Şüşə evdə oturan İsfəndiyar Vahabzadə

Şüşə evdə oturan İsfəndiyar Vahabzadə


Belə-belə işlər, cənablar...


Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin öğlu - İsfəndiyar Vahabzadə ata və oğul Əliyevlərin hakimiyyəti dövründə önəmli vəzifələr daşıyıb (1976–1979-cu illərdə İranın Hərbi Nazirliyində hərbi tərcüməçi işləyib. 1979–1983-cü illərdə Azərbaycan Komsomolunun Mərkəzi Komitəsində baş referent vəzifəsində çalışıb.

HAŞİYƏ:

1983–1985-ci illərdə Əfqanıstanda hərbi tərcüməçi (SSRİ Müdafiə Nazirliyi) tərcüməçi,1985–1986-cı illərdə Azərbaycan Komsomolunun Mərkəzi Komitəsində baş referent vəzifəsində çalışıb. 1988–1990-cı illərdə Bakı şəhər Partiya Komitəsinin təşkilat işi şöbəsində təlimatçı vəzifəsində, 1990–1991-ci illərdə Bakı Şəhər Səbail rayonunun İcraiyyə Komitəsində sədr vəzifəsində işləyib.

1991–1994-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində şöbə müdiri, 1994–1997-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini, 1997–1999-cu illərdə Pakistan İslam Respublikasında Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində, 1999–2002-ci illərdə Azərbaycan Respublikasının Cenevrədə BMT və digər beynəlxalq təşkilatlarda Azərbaycanın səlahiyyətli nümayəndəsi vəzifəsində işləyib.

2002–2004-cü illərdə Azərbaycan Dillər Universitetinin və Ali Diplomatiya Kollecinin müəllimi olub.

2004–2005-ci illərdə Azərbaycan Respublikasının Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin sədr müavini, 2005–2011-ci illərdə Azərbaycan Respublikasının Moldovada Fövqəladə və Səlahiyyətli səfiri olub. 2011–2017-ci illərdə Azərbaycan Respublikasının Belarus Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində işləyib.

  Hazırkı iqtidarı təmsil etdiyi dövrlərdə balıq susqunluğu nümayiş etdirən oğul Vahabzadə sonuncu missiyasından geri çağrıldlqdan sonra  da eyni susqunluğu nümayiş etdirdi.  Bur müddət gözləmə mövqeyində dayanıb, diplomatiya sahəsində və digər rəsmi dövlət orqanlarında vəzifələrə dəvətdən söhbət belə getməyəndə, ruslar demiş söhbət "окончателный" bitəndən sonra sosial şəbəkələrdə müxtəlif səpkili çıxışlar etməyə başladı.
Hakimiyyətdən narazı qüvvələr, eləcə də əhali "kişi düz deyir" deyib, onu izləməyə başladı. Lakin bircə nəfər də demədi ki, a kişi, sən  bütün ömrün boyu indi söydüyün hakimiyyətin əl buyruqçusu olmusan. Nəyə görə onda çinədanına ərəb xurmasının tumu kimi "zapas" yiğdığln bu neqativ halları bir rəsmi görüşün tribunasından deyib, ürəyini boşaldıb elə oradaca istefa vermirdin?
Verə bilməzdi axı... Onda bu gün söydüyü iqtidardakı diplomat  həmkarları kimi süd gölündə şellənə bilməzdi... Elə o görüşdən həmən səni  danaboyun edib, göndərərdilər həbsxanaya. Orada da  "xəstəliklər" ətrafını sarardı, vəkil-vükülün də  vay-şüvən salanda  ürəyiyumşaq müxalifətin və hüquq müdafiəçilərinin sayəsində  korrupsionerdən dönüb olacaqdın "siyasi məhbus" .

Ümumiyyətllə, qeyd edim ki, Azərbaycan müxalifəti  iqtidarda etibarını itirib, qovulan, anasının (millətinin-red.) əmcəyini kəsən nadürüstlərə hər zaman qucaq açıb, onlara lay-lay da deyib, məmə də verib, pəpə də...
 Bu qucaqdan-qucağa oppananlar da utanmadan məməni əmib, pəpəni də yeyiblər... Belələri mənə heç vaxt maraqlı olmayıblar. Sözüm onda yox. Amma elə dünən abunəçisi olduğum  "Kanal 13"-dən  mənə gələn verilişə baxanda ətim ürpəşdi. Adam elə danışırdı ki, elə bil bütün ömrü boyu xidmətində dombalaq dayandığı, yerini bərkitmək üçün nəsillikcə qız verib-qız aldığı iqtidar nümayəndələrini ifşa edirdi.

Aman Tanrım... Hansı düşərgədə olmasından asılı olmayaraq, yaltaq, miskin, minsifətli, mindilli, şəxsiyyətsiz, əsib-coşub nərildəyənləri heç sevmədim. Çünki onlara xalq, millət, dövlət heç vaxt maraqlı olmayıb. Olmayacaq da!  Onlar üçün maraqlı olan hansısa diplomatik məqamdlr,  firavan həyatdlr.  Belələri bütün zamanlarda, dünyanın ən geridə qalmış yox aaa... ən mütərəqqi ölkələrində də  olublar,  olacaqlar da...

Yadınızdadırsa,  elə possovet dönəmində  Azərbaycan SSR-na rəhbərlik etmiş, bir çoxlarının SSRİ-nin nüfuzlu universitetlərində təhsil almasına, həmçinin deputat mandatı qazanmasına,  sayəsində  cırıx şalvarını çarlstona dəyişənlərə ev-eşik və ali titullar almalarında birbaşa dəstək olmuş AR-nın III Prezidenti Heydər Əliyev  SSRİ MK-də vəzifəsindən uzaqlaşdırılanda  arxasınca asıb-kəsənlər, yenidən iqdidara gəldikdə bağışlansınlar deyə, "p.. yemişəm"in yüzü bir qəpik idi.  Elə AXC hakimiyyəti zamanı  da iqtidarda yer aıb, iki metr saqqal saxayıb, gecə-gündüz Əbülfəz Elçibəyin ağzından girib bir yerindən çıxanlar, sayəsində pis-yaxşı tarixə düşənlər  yıxıldıqdan sonra əqidəni yox, növbəti iqtidarın tula payı verib susdurduğu vəzifəni, mandatı tutan insancıqları xatırlayın.

Onların arasında kimlər yoxdur? Çığır-bağlr edib sayəsində hazırki iqtidara yalmanıb vəzifə, parlamentdə mandat, aylığa  sevə-sevə oturan partiya sədrləri və sair,  və ilaxır.  Deməyim o ki, bunların əqidəsi iqtidarda kimin olmasından asılı olmayaraq, sehirli çubuq sahibinin bir yerində dayanır. O bir yerə yaxın qoyulmayanda, uzaqlaşdırılanda isə içərisindəki çaqqal-çuqqal ortaya çıxır, ulamağa başlayır.  Qısaslarını da vaxtıilə birlikdə s...b, elə   birlikdə yedikləri insanlar haqda topladıqları ifşaedici donosları dövriyəyə buraxmaqla məşğul olurlar.

Sözümü ona gətirirəm ki, hazırda  sosial şəbəkələrdə başını qatmaq üçün aparılıcılıqla məşğul olduğu kanalarda  alovlu çıxışlar edən İsfəndiyar Vahabzadə vaxtı ilə təmsil olunduğu nənəsi, anası, arvadı erməni olan komandadaşları haqqında səsləndirdiyi fikirlərə qulaq asanda, məni qəribə gülmək tutdu. Həmən də ani olaraq beynimdən keçdi ki, a kişi, məğər səni qara qaş-gözünə görə diplomat etmişdilər? Elə sənin də nənən Aleksandr  Şirvanzadənin qanını daşıdığı üçün qabağa çəkilmisən dəəə... Burada deyiblər e, kor kora kor deməsə, bağrı çatlayar.

İsfəndiyar bəy,  mənim üçün siz  haqqında guya  ifşaedici və rüsvayedici materiallar paylaşdığınız köhnə komanda yoldaşlarınızla eyni cərgədəsiniz! Erməni südü əmmişlər cərgəsində... Yəni onlar valideyn seçmək haqqına nə qədər malikdirlərsə, siz də onlarla eyni cərgədə durmaq haqqına maliksiniz...
Yadınızdadırsa, indi sizin köhnə komandadaşlarınıza yazdıqlarınızı vaxti ilə  zaman-zaman  atanız, Xalq şairi Bəxtiyar Vahabzadə haqqında da deyirdilər. O vaxt yaranmış situasiyadan çıxmaq üçün haqqannəs dədəniz B.Vahabzadə millətçi deyil, beynəlmiləlçi olduğunu sübüt etmək üçün Mərkəzi Komitəyə yazdığı məktubda qeyd edir ki, “Mən erməni xalqına və onun klassiki Şirvanzadəyə necə düşmən ola bilərəm ki, anam erməni qızıdır”.  Hətta ürəyini qırmaq istəmədiyi  erməni anası Gulzarın  adını qızına da qoyub ki, erməni analığının ürəyi qırılmasın.

 Hə, yadımdaykən bunu da qeyd edim. Sənin anası erməni olan atabir  qardaşın bu dəqiqə də Azərbaycanı diplomat kimi təmsil edir. Rəhmətlik bəstəkar Şəfiqə Axundova danışmışdı mənə ki, Bəxtiyar Vahabzadənin  ömrünün sonundək çox sevdiyi sevgilisi erməni qızıymış. Ondan övladı da varmış. Hətta bu haqda həyat yoldaşı Dilarə xanım da xəbərdar imiş.

Elə bu günlərdə bir tanışım dedi ki, İsfəndiyarın anası erməni olan atabir qardaşı hazırda xaricdə Azərbaycanı səfir olaraq təmsil edir. Nə qədər dil töksəm də, adını demədi.  Cavabı "bilənlər, bilir. O, yaxşı insandır, çıxardıb atarlar işdən, baiskarı mən olmayım" oldu. Yəqin vaxtıilə atanız onun üçün də bu gün söydüyünüz iqtidara ağız açıbmış. 

Yəni bu adam hakimiyyətdə hamını erməni elan edib. Halbuki, haqqənnəs dədəsi öz mübarək dəsti-xətti ilə Mərkəzi Komitəyə sovet vaxtı yazıb ki, anam ermənidir. Müstəqillik illərində onun ən yaxın dostu, tanınmış araşdırmaçı-jurnalist, professor Şirməmməd Hüseynov buna don geyindirir ki, guya şair özünü qorumaq üçün belə yazıb. 
Ay sizi... Guya bu camaat Aydan gəlib? Anası erməni olmayan Sovet KQB-sini aldada bilərdi ki, anam ermənidir???  Bütün dünya KQB-dən çəkinirdi, Bəxtiyar Vahabzadə KQB-ni "aldada bilib" . Burada yeni texnologiyadan istifadə edib, gülüş smayliki qoyardım... Nə isə.. Belə adamlar üçün deyiblər ki, "Özün şüşə evdə oturmusan, başqasına daş atirsan".

B.Vahabzadənin yaxın dostu, professor Şirməmməd Hüseynovun 2007-ci ildə nəşr olunmuş “Mətbu irsimizdən səhifələr” kitabının 317-321-ci səhifələrində bu mövzu ilə bağlı elə “Yeni Müsavat” qəzetində dərc olunmuş məqaləsi yer alır. Odur ki, bu qənatə gəldim ki, hələ ata Vahabzadənin sağlığlnda haqqında ən yaxın dostunun yazdıqlarını sizin də  diqqətinizə çatdırım. 
Doğrudanmı, Bəxtiyar Vahabzadənin nənəsi bildiyi, onu dünyaya gətirən qadın həqiqi anası,  “ana” dediyi analığı isə qardaşı arvadı imiş? 
Belə-belə işlər, cənablar...

"Aydınlıq gətirmək istəyirəm. 
 
Bəxtiyarın kökünə bələd olan çox yaxın adam kimi deyə bilərəm ki, onun anası xalis türk-müsəlman qadını Xanım Məcid qızıdır. Bu həqiqəti şairin doğulduğu Şəkinin Yuxzarıbaş məhəlləsində bilməyən yoxdur. Xanım arvad vaxtilə mənim anamla birlikdə Şəkinin 3 nömrəli ipək fabrikində barama çeşidləyən sexdə işləyirdi.  
1905-ci ildə erməni-müsəlman qarşıdurmasında Vartaşen (indiki Oğuz rayonu) Söyüdlü kəndindən 2-3 yaşında bir erməni qızı Şəkiyə gətirilir. Onu Şəkidə Allahverdi adında xeyirxah bir kişi qızlığa götürür. Adını Gülzar çağırır. Qız bu ailədə müsəlman adətləri ilə böyüyür. Oruc tutur, namaz qılır. 1918-ci ildə bu qızı Şəkinin Yuxarıbaş məhəlləsinin sakini Mahmud Zəkəriyyə oğlu Vahabov adlı gəncə Gülzar Allahverdi qızı adı altında ərə verirlər. 6-7 il keçir.  Gülzarın övladı olmur. Həkimlər onun sonsuz olduğunu müəyyənləşdirəndən sonra Mahmud və Gülzar 1925-ci ildə Zəkəriyyə və Xanımın üçüncü övladı olan Bəxtiyarı oğulluğa götürürlər. 1934-cü ildə Mahmud və Gülzar uşaqla bərabər Bakıya köçür. Bəxtiyar onların himayəsində böyüyür. 
 Demək, Bəxtiyarın doğma atası Zəkəriyyə Vahab oğlu, anasi isə Xanım Məcid qızıdır. Amma o, uşaqlıqdan doğma atası olan Zəkəriyyəni babası, doğma anası Xanım Məcid qızını isə nənəsi kimi tanıyır.  Bu barədə şair özü “Şənbə gecəsinə gedən yol” kitabında ətraflı yazmışdı.  1954-cü ildə şair “Sadə adamlar” adlı poema yazır. Həmin poemada şairin  "Öz ana yurduna vurğun deyildir, Vurğunun şerinə vurulmayanlar."  misrası S. Vurğunun müxaliflərini qəzəbləndirir və 1954-cü ildə “Kirpi” dərgisində B.Vahabzadəni “S.Vurğunun şəxiyyətinə pərəstişə uymaqda” günahlandırırdılar. Gənc şairi daha artıq ittiham etmək üçün onu millətçilikdə, erməni xalqına düşmənçilikdə ittiham edirlər. Poemada oxucu kitabxanaçıdan soruşur:  “Namusu” yoxdurmu Şirvanzadənin? 
Məlumdur ki, oxucu kitabxanaçıdan erməni yazıçı Şirvanzadənin “Namus” kitabını istəyir. Amma şairi millətçilikdə ittiham etmək istəyənlər göstərir ki, şairdə millətçilik o yerə çatır ki, böyük erməni yazıçısı Şirvanzadənin namusu olub-olmadığını şübhə altına alır. 
 
Beynəlmiləlçiliyin bayraq olduğu o zaman şair özünü müdafiə etmək, millətçi deyil, beynəlmiləlçi olduğunu sübüt etmək üçün Mərkəzi Komitəyə yazdığı məktubda qeyd edir ki, “Mən erməni xalqına və onun klassiki Şirvanzadəyə necə düşmən ola bilərəm ki, anam erməni qızıdır”. Bu cümlə, sadəcə, o vaxt rejimdən qorunmaq üçün yazılmış qeyri-dəqiq bir cümlə idi. 
 
Burada şairin “səhvi” onda olub ki, “Məni himayə edən analığım” sözünün əvəzinə “anam” sözünü yazıb. Lakin bunu da başa düşmək lazımdır. Bəxtiyar onu böyütmüş, həm də milli və islam ruhunda böyütmüş bir qadına sağ ikən necə “analığım” deyə və yaza bilərdi. Bu onun qəlbinə dəyməzdimi?  Əslində həqiqət belədir: Şairin doğma atası baba kimi qəbul etdiyi Zəkəriyyə Vahab oğlu, anası isə nənə kimi qəbul etdiyi Xanım Məcid Qızıdır. Gülzar xanım isə, əslində, onun ata bir, ana ayrı ögey qardaşının arvadıdır. 
 
“Yeni müsavat” qəzeti, N202, 1 avqust 2003.
 
Şirməmməd Hüseynov"

Gülnaz Qənbərli

Azadmediatv.com