Neftçiləri aparan helikopterlərdə hər an qəza baş verə bilər - XƏBƏRDARLIQ

Neftçiləri aparan helikopterlərdə hər an qəza baş verə bilər - XƏBƏRDARLIQ

"SOCAR sahə üzrə məsul şəxslərin diqqətinə. Baş verə biləcək hər hansı bir faciənin qarşısını zamanında almaq üçün ən kiçik qüsur da diqqətdən yayınmamalıdır. İşçilər yazdı və məlumatı sizin kabinetinizə çatdırmağı özümüzə borc bildik" .

Azadmediatv.com-un xəbərinə görə,  Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı sosial şəbəkədəki səhifəsindən aşıqlama yayıb. Aşıqlamada deyilir:

"Şəkildə gördüyünüz MI8 markalı helikopter SWHS HELICOPTER SERVICES şirkətinə məxsusdur. SOCAR dəniz obyektlərində ( platforma, özüllər və s) çalışan 20-21 nəfər neftçi işə bu helikopterlərlə aparılıb gətirilir. İşçilər son zamanlar havada uçuş zamanı helikopter mühərrikində nasazlıq yaranması halını müşühidə ediblər. İşçilərin dediyinə görə, helikopterlər köhnədir və onların iş resursu tükənib. Buna görə də uçuş zamanı mühərrik və diğər hissələrində problemlər yaranır. Problem əsasən, AZE 69, 71 və 73 nömrəli helikopterlərdə müşahidə olunub. Son 3 ay ərzində uçuş bir neçə dəfə yarımçıq saxlanılıb və məcburi eniş olunub. Pilotlar işçilərə məcburi enişin, helikopterin resurslarının tükəndiyi ilə əlaqələndiriblər.

Qeyd; BP şirkəti yuxarıda qeyd olunan helikopter xidmətindən deyil, AZ 50 yeni müasir helikopterdən istifadə edir"

Azadmediatv.com.





OXŞAR XƏBƏRLƏR