Rəqabət Məcəlləsi 2023-cü ildə qəbul ediləcək

Rəqabət Məcəlləsi 2023-cü ildə qəbul ediləcək

Beynəlxalq təcrübə və müasir yanaşmaları əks etdirən Rəqabət Məcəlləsinin qəbul olunması nəzərdə tutulur.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.

İşin əsas icraçısı İqtisadiyyat Nazirliyidir. Plan 2022-2023-cü illəri əhatə edir.

İlkin mərhələdə Rəqabət Məcəlləsi hazırlanacaq və 2023-cü ildə qəbul ediləcək.


OXŞAR XƏBƏRLƏR