Cəfəri dəmləməsiylə gözəlləşin

Cəfəri dəmləməsiylə gözəlləşin

Müəyyən yaş həddindən sonra  qadınlar üzlərində dəri allanmasında şikayətlərnir, bunu müxtəlif kosmetik vasitələrlə ört-basdır etməyə çalışırlar.  Bu isə onların görkəmində müxtəlif xoşagəlməz görüntü yaradır. 

Azadmediatv.com-un  xəbərinə görə,  orqanizm üçün faydalı olan orqanik otlar və göyərtilər var ki, onların sayəsində problem kökündən həll olunur. 

 Çoxumuzun sevmədiyi  cəfəri də bu qəbildəndir.

Üzdəki ləkəni aparmaq  üçün cəfərini dəmləyib, çay əvəvzi için. Ləkələrin yaranmasına bəzən qaraciyərin yaxşı işləməməsi səbəb olur. Cəfəri isə böyrək və qaraciyəri təmizləyir.

Həmçinin, cəfəri  dəmləməsini kubik formasında  soyuducuda dondurub, üzünüzdə gəzdirin.

Xatırladaq ki, cəfərinin tərkibində bol A və C vitamini var. Güclü antioksidantdır. Bir çox dəri müalicəsində istifadə olunur. C vitamini isə öz növbəsində təkcə dərini sağaltmaqla qalmır, ləkə və yara izlərini də təmizləyir, kollageni artırır.

Azadmediatv.com

 





OXŞAR XƏBƏRLƏR