Nikol Paşinyan Riçard Muru qəbul edib

Nikol Paşinyan Riçard Muru qəbul edib

Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniyanın Gizli Kəşfiyyat Xidmətinin (Mİ6) rəhbəri Riçard Muru qəbul edib. 

Azadmediatv.com xəbər verir ki,  erməni mətbuatının yaydığı xəbəə görə, Riçard Mur və N.Paşinyan Cənubi Qafqaz regionunda baş verən prosesləri müzakirə ediblər. Söhbət zamanı regional və beynəlxalq təhlükəsizlik məsələlərinə də toxunulub.

Qeyd edək ki, İngilis kəşfiyyatının zabiti, MI6-nın rəhbəri Riçard Mur Böyük Britaniyanın Türkiyədəki səfiri, Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin Siyasi Məsələlər üzrə Baş Direktoru olub.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR