Ermənistan Gədəbəy istiqamətində atəşkəsi pozub - RƏSMİ

Ermənistan Gədəbəy istiqamətində atəşkəsi pozub - RƏSMİ

İyulun 9-da saat 21:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu ərazisində yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Azadmediatv.com-un xəbərinə görə, bu haqda  məlumat Müdafiə Nazirliyi yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR