Tanınmış jurnalist vəfat edib

Tanınmış jurnalist vəfat edib

Tanınmış jurnalist Araz Zeynalov uzun sürən ağır xəstəlikdən vəfat edib.

Azadmediatv.com  Araz Zeynalov  son illər Vesti.az saytının baş redaktorunun müşaviri  vəzifəsində  çalışıb.

A.Zeynalov rusdilli vesti.az saytının ilk baş redaktoru olub. O, uzun illər vesti.az saytına rəhbərlik edib. Xəstəlik iş imkanlarını məhdudlaşdırdığından bir müddət sözügedən saytda baş redaktorunun müşaviri olub.

Qeyd edək ki, Araz Zeynalov uzun illər jurnalist fəaliyyəti ilə məşğul olub. O, "Azərbaycan gəncləri", "Panorama", "Kaspiy" qəzetlərində çalışıb.

Allah rəhmət eləsin!

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR