Qadınların pensiya yaşı artırılacaq - RƏSMİ

Qadınların pensiya yaşı artırılacaq - RƏSMİ

2021-ci il iyulun 1-dən Azərbaycanda qadınların pensiya yaş həddi 6 ay artırılacaq.  

Azadmediatv.com-un xəbərinə görə, bu haqda  mətbuata açıqlamasında  ƏƏSMN-inPensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov  deyib. O bildirib ki,  Azərbaycanda 2017-ci ilin 1 iyul tarixindən yaş həddinin mərhələli şəkildə hər il 6 ay artırılması prosesinə başlanılıb: "Kişilərdə artıq ötən il iyulun 1-də 65 yaş tamamlanıb və proses dayanıb. Qadınlarda isə bu il həmin yaş 62-dir. Hər il 6 ay artırılacaq və 65 yaşa qədər proses davam edəcək”. 

 Nazirliyin rəsmisi qeyd edib ki, bütün dünyada eyni proses gedir. Azərbaycanda pensiya yaş həddi yüksək  olmadığlnl bildirən E.Abbasov: "Hazırda Azərbaycanda əhalinin pensiya yaş həddi yüksək deyil. Nazirlik tərəfindən mütəmadi olaraq sosial-iqtisadi inkişaf tərzi baxımından Azərbaycana yaxın ölkələrlə bağlı araşdırmalar və təhlillər aparılır. Bundan başqa, elm və texnikanın, səhiyyənin, təhsilin inkişafı da insanların həyat səviyyəsinin uzanmasına imkan yaradır və ilbəil insanların həyat səviyyəsi artır. Ömür uzunluğunun artması nəticəsində bütün dünya ölkələrində pensiyanın yaş həddi mərhələli şəkildə artırılır”.

 Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR