Naxçıvanda ÜDM-in həcmi 2,2% artıb

Naxçıvanda ÜDM-in həcmi 2,2% artıb

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında 1,363 mlrd. manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 2,2% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3% artaraq 2942,8 manat olub.

Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,2%-lik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 57,9% təşkil edib.

2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin ilk yarımilində sənaye məhsulu 2,1%, əsas kapitala yönəldilən vəsaitlər 1,4%, kənd təsərrüfatı məhsulu 3,7%, nəqliyyat sektorunda yük daşınması 1,7%, informasiya və rabitə xidmətləri 2,6%, pərakəndə əmtəə dövriyyəsi 1,7%, əhaliyə göstərilən ödənişli xidmətlər 1,5% artıb.


OXŞAR XƏBƏRLƏR