"Azəriqaz"ın baş direktoru media nümayəndələrilə görüşüb

Bu gün SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev 22 iyul – Milli Mətbuat Günü münasibətilə bir sıra Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri ilə görüşüb.

"APA-Economics" xəbər verir ki, mətbuatın yaranmasının 147 illiyi münasibəti ilə KİV nümayəndələrini təbrik edən Ruslan Əliyev onlara çalışdıqları bu şərəfli peşədə uğurlar arzulayıb. Ruslan Əliyev ölkəmizdə mətbuat azadlığının təmin olunması və azad fikrin qorunması istiqamətində ölkə başçısının apardığı siyasətdən danışıb.

“Azəriqaz” İB-nin də jurnalistlərlə sıx əməkdaşlıq etdiyini vurğulayan Birlik rəhbəri bundan sonra da bu əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Sonda media nümayəndələrinə hədiyyələr təqdim edən Ruslan Əliyev onlarla xatirə şəkli çəkdirib.





OXŞAR XƏBƏRLƏR