Ukrayna nümayəndə heyəti İstanbula gəlib

Ukrayna nümayəndə heyəti İstanbula gəlib

Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakovun rəhbərlik etdiyi nümayəndə heyəti taxıl məsələsinin həlli ilə bağlı danışıqlar aparmaq üçün İstanbula gəlib.

APA xəbər verir ki, bu barədə Nazirliyin "Telegram" səhifəsində məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Ukrayna tərəfi BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.

"Görüş zamanı diqqət mərkəzində qida ixracı ilə bağlı dəniz limanlarını blokdan çıxarmaq və gəmilərin təhlükəsizliyini təmin etmək üçün BMT-nin təşəbbüsü dayanır. Baş katib Ukrayna limanlarının blokadadan çıxmasını dəstəklədiyini bildirib və əmin edib ki, təhlükəsizlik BMT-nin danılmaz prioritetidir. Təşkilat öz növbəsində bu prinsipə bütün iştirakçılar tərəfindən riayət olunmasını təmin etmək üçün əlindən gələni edəcək", - Ukrayna İnfrastruktur Nazirliyinin məlumatında bildirilib.


OXŞAR XƏBƏRLƏR