18 yaşına çatmamış müşayiətsiz əcnəbilərlə bağlı altsistem yaradılacaq

18 yaşına çatmamış müşayiətsiz əcnəbilərlə bağlı altsistem yaradılacaq

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemində “18 yaşına çatmamış müşayiətsiz əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə məlumatlar” altsistemi (bundan sonra – altsistem) yaradılacaq.

APA xəbər verir ki, bu, Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gələn və ya gəldikdən sonra müşayiətsiz qalan 18 yaşına çatmamış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vahid məlumat bazasının yaradılması və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında əksini tapıb.

Dövlət Miqrasiya Xidməti altsistemin formalaşdırılmasını 2022-ci il oktyabrın 1-dək təmin etməli, altsistemin aparılması, həmçinin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirləri görməli, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Təhsil Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və yerli icra hakimiyyəti orqanlarının həmin altsistemə çıxışını təmin etməlidir.

Altsistemə daxil ediləcək məlumatların, habelə qanunla qorunan digər məlumatların mühafizəsinin təmin olunması üçün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə zəruri tədbirlər görməlidr.

Bu Fərmanda nəzərdə tutulmuş dövlət orqanları (qurumları) Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gələn və ya gəldikdən sonra müşayiətsiz qalan 18 yaşına çatmamış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə məlumatları aşkar etdikdə, həmin məlumatların aşkar edildiyi tarixdən 1 (bir) iş günü müddətində altsistemə daxil olunmasını təmin etməlidirlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi altsistemin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Prezident İlham Əliyev Fərmanı ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə” yə edilən dəyişikliyə əsasən, Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminin strukturuna 18 yaşına çatmamış müşayiətsiz əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə məlumatlar da daxil ediləcək.

18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gəlməsi və ya gəldikdən sonra müşayiətsiz qalması aşkar edildikdə bu barədə məlumatların Sistemə daxil edilməsi tələbi qoyulur.

Sistemə təqdim olunması təmin olunan materialların sayı artırılır. Bundan sonra aşağıdakı məlumatların da Sistemə təqdim olunması təmin olunacaq:

- 18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gəlməsi və ya gəldikdən sonra müşayiətsiz qalması aşkar edildikdə bu barədə məlumatlar;”;

- 18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gəlməsi və ya gəldikdən sonra müşayiətsiz qalması aşkar edildikdə bu barədə məlumatlar;”;

- 18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gəlməsi və ya gəldikdən sonra müşayiətsiz qalması aşkar edildikdə bu barədə məlumatlar;”;

- 18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gəlməsi və ya gəldikdən sonra müşayiətsiz qalması aşkar edildikdə bu barədə məlumatlar.

Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları 18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gəlməsini və ya gəldikdən sonra müşayiətsiz qalmasını aşkar etdikdə, onlar tərəfindən bu barədə məlumatlar da Sistemə təqdim olunmalıdır.


OXŞAR XƏBƏRLƏR