Giorgi Qaxariya Gürcüstan Naminə Partiyasının sədri seçilib

Giorgi Qaxariya Gürcüstan Naminə Partiyasının sədri seçilib

Gürcüstanda “Gürcüstan naminə” adlı yeni siyasi partiyanın yaradıldığı elan edilib.

Azadmediatv.com Gürcüstan KİV-ə istinadən xəbər verir ki,  ölkənin  sabiq baş naziri Giorgi Qaxariya  mayın 29-da keçirilən təqdimat mərasimində “Gürcüstan naminə” Partiyasının sədri seçilib. Xəbərdə bildirilir ki, partiyanın tədbirdə  400-dək  partiya tərəfdarı, diplomatik korpusun nümayəndələri və qonaqlar iştirak ediblər.

G.Qaxariya çıxışında bildirib ki, partiya kiminsə, hansısa siyasi qüvvə və ya partiyanın əleyhinə deyil, Gürcüstan naminə yaradılıb. Onun sözlərinə görə, rəhbərlik edəcəyi partiya Gürcüstandakı siyasi proseslərdə, ölkənin inkişafında və Avroatlantik inteqrasiyasında fəal iştirak edəcək.

O daha sonra bildirib ki, Gürcüstan Naminə Partiyası  2021-ci ilin payızında keçiriləcək yerli özünüidarəetmə orqanlarına  seçkilərdə iştirak edəcək.

Azadmediatv.com

 

 

Partiyaya parlamentin 6 deputatı, hökumətdə vəzifə tutan bir sıra nüfuzlu şəxslər üzv olublar. Ötən gün Gürcüstanın NATO-dakı sabiq səfiri Levan Dolidze və keçmiş prezident Giorgi Marqvelaşvilinin müşaviri Giorgi Abaşişvili də partiyaya qoşulublar.

Məlumat üçün bildirək ki, Rusiyada uzun müddət biznes fəaliyyəti ilə məşğul olan G.Qaxariya 2012-ci ildən Gürcüstanda müxtəlif vəzifələrdə çalışıb. O, 2019-cu ilin sentyabrından bu ilin fevral ayının 18-dək hökumət başçısı vəzifəsini tutub.

 

 





OXŞAR XƏBƏRLƏR