikdən sonra onun barəsində hər-hansı bir məlumatım olmayıb. Nərmin onun olduğu evə gələn zamanı əmisi Lətif qonşu otaqda yatıb və Nərminin gəldiyini görməyib, nənəsi Leybə də Nərmini görməyib. Nərmin çıxıb getdikdən təxminən 1,5-2 saatdan sonra onun böyük bacısı Şəbnəm qaldığı otağa girərək Nərminin evə gəlməməyini bildirib onun harada olması ilə maraqlanıb. Həmin vaxt nənəsi Leybə yuxudan artıq oyanmiş və Şəbnəmin  gəldiyini görüb, əmisi Lətif isə yatırmış. O, Şəbnəmə Nərminin onlara  bir müddət qabaq gəldiyini, atasının gödəkçəsinin götürdüyünü və çoxdan çıxıb evə getdiyini bildirib. Şəbnəm evdən çıxıb yaxınlıqda olan əmisi Arifin evinə getdiyini olduğu otağın pencərəsindən görüb, az bir müddətdən sonra isə  Şəbnəmin tək Arif əmisinin evindən əlində sumka ilə çıxaraq evləri istiqamətinə getdiyini görüb. Az bir müddətdən sonra qaldığı əmisi Lətifin evinə  Şərif əmisi gəlmiş və o, qardaşı Elşad, əmiləri Lətif, Şərif, Yusif, əmisi Yusifin kürəkəni Elşad, əmisi Arifin oğlu  Elməddin, qonşular Yusif, Eldar, Hacı, Həmdəm, qohumları Azər, qadınlardan Yusif əmisinin arvadı Təranə və qızı Aytac, Lətif əmisinin arvadı Leyla, bibisi Sədaqət Arif əmisinin yeni qudasının rayonun Aşağı Quşçu kəndində olan evinə "ciyər axşamı" adlanan qonaqlığa geciblər. Həmin vaxt əmisi Şərif qızı Nərminin itkin düşməsi barədə ona bir söz deməmiş, saat 21-00 radələrində kənddə qayıtdıqdan sonra hərə öz evinə getmiş, o, və qardaşı Lətif əmisinin evinə qayıdır. Bundan sonra həmin gün saat 22-30 radələrində evə Şərif əmisi və qızı Şəbnəm gələrək Nərminin itkin düşməsini bildirmiş, sonrada əmisi Şərif Azərbaycan Respublikası DİN-nin «102» xidmətinə zəng edərək qızının  itməsi barədə xəbər verib.
Qeyd edək ki, Q.Quliyevin də məhkəmədəki ifadəsində kəskin ziddiyyətlər olub.

Azadmediatv.com