“Azərbaycanın Bütövlük Platforması

“Azərbaycanın Bütövlük Platforması"nın təsis toplantısı keçirilib

Oktyabrın 15-də  “Azərbaycanın Bütövlük Platforması"nın təsis toplantısı keçirilib.

Azadmediatv.com  xəbər verir ki, toplantını giriş sözü ilə açan təşəbbüs qrupunun sədri Bəhram İsmayılov təşkilatın məram və məqsədlərindən danışaraq bildiribi ki, həm Azərbaycan Respublikasının güclənməsi, həm Güney Azərbaycanda aparılan istiqlal mücadiləsinə dəstək, həm də Türk Dövlətlərinin inteqrasiyasının sürətlənməsi üçün insanlarımızın aktiv ideoloji-siyasi mübarizəsini, təşkilatlanmasının vacibliyini əsas hesab edərək biz Azərbaycanın Bütövlük Platformasını təsis etmək qərarına gəldik.

Toplantıda Azərbaycan Xalq Partiyası sədri Pənah Hüseyn, Milli Şair Rüstəm Behrudi, Ümid Partiyasının sədr müavini Taleh Əliyev, VHP Ali Məclisinin sədri Felmar Iləkbərli, BAXCP sədr müavini Əli Həziquliyev, hərəkatçı Elçin Paşayev və başqaları çıxış edərək ABP-nin yaranma zərurəti, fəaliyyəti və ideyası haqqında danışıblar.

Çıxışlarda bildirilib ki, Azərbaycanın Bütövlük Platforması Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan şəxsləri və ictimai qurumları birləşdirən ideoloji hərəkatdır. ABP - nin məqsədi Azərbaycan xalqının öz tarixi torpaqlarında bütöv, milli, hüquqi, demokratik və dünyəvi dövlətinin qurulmasıdır.

 

Azadmediatv.com

 





OXŞAR XƏBƏRLƏR