Qaraciyəri necə təmizləməli

Qaraciyəri necə təmizləməli


Qaraciyərin yüklənməsi nəticəsində onun böyüməsi və piylənməsi bu gün ən çox eşitdiyimiz diaqnozdur.

Azadmediatv.com qaraciyərin  təmizlənməsi üçün praktik və  sınaqddan keçirilmiş resept təqdim edir. Bu resept gündəlik qəbul edilərsə, 1 həftəyə öz effektini göstərəcək və 1 aya qaraciyərə kömək edəcək. Bunun üçünsə,  hər gün 1-2 xörək qaşığı bitki yağıyla yarım limon sıxılıb qarışdırılaraq içiləcək.

Bu qarışıqdan istifadə edərkən verilən dozadan artıq qəbul qətiyyən olmaz. Uşaqlar üçün isə bu doza  1-2 çay qaşığı bitki yağı və 1 x.q.  limon şirəsi nəzərdə tutulub..

Bu qarışıq  qəbul edilərkən  bağırsağın hərəkətini stimulaşdırır, ödün funksiyasını aktivləşdirir, ödü yuyur, qaraciyərdəki piyi əridir, bütün zərərli maddələri orqanizmdən çıxarmağa kömək edir. Həmçinin piyləri parçalayır və bağırsaqlardakı zərərli qalıqları orqanizmdən uzaqlaşdırır.

Qaraciyərə ən gözəl təsir edən zeytun yağıdır deyə, bu dərmana da zeytun yağı (rafinə olunmamış, yəni emal edilməmiş) qatılması tövsiyyə olunur. Zeytun yağı həm xolesterini əridir, həm də ürək-damar sistemini gücləndirir. Bu resepti başqa yağlarla da içmək xüsusi effekt verir. Ürək tromblarını təmizləmək üçün günəbaxan yağı çox təsirli olur. Kətan toxumu yağı ilə piyləri əridərək çox gözəl arıqlamaq olur. Qarğıdalı yağı ilə əvəzləsək, tərkibində E vitamini  bol olduğu üçün cavanlığı, gözəlliyi qorumaq olar.

Ən yaxşısı limon şirəsi ilə içmək məsləhətdir. Limon şirəsi ödə, tənəffüs yollarına, immun sisteminə müsbət təsir edir, prostat xəstəliyinin qarşısını alır, əzələləri təmizləyir, sidik kisəsindəki qumların, daşaların, əriməsini təmin edir.

Limon şirəsini mərcan (klyukva) şirəsi ilə əvəzləmək orqanizmin enerjisini artırır və toksinlərdən təmizləyir.

Qreypfrut şirəsi isə həzmi yaxşılaşdırır, yüksək qan təzyiqini azaldır, ürək, qan-damar sisteminə kömək edir.

Hər gün bu qarışımı  qəbul etməklə, həzm sisteminizin işi rahatlaşacaq, dəri təmiz, gözəl olacaq, rahat nəfəs alacaq. Qan fabriki olan qaraciyər bu reseptlə rahatlıq, təmizlik tapacaq. Deməli, orqanizmimiz də təmiz qanla işləyəcək. Hüceyrələr, orqanlar bu reseptlə çox gözəl qidalanacaq.

Bu da onu göstərir ki, orqanizm daim sağlam işləyəcək. Ürək möhkəmlənəcək və sən həmişə enerjili olacaqsan.

Qaraciyəri təmizləmək üçün bu resepti tətbiq edin və nəticələri sizi sevindirəcək.
 

Gülnaz Qənbərli

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR