Məqsəd media subyektlərinin inkişafına nail olmaqdır - ƏHMƏD İSMAYILOV

Məqsəd media subyektlərinin inkişafına nail olmaqdır - ƏHMƏD İSMAYILOV

“Çap və onlayn media subyektləri müsabiqələrinin nəticələri elan olunub. Burada əsas məqsəd həmin media subyektlərinin inkişafına nail olmaqdır. Bu layihələr davamlı olacaq”.

Azadmediatv.com-un xəbərinə görə, bu haqda  Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müsabiqələr keçirilməzdən öncə media subyektləri ilə görüşlər keçirilib: “Müsabiqələrimiz yeni formatda həyata keçirilir. Oradakı şərtlər tamamilə yenidir. Bu müsabiqələrin keçmiş ənənənin davamı olaraq qiymətləndirilməsi doğru deyil”.

Ə.İsmayılov  ilk dəfə olaraq onlayn media subyektlərinə dəstək müsabiqəsi keçirildiyini vuröulayıb: “Qəzet redaksiyaları ilə yanaşı, qəzetlərin saytlarına da maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulub. Ayrılan maliyyə dəstəyinə isə nəzarət göstəriləcək. Məqsədimiz media subyeklərinin iqtisadi müstəqilliyinə də nail olmaqdır”.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR