Uzağı 15 dəqiqəlik məsafəni Nərmin Quliyeva  niyə 50 dəqiqəyə qət edib? -ARAŞDIRMA

Uzağı 15 dəqiqəlik məsafəni Nərmin Quliyeva niyə 50 dəqiqəyə qət edib? -ARAŞDIRMA

Xeyli müddətdir ki, Tovuz rayonunun Dondar Quşçu kəndində 2019-cu il noyabrın 21-də əmisi Lətif və nənəsi Leybə Quliyevlərin evindən müəmmalı şəkildə "qeybə çəkilən", 47 gün sonra yandırılmış meyiti tapılan 10-yaşlı Nərmin Quliyevanın məhkəmə prosesi gedir.  Prosesdə şahidlərin dindirilməsindən sonra sənədlərin tədqiqi mərhələsi başlayıb. Proses bu gün də davam edəcək.

Gərgin iş prosesində həm məhkəmə heyəti, həm də müdafiə tərəfi bu qətl hadisəsinin açılması üçün əlindən gələni edir.  Paralel olaraq mətbuat nümayəndələri də  prosesi ədalətli işıqlandırmağa çalışırlar.

Sənədlərin tədqiqi mərhələsi zaman cinayət işinin cildlərini dəfə-dəfə yenidən oxuyur, şahidlərin izahatından tutmuş ifadələrinədək bir-bir incələyib "зацепка" axtarıram.  Bütün diqqətim hər dəfə balaca qızı sonuncu görən əmioğlularda dayanır. Əvvəlcə Ayxan və Qorxmaz Quliyevlərin üzərində çox dayansam da, daha sonra özü hadisə yerində olub, adı cinayət işində keçməyən, (baxmayaraq ki, Nərmiinin gündəliyində adı sevgi etirafında keçən əminəvəsinin haqqında yazdıqlarını tədqiqatçı öz qələmiylə yenidən yazıb, protokollaşdırıb. -red: G.Q)  Ruslan və Renat haqqında əsaslı heç nə yoxdur.  Sanki bir əl bu iki əmioğlunu cinayət işindən uzaqda tutub. Yalnız məhkəmə araşdırması zamanı üzərlərində dayanılıb. Yəqin ki, şahid qismində prosesə gətirilərlər.

Bəli, Nərmini son görən qohumları əmisi oğlanları olub.  Onların təkrar məhkəmədə verdikləri ifadə həmişə ziddiyyətli olub və bunu həm təcrübəli və peşəkar məhkəmə heyəti, həm də öz işlərinin ustası olan müdadiə tərəfi açıqca bildiriblər. Təbii ki, bütün bunlara sonda məhkəmə öz qiymətini verəcək. Belə ki, təqsirləndirilən şəxsin müdafiəçilərinin suallarını cavablandıran A.Quliyevin verdiyi ifadə hər dəfəsində istintaq zamanı verdiyi ifadələrlə ziddiyyət təşkil edib. 

Bu ziddiyyətlər, əslində həqiqətə aparan zəif bəndlərdir. Bu şəxs azyaşlı olsa da, sanki idarə olunur. Bildiklərini deməyə qorxur. Deməli, N.Quliyeva itkin düşən günün ertəsi  - noyabrın 22-də təhsil aldığı məktəbin direktorunun iştirakıyla Tovuz RPŞ-də izahatı alınan Ayxan Quliyevin ifadəsi alınarkən fikirləri və əmisi qızını son gördüyündə yadında qalanları təsvir edərkən 180 dərəcə dəyişir. Niyə? Səbəbi ya bu hadisədə adı hallanan Mətanət adlı məktəb direktoru ya da görünmətən idarəedici bilir. Çox sadə bir izlə hadisəni təftiş edirəm.  Ayxan Quliyev tanınmış aparıcı-jurnalist Xoşqədəm Hidayətqızının verilişində də deyir ki, həmin gün məktəbdə olmayıb, dərsə getməyib.  Lakin ifadələrində bu haqda bircə kəlmə də yoxdur. Bunu Nərminin itdiyi gün əmisigildə olan əmisi oğlu Qorxmaz da təsdiq edir.

 Qorxmaz Quliyev noyabrın 24-də Gəncə Ağır Cinayətlər Məhkəməsində dindirilib. 24-yaşlı Q.Quliyev deyib ki, özü Gəncədə yaşayır. Deyir ki, başqa bir əmisi qızının toyuna görə kəndə gəlmişdi və Lətif əmisigildə qalırdı. Hadisə günü də Nərmin günorta saat 14:00 radələrində qapı qonşu olan Arif əmisigilə gəlib, atasının göndərdiyi gödəkcəni təhvil verib. Oradan Lətif əmisigilə keçib başqa bir gödəkcəni istəyib. Atası onu geyinib, həmin gün qardaşı qızının toy axşamına getməliymiş: “Nərmin gələndə evdə olan nənəm də, əmim Lətif də yatmışdı. Qapının ağzında dayandı. Əmim oğlu Ayxanla sinif yoldaşı idi. Ayxandan soruşdu ki, niyə dərsə gəlməmişdin? (Ayxan bu haqda susur.- red:) Ayxan həmin gün yatıb qalmışdı. Ayxan hamamdan gödəkcəni götürüb ona verdi. Nərmin gödəkcəni qoymaq üçün torba verməyimizi gözləmədən çıxıb getdi".
İndi mən sizə Ayxan Quliyevin hadisənin ertəsi günü isti izlərlə verdiyi izahatını təqdil edirəm və yenə də bu fikirdəyəm ki, Ayxan Quliyev Nərminin başına gələnləri bilsə də, "üç müymunluq" edir.

Gəlin birlikdə A.Quliyevin izahatını oxuyaq:

"Tovuz rayon P$-nin rəisi, polis polkovniki canab Sirzad Əsgərova,
15. 06. 2009-cu ildə Tovuz rayonu Dondar-Quşçu kəndində anadan olmuş, azərbaycanlı Azarbaycan Respublikasrnın vətandaşı, məktəbli, Tovuz rayonu Dondar-Quşçu kənd ortia məktəbin 5-ci sinfinda oxuyan, Tovuz rayonu Dondar-Quşçu kəndində qeydiyyatda olan, və həmin kənddə yaşayan Quliyev Ayxan Lətif oğlu tərəfindən 
                      İZAHAT
Bildirirəm ki, mən ailəmizlə birlikdə yuxarıda göstərilnn ünvanda yaşayıram.
Quliyeva Nərmin $ərif qızı mənim əmim qızıdır. Mən əmim qızı  Nərminla eyni məktəbdə bir sinifdə oxuyuram. Biz Nərminla bir partada otururuq. 21 noyabr 2019-cu ildə səhər tezdən Nərmin mənimlə eyni vaxtda məktəbə  gəldi. Nərmin mənimlə birlikdə bütün dərslərdə iştirak etdi. Saat 12 radələrində dərsdən sonla mən də evimizə Nərmin də çıxıb öz evlərinə getdi. Hamin gün saat l5:30 radələrində mən evdə oturmuşdum Atam Lətif otaqda yatırdı. Anam Leyla qonşuluqda bizimlə üzbəüz yaşayan əmim Arifin bir gün əvvəl qızının toyu olduğu üçün onlarda qab yumağa təmizlik işləri  aparmağa kömək edirdi. Məndən böyük qardaşım Ruslan da anamla əmimgilə getmişdi. Nərmin bizə gələndə qardaşım Ruslan evimizdə yox idi. Evdə nənəm Leybə, Gəncədə yaşayan əmim oğlu Qorxmaz  və mən idim. Nərmin bizə gəlləndə  atası Şərifin gödəkcəsiini bizdə hamamda olduğunu dedi. Mən hamamdan asılqandan əmim Şərifin qara rəngli gödəkçəsini götürüb Nərminə verdim. Nərmin gödəkçəni  götürüb, təxminən 5-10 dəqiqə bizdə oturduqdan sonra, evə gedəcəyini deyib, bizim evden çıxıb getdi. Həmin vaxt əmim oğlu Qorxmaz pəncərədən həyətə  baxırdı. Nərmin bizim evdən çıxandan üç-dörd dəqiqə sonra onun dalınca küçəyə çıxanda gördüm ki, Nərmin küçədə görsənmir, yoxdu. Nərmin gedəndən  5-10  dəqiqə  sonra əmim qızı Şəbnəm onun dalınca  bizim evə gəlib bacısı  Nərminin evə gəilib, çıxmadığınə dedi. Bundan sonra Nərminin valideyinləri ilə qohumlatımız Nərmini axtarıb lapa bilmədik. Bununla bağlı mən başqa heç nə bilmirəm
Sual: İzahatınıza başqa əlavəniz varmı?
Cavab: izahatıma başqa əlavəm  yoxdur manim sözlərimlə düzgün yazılmışdır. Odur ki, doğruluğunun öz imzamla təsdiq edirəm.
İmza:  Quliyev Ayxan Lətif oğlu
Məktəbli Quliyev Ayxan Lətif oğlunun dindirilməsində iştirak etdim:
Tovuz rayon Dondar-Quşçu kənd tam orta məktəbinin direktoru:
Vəliyeva Mətanət Əsgər qızı

İzahatı aldı: Tovuz RPŞ-nin TB-nin təhqiqatçısı 
polis bag leytenantı Ruflan Əliyev:
22.11.2019-cu il". (cild 1, səh., 14)

P.S. Ayxanın direktorun iştirakıyla verdiyi izahatla  məhkəmədə verdiyi  ifadə  arasındakı ziddiyyətləri kimlər düzüb-qoşub, bilmirəm. Lakin Nərminin evlərindən çıxdiği  vaxtla nənəsi evinə çatdığı zaman kəsiyi o qədər böyükdür ki, suallar doğurmaya bilmir. Sonralar bu zaman dəqiqlərində də görünməz əl dəyişiklər edəcək.


"21.11.2019-cu ildə səhər tezdən saat 08 radələrində  Nərmin bacıları  ilə oxuduğu  orta məktəbə dərsə getdi. Arvadım İsmayılova Aynurə Rahib qızı  uşaqlarımla bir yerdə evdən çıxrb, işlədiyi Tovuz şəhərində yerləşən "Petrotal" yeməkxanasına işe getdi. Saat 12 radələrində Nərmin məktəbdən qayıdıb evimizə gəldi. Nərmin evə gələndə mən ona yemek verdim, Nərmin evdə yarım tarelka mərci supu yedi. Bir saat sonra saat 01 (13:00 radələrində demək istəyib.-red:) radəlarində qızlarım Şəbnəm və Şəhanə də məktəbdən evə gəldilər. Təxminən saat 13:20 (saatlara diqqət edin.-red:) radələrində mən qardaşım Arifin məndə olan qış  gödəkcəsini qızım Nərminə  verib dedim ki, apar həmin gödəkçəni əminə ver, mənim atam evində olan gödəkcəmi gətirib mənə gətir. Qızım Nərmina söz verdim ki, sabah 22.11.2019-cu ildə səni Aşağı Quşçu kəndində  əmin qızı  Günayrn oglan toyuna aparacam". ( cild 1, səh.10)


P.P.S 13:20-dən 15:30-dək Nərmin harada olub? Və ya kim yalan danışır, Nərmiinin atası ya əmisi oğlanları, onu son görən qohumlarımı... Uzağı 15 dəqiqəlik məsafəni Nərmin niyə 50 dəqiqəyə qət edib?
Gülnaz Qənbərli

Azadmediatv.com