Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilib - BU GÜNDƏN

Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilib - BU GÜNDƏN

Mayın 31-dən Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilib.

Azadmediatv.com bildirir ki,  bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahı qərar qəbul edib. Qərara əsasən, saat 06:00-dan metro sərnişinlərin istifadəsinə açıqdır. Lakin həftə sonları - 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Xayırladaq ki,  metroda sərnişindaşıma fəaliyyəti 2020-ci il oktyabrın 19-dan dayandırılıb.

Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 avqust saat 06:00-dək uzadılıb.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR