Banklar valyuta hərracında 18,6 mln. dollar cəlb edib

Banklar valyuta hərracında 18,6 mln. dollar cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics" AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 18,6 mln. ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (19 iyul 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 12,2% azalıb.


OXŞAR XƏBƏRLƏR