Azərbaycan sulfat turşusu idxalını dayandıracaq

Azərbaycan sulfat turşusu idxalını dayandıracaq

Azərbaycana sulfat turşusunun idxalı dayandırılacaq.

"APA- Economics" xəbər verir ki, bunu "Azərsulfat" MMC-nin rəhbəri Emil Quliyev müsahibəsində deyib.

O bildirib ki, yerli istehsala yer veriləcək və istehsal olunan yerli məhsullar ixrac olunacaq: "Hazırda Gürcüstanın "Rustavi Azot" müəssisəsi ilə müqavilə imzalanıb. İstehsal olunan yerli məhsulun 10 min tonu ixrac üçün ayrılıb".

Qeyd edək ki, "Azərsulfat" MMC-də mineral gübrələrin (superfosfat, amonium-sulfat) istehsalında, kimya sənayesi və metallurgiyada, neft sənayesində təmizləyici maddə kimi istifadə edilən sulfat turşusu məhsulunun istehsalı həyata keçirilir. İllik istehsal gücü 20 min ton, ümumi investisiya həcmi 10 milyon manatdan çox olan müəssisədə 34 nəfər daimi işlə təmin edilib. Zavodun məhsulları ilkin mərhələdə daxili tələbatın ödənilməsinə yönəldiləcək, növbəti mərhələlərdə isə xarici ölkələrə ixrac ediləcək.


OXŞAR XƏBƏRLƏR