Fəvvarələr Meydanında “Saleh Rüstəmliyə azadlıq!” şüarı ilə aksiya keçirilib

Fəvvarələr Meydanında “Saleh Rüstəmliyə azadlıq!” şüarı ilə aksiya keçirilib

Dekabrın 1-də saat 14:30-da Bakının Fəvvarələr Meydanında hazırda Cəzaçəkmə Müəssisəsində  26 gündür aclıq aksiyası keçirən Gədəbəy rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Saleh Rüstəmlinin azadlığa buraxılması tələbi ilə  Bakı Şəhəri İcra Hakimiyyətiylə əvvəlcədən razılaşdırılmamış icazəsiz aksiya keçirilib.

Azadmediatv.com-un xəbərinə görə, Milli Şura, AXCP və hüquq müdafiəçilərinin təşkilatçılığı ilə keçirilən etiraz aksiyasında “Saleh Rüstəmliyə azadlıq!”, “Saleh bəyi öldürməyin, azad edin!” şüarları səsləndirilib.

Belə ki,  50-dən çox  fəalın işrirakıyla  qruplara bölünərək keçirilməsinə cəhd edilən etiraz aksiyasına polis əməkdaşları müdaxilə edib. Mətbuat nümayəndələrinə açıqlama verən etitazçılar saxlanılıblar. Saxlanılanlar arasında bir çox fəallar, o cümlədən  Zəfər Əhmədli, Dilarə Miriyeva, Mətanət Turan, Tofiq Yaqublu, İlkin Rüstəmzadə, Mete Türksoy, Nigar Həzi və digər fəallar var.

Siyahını təqdim edirik.

Tofiq Yaqublu (Milli Şura KM üzvü)
İlkin Rüstəmzadə (Aksiyanın təşkilatçısı)
Mete Türksoy (Aksiyanın təşkilatçısı)
Saqif Qurbanov (AXCP RH üzvü)
İlham Hüseyn (AXCP RH üzvü)
 Dilarə Miriyeva (AXCP)
Babək Həsənov (AXCP)
Mehriban Hüseynli (AXCP)
Şəkər Şükür (AXCP)
Namiq Abbasaliyev (AXCP)
Elnur Quliyev (AXCP)
Əliağa Məmmədov (Əli İmanxanlı) (AXCP)
Tünzalə Əmirova (AXCP)
Gülnarə Rəhimova (AXCP)
Arifə Cəfərova (AXCP)
Səyyad Quliyev (AXCP)
Elçin Teymurov( AXCP)
Mətanət Mahmarzayeva (Turan) (AXCP)
Könül Əhmədova (AXCP)
Nata Katamadze (AXCP)
Tahir Mirzə (AXCP)
Tofiq Məmmədov (AXCP)
Paşa Dadaşzadə (AXCP)
Nizami Qəhrəmanlı(AXCP)
Sevil Muradova (AXCP)
Elvin Əliyev (AXCP)
Ramiz Cəfərov (AXCP)
Elxan Əliyev (AXCP)
Sevinc Gözəlova (AXCP)
Mətanət İsmayil (Müsavat)
Ayxan Hacıbəyli (Müsavat)
Əziz Məmiyev (Müsavat)
Əhməd Məmmədli (D18 Hərəkatı)
Novruz Əliyev (REAL)
Fərid İmanov (TGM)
Zəfər Əhmədov (hüquq müdafiəçisi)
Elman Quliyev (ictimai fəal)
Nigar Həzi (ictimai fəal)
Hatəm Nəbioğlu ( bəstəkar, ictimai fəal)
Yeganə Rüstəmova (Saleh Rüstəmlinin bacısı)
Firəngiz Həsənova (Saleh Rüstəmlinin xalası qızı)
Cəmil Bəkirov
Aynur Dadaşova
Emin Xəlil 
Rza Səfərsoy  (Böyük Birlik Hərəkatı)

Təranə Sübhəm Səfərsoy
Rüstəm İsmayılbəyli ("Tələbə tələbi" Hərəkatı )
Əmrah Təhməzov 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, aksiyanı keçirməyə cəhd edənlər qanunu kobud şəkildə pozub.
"Çünki aksiya razılaşdırılmayıb, pandemiya dövrünə təsadüf edir. Ona görə də bu cür aksiyaların qarşısı qətiyyətlə alınacaq".  O qeyd edib ki, saxlanılanlar varsa, məsələ araşdırılıb barələrində hüquqi qiymət veriləcək.
Qeyd edək ki, hazırda həbsdə olan Saleh Rüstəmli 26 gün öncə, noyabrın 5-də aclıq aksiyasına başladığını açıqlayıb. Onun yaxınları və vəkili bildirib ki, S.Rüstəmli aksiyaya səbəb kimi icrasına başlanan Amnistiya Aktına düşməməsi, qanunsuz olaraq üç ildən artıqdır həbsdə saxlanması və ailəsinin mülkiyyətinin müsadirəsini göstərib.
Xatırladaq ki, Saleh Rüstəmli 2018-ci il mayın 8-də narkotik ittihamı ilə tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanılıb. Daha sonra mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) həbs edilib. Bundan sonra ittihamın dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və S.Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılırlar. AXCP ittihamı təkzib edib.
 

Azadmediatv.com
 





OXŞAR XƏBƏRLƏR