Ecofront Haftoniylə bağlı həyəcan təbili çalıb

Ecofront Haftoniylə bağlı həyəcan təbili çalıb

"Hirkan meşələrində daha konkret Haftoni meşəsində davam edən dağıdıcı kənd təsərrüfatı layihəsi ilə bağlı UNESCO-ya müraciət etmək qərarına gəldik".
Azadmediatv.com
 xəbər verir ki, bu haqda "Ecofront" məlumat yayıb.
Məlumatda bildirilib ki, Hirkan meşələri UNESCO-nun ümumdünya təbii irs siyahısına daxil edilmiş dünya əhəmiyyətli 218 təbiət abidəsi və ekosistemdən biridir. 
"Ecofront olaraq biz ölkəmizdə baş verən ekoloji qanunpozuntularına dağıdıcı fəaliyyətlərə qarşı mübarizə apararkən beynəlxalq təşkilarlara müraciət etməyə və dünya mediyasına çıxmağa tələsmirik. Amma bunu edəcək qədər savadımız və peşəkar əlaqələrimiz var əmin olun. İlk dəfə Acınohurda qanunsuz ov düşərgəsi zamanı ETSN nin bu günki komandasının günlərlə müstəsna həyasızlıqla bu cinayətləri təkzib etməsi bizi buna məcbur etmişdi və dərhal da nəticəsini gördük. 
Bu dəfə də ETSN in dağıdıcı sahibkarların quluna çevrilməsi və Baş Prokurorluğun biganəliyi bizi buna vadar edir. Məhkəmə getdiyi müddətdə belə sahibkarın faliyyətini dayandıra bilmirlər. İşləri davam etdirib cəmiyyəti fakt qarşısında qoymaq istəyirlər. Ölkəmizin adının bu cür hallanması qürurverici bir şey deyil. Amma gəlin bunun mənəvi yükünü ETSN və Baş Prokurorluqla birgə daşıyaq. 
Xatırladaq ki, 2020-ci ildə Haftoni meşəbəyliyin 150 hektar Hirkantipli düzən meşə ərazisində təxminən 90 hektar meşəlik məhv edilərək aqrobağ salınması üçün işlərə başlanmışdır. Bizim müdaxiləmizdən sonra işlər yarımçıq dayandırılsa da hər fürsətdə sahibkar işləri davam etdirməkdə israrlıdır. Asfalt Raqib ləqəbli şəxsdir. El dilində Lənkəran Asfalt zavodun sahibi və ya Lənkəran Yol Tikinti ASC nin sədri. 
ETSN naziri Muxtar Babayev bu il ərazidə baş tutan audit yoxlamasının nəticəsinə əsasən müqaviləyə xitam verilməsinə əmr versə də yuxarıdan təzyiq gələndən sonra əmri göydə qalıb. Audit yoxlamasının nəticəsinə görə Asfalt Raqib müqavilədə “razılaşdırılan” 100 hektardan da əlavə 30 hektar meşə fondu torpağını da zəbt edərək məhv edib. Təsəvvür edirsiz 30 hektar da əlavə. Konkret bazar. Bu hələ nazirliyin yoxlamasıdır. 
Sahibkar da zarafarcıl adamdır. Deyir 30 hektarı səhvən məhc etmişik gəlin smeşə fonduna başqa yerdən 30 hektar yer alaq verək. Oğlu mənlə danışanda təklif edib. Yəni “səhvən” məhv etdikləri 30 hektardan da çıxmaq fikirləri yoxdur o ki qaldı meçə salmaq adı ilə müqavilə ilə götürdükləri 100 hektardan. Sahibkar 100 hektara görə toplam illik 2600 manat icarə haqqı ödəyir. Bakıda yaxşı mənzilin kirayəsi. Hektarı ilə 26 manat. Zarafatsız. 
Hazırda nazirliklə sahibkar arasında məhkəmə işləri gedir. Nazirliyin ortaya çıxası bir hüquqşünası vəkili yoxdur onsuz da və məsələ yuxarıdan həll edilib deyə sahibkar razılaşdırılmış məhkəmələri udub deyilənə görə. Deyilənə görə ona görə ki, ETSN bazardır. Bu barədə rəsmi açıqlama vermir. 
Ps. Hirkan meşələri İranın ardıcıl səyləri nəticəsində UNESCO-nun ümumdünya təbii irsi siyahısına salınmışdır. Azərbaycandan olan işçi qrup ortaya iş çıxara bilməmişdi".

Возможно, это изображение карта и текст «Lankaran. Haftoni 150 ha arazida taqriban 90 ha kolluq va meşalik mahv edilib 2019 2020 ec»
Azadmediatv.com 





OXŞAR XƏBƏRLƏR