İlqar İsmayılovu ittiham edən tərəf özünün cinayət işinə əlavə etdiyi  sübutun məhkəmədə açılmasına etiraz edir -QALMAQAL

İlqar İsmayılovu ittiham edən tərəf özünün cinayət işinə əlavə etdiyi sübutun məhkəmədə açılmasına etiraz edir -QALMAQAL

 Dekabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Əli Məmmədovun sədrliyi ilə “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Azadmediatv.com-un xəbərinə görə, proses məhkəmə istintaqı sənədlərin sübutlarının elanı və tədqiq edilməsiylə davam etdirilib.
Prosesə sədrlik edən  hakim Əli Məmmədov dekabrın 6-da keçirilən məhkəmə iclasında  təqsirləndirilən şəxs İlqar İsmayılovun Bakı Ağır Cinayətlər Məhkəməsinə etitazıyla bağlı verdiyi vəsatətə münasibət bildirib:
"Nəzərinizə çardırım ki, məhkəmənin  fasilə etməsinin səbəbi dekabrın 6-da keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs İlqar İsmayılovun məhkəmə tərkibiiylə bağlı  qeyri-adi fikirlər səsləndirməsiydi. Bununla bağlı İ.İsmayılov Bakı Ağır Cinayətlər Məhkəməsinin bütün hakimlərinə, başqa sözlə,  bütün tərkibinə etiraz etmişdi. Etirazını da bununla əsaslandırmışdı ki, onun işinə düzgün baxılmır, vəsatətlər təmin olunmur, məhkəmə təsir altındadır və sair və ilaxır. Keçən məhkəmə iclasında müdafiə tərəfinin vəkillərinin fikirlərini  dinləmişdik, hər 3 müdafiəçi təqsirləndirən şəxsin verdiyi vəsatətin təmin olunmasını, ittiham tərəfi  və zərərçəkmişin nümayəndəsi isə buna etiraz etmişdi. Onlar bunu  müdafiə tərəfinin etirazında görstərilmiş əsaslarda  AR CPM-in  109.1 maddəsiylə müəyyən edilmiş halların olmadığıyla əsaslandırıb və  etirazın baxılmamış saxlanılmasını xahiş ediblər. Dekabrın 13-nə təyin edilən məhkəmədə isə müdafiəçilər iştirak etmədiyinə görə, proses təxirə salınmışdı. Təqsirləndirilən İlqar İsmayılov etirazı  müdafiə edirsiniz, təqsirləndirilən şəxs İlqar ismayılovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimlərinə  qarşı bütünlüklə  etiraz edirsiniz?" 
İ.İsmayılov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimlərinə  qarşı bütünlüklə  etiraz etdiyini təsdiqlədikdən sonra hakim Ə.Məmmədov eyni sualla müdafiəçilərə müraciət edib.

İlqar İsmayılovun müdafiəçiləri adından vəkil İlhamə Həsənova etirazla bağlı fikirlərini bildirib: "Bəli, biz vəsatətin təmin edilməsini və  baxılması üçün etirazın Apellyasiya Məhkməsinə göndərilməsini xahiş edirik. Çünki siz  bu etiraza baxa bilməzsiniz".

Daha sonra İttiham tərəfi münasibətini elan edib "Təmin edilməsin!". Zərifə Həmzəyevanın nümayəndəsi Samir İsayev isə bildirib ki, dövlət ittihamşısı ilə eyni mövqedədir.

Məhkəmə etirazla bağlı müşavirə otağına gedib və qərarı elan edib:

"20 dekabr 2021-ci ildə təqsirləndirilən şəxs İlqar ismayılovun Bakı Ağır Cinayətlər Məhkəməsinin bütün tərkibinə etirazıyla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı: "Məhkəmə etirazda qeyd olunan məsələləri ətraflı şəkildə  müzakirə edərək hesab edir ki, həmin etiraz AR CPM-in 109-cu maddəsiylə müəyyən edilmiş əsaslara uyğun deyil,  qanunun tələbinə görə, etiraz   konkret əsaslar göstərməli və həmin konkret əsaslar AR CPM-in 109.1 maddəsində göstərilmiş 8 əsasdan biri olmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin etirazında göstərilmiş  məsələlər - vəsatətlətə qiymət verilməsi, təmin edilib-edilməməsi hüquqi məsələdir. Qiymətləndirilməylə bağlı əsaslar AR CPM-də  etiraz üçün əsaslar  müəyyən edilməmişdir. Qeyd edilən halları  nəzərə alaraq, o cümlədən AR CPM-in 107, 109, 120 və 121-ci maddələrini əsas tutaraq, məhkəmə qərarını elan edir. Təqsirləndirilən şəxs İlqar İsmayılovun Bakı Ağır Cinayətlər Məhkəməsinin bütün tərkibinə etirazı əsassız olduğundan baxılmamış saxlanılsın". 

Hakim Ə.Məmmədovun proses iştirakçılarına məhkəmə istintaqının tamamlanmasıyla bağlı fikirlərini  bildirməsi üçün müraciətinə İ.İsmayılovun vəkili İlhamə Həsənova etiraz edib: "Möhtərəm hakim, bizim vəsatətlərimiz var...".

Vəkil İ.Həsənova vəsatətlərin müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi sübutlar siyahısına daxil edilməsi ilə bağlı olduğunu bildirib. O qeyd edib ki, qarşı tərəf ittihamını onunla əsaslandırıb ki, İsmayılov İlqar İsmayıl oğlu “İdeal" COMPANY MMC-də onunla digər təsisçi arasında mənfəətin bölüşdürülməsinə dair heç bir razılaşma olmadan 680 min manat pulu mənimsəyib. 

Müdafiə tərəfi “İdeal" COMPANY MMC-də 2013-2016-cı illərdə mənfəətin təsisçilər arasında bölünməsini təsdiq edən ittiham tərəfin özünün cinayət işi materiallarına əlavə etdiyi 1C proqram təminatının əks olunduğu yaddaş kartından çıxarışlarıni məhkəməyə təqdim edib.

Belə ki, xanım İ.Həsənova əsaslandırıb ki, həmin çıxarışlarda cəmi 5 milyon 833 min 296 manat vəsaitin 2013-cü ilin yanvar ayından başlayaraq 2016-cı ilin dekabr ayınadək “İdeal" COMPANY  MMC tərəfindən dividend formasında Zərifə Həmzəyevaya "Gazelli" şirkəti vasitəsilə ödənilməsi öz təsdiqini tapır:

"Məhkəmə araşdırması zamanı, ittiham tərəfinin mövqeyindən də müəyyən olundu ki, ittiham tərəfi İlqar İsmayılovu  nədə ittiham edir... Deyir ki, İ.İsmayılov  "İdeal" COMPANY MMC-nin  direktoru olaraq,  təsisçilər arasında  dvidentlərin, mənfəərlərin  bölünmədiyi halda öz şəxsi ehtiyacları üçün bu qədər məbləğdə pul götürüb xərcləyib. Yəni ittihamın mahiyyəti bundan ibarətdir.  Bunun da sübutu olaraq, sübutların qiymətləndirilməsində də, ittiham aktında da istinad edirlər ki, şirkətdə baxışla, deməli, şirkətin mühasibatlığın aparıldığı proqram təminatında   2013-cü il yanvar ayından 2016-cı il dekabr ayınadək  bütün çıxarışları veriblər. Həmin çıxarışları da  kağız versiyasında c.5-də  işin içinə tikiblər və deyiblər ki, baxın, bu çıxarışlarla müəyyən edilib ki,  filan tarixdə 36 min çıxarıblar və s. Bu da proqram təminatlarından çıxarışlarda həmin sübutun mənşəyinə, mənbəyinə, xüsusiyyətinə, üzərində  hadisənin əlamətlərini gəzdirdiyini əks etdirdiyinə görə, sübut hesab ediblər. Yəni, sübutları bundan ibarətdir. Həmin o proqram təminatını  sübutların qiymətləndirilməsi qərarında bunlar sübut və mənbə kimi götürüblər. İndi möhtərəm hakimlər, bizim İ.İsmayılov da orada direktor işləyib, bilirsiniz. Proqram təminatına da girişi olub. Bizim də həmin ptoqram təminatını  eynilə ittiham tərəfi oradan çıxarıb işin içinə qoyub, bizim də həmin proqram təminarından çıxarışlarımız var. Eyni mənşəli, xüsusiyyətli, proqramdan olan çıxarışlarımız. Yəni, burada mənbə  və mənşə söhbəti ola bilməz. Çünki eyni proqramdan olan çıxarışlardır. Bu çıxarışlar da onu göstərir ki, ittihamın arqumentlərini təkzib edir. Hansı arqumentləri? İttiham tərəfi deyirdi ki,  təsisçilər arasında heç bir mənfəət bölgüsü olmayıb. İndi 2014-cü ilə aid sənədlərə baxın, burada hamısını sistemləşdirmişəm.

Möhtərəm hakimlər, 2014-cü ildə mənfəət bölgüsündə kimə nə qədər mənfəət çatıb, buradadır. Çünki proqramda bunun hesabatı aparılıb. "Provodka" (yönləndirmə-red:) deyilən bir sənəd var, gündəlik kassa hesabatları var, həmin dvidentlərin verilməsi kassa hesabatlarında işlənir, sonra "provodka" olunub, hesabatlarla təsisçilərin hər birinə verilir.  Baxın, burada 2014-cü il üçün ayırmışam, istəyirəm bunları bir-bir elan edəm. Bu 29 iyun 2014-cü ilindir,  300 min AZN  gündəlik kassa hesabatıdır. Bu onun yönəltmələr üzrə hesabatıdır. Burada da dəqiq olaraq göstərilir ki, 300 min AZN dvident GAZELLİ-nin ofisinə aparılır. 300 min AZN Zərifə Həmzəyevanın   dividentidir. Açıq-aşkar həmin proqramda olan sənədlərdən görünür ki, 29 oktyabr, 29 noyabr 2014-cü ildə də dividentlərlə bağlı eyni məbləğdir, hər birində də 300 min AZN məbləğə eyni formada  sənədlər hazırlanıb. Hətta ittiham  işin içinə sənəd qoyub, bir dənə kassa hesabatlıdan çıxarış edib,  amma bizdə bunlar konkret haldadır. Həm gündəlik kassa hesabatlarından çıxarışlardır, həm yönəltmələrdir, həm də tam halda məktublar və yazışmalardır. Bu 300 min AZN dividentin ödənilməsi sənədidir (sənədi təqdim edir). Burada isə 30 iyun  2014-cü ildir. Yəni bu aylarda Zərifə Həmzəyevaya  300 min AZN dvident  "GAZELLİ"də təqdim olunub. Amma deyir ki, dvidentlər təqdim olunmayıb... Yenə də başqa bir məbləğ - 500 min AZN-lik dvidentin sənədidir. Bu da olub 30 oktyabr 2014-cü ildə. Artıq 500 min AZN. Yazılıb "dvident "GAZELLİ" və hansı tarixdə ödənib, üstündə də bütün sənədləri. Kassa hesabatları çıxarışı proqramından çıxarışı, məktubu, hesabatların  qrşı tərəfdən qəbul olunması hamısı birəbir yerindədir. Burada isə  250 min AZN-dir, 31 dekabr 2015- ci ildə eyni komlekt sənədlərdir. Onların hamısını bir-bir qoysam da, bir-bir elan etmirəm. Vəsatətdə də bunları cəmləmişəm. Qoşma etmişəm həmin vəsatətə. Nəticə etibarı ilə nə qədər çıxır. Baxın, tam komplektlə 2014, 2015, 2016-cı illərdə müxtəlif vaxtlarda Z.Həmzəyevaya həmin dvidentlər çatdırılıb və cəmi məbləğ5 milyon 833 min 96 AZN  edir.

Hakim Ə.Məmmədov: Dvident olub?

İlhamə Həsənova: Bəli, möhtərəm hakim,  yenə də nəzərinizə cəlb etmək istəyirəm, bu sənədlər elə-belə sənədlər deyil. hesabatlardır, yönləndirmələr, yazışmalar, dvidentin çatdırılmasına dair sənədlərdir. Biz bunları çox çətinliklə tam şəkildə əldə etmişik. Həmin 2013, 2014,2015-ci illərdə 5 milyon 833 min 296 AZN  Zərifə Həmzəyevaya dvident ödənib. İndi hüquqlarını müdafiə etdiyim  şəxsə deyirlər ki, sən orada 680 min AZN pul götürmüsən. İ.İsmayılov 680 min AZN pul götürübsə, digər təsisçi onda dəfələtlə artıq - 5 milyondan çox götürüb. Vəsatətimin ikinci hissəsi də var. Sənədləri sizə təqdim edim, Vəsatəti tam səsləndirim, sonra vaxtınızı çox almayım.

Hakim Əli Məmmədov: Vəsatətiniz nədən ibarətdir?

İlhamə Həsənova: Vəsatətimiz ondan ibarətdir ki,  bu sənədlər sübutlar siyagısına  daxil edilsin və qiymətləndirilsin. Çünki ittihama birbaşa  aid  sənədlərdir. Digər məsələ isə, deməli, məhkəmə istintaqı, araşdırması zamanı dəfələrlə müxtəlif sənədlər təqdim etmişik, kassa mədaxil qəbzlərinin əslini təqdim etdik. Eyni zamanda  dindirilmiş şahid ifadələri, məsələn, baş mühasibin köməkçisi Samirə Quliyevanın yazışmasını təqdim erdik ki, İ.İsmayılov ona ittiham olunan həmin dövrdə yoxlanılan 2013-2016-cı illərdə  edir,  "İdeal" COMPANY MMC-nin kassasından 680 min AZN pul götürübsən. Biz isə dedik ki, İ.İsmayılov  milyonlarla pul mədaxil edib. Yəni, istintaq mədaxilləri nəzərə almayıb, deyir ki, sən 680 min AZN pul götürübsən. İ.İsmayılov 680 min AZN-nin qarşılığında həmin kssaya milyonlarla pul mədaxil edib, müxtəlif sənədləri təqdim etmişik. İndi isə proqram təminatından tam şəkildə  çıxarışlar etmişik. Sizə tam şəkildə təqdim edirik ki, İ.İsmayılov 2013-2016-cı illər ərzində 2 milyon 717 min 800 ABŞ dolları, 4 milyon 498 min 440 AZN  və 780 min Avro  mədaxil edib. Bunu da söz kimi demirik, həmin ittihamın istinad etdiyi proqram təminatında olan komlekt sənədlərlə gündəlik kassa  hesabatları, mədaxil sənədləri, hesabatlar üzrə yönləndirmələrin hamısında həmin mədaxillər öz əksini tapıb. Məsələn, burada İ.İsmayılov tərəfindən  04.02. 2014-cü ildə 100 min AZN pul mədaxil etməsinə dair sənəddir. Bu isə 2016-cı ilin sentyabr ayında  80 min AZN-nin mədaxil olunmasına,  bu 2016-cı ilin noyabr ayında 461 min 900 AZN-nin mədaxil olunmasının,  bunu isə komlekt şəkildə göstərirəm, baxın, gündəlik kassa hesabatı, yönləndirmələr üzrə hesabat,  bax bu isə, yenə həmin proqram təminatından çıxarılıb, kassa-mədaxil orderi. Yəni, bunu danmaq olmaz! Görünən kəndə bələdçi lazım deyil. Həmin proqram təminatını açsanız, hər biri orada öz təsdiqini tapacaq. Biz yaddaş kartınə sizdən götürüb, onu açdıq. Bu sahə üzrə mütəxəsis gətirmişik. Həmin mütəxəsis məhkəmə zalında həmin proqram təminatını aça bilər, sizə göstərə bilərik. Biz bütün bunları istintaqın sizə verdiyi proqram təminatından çıxarmışıq. Yəni, bunları danmaq, "yoxdur, mənbəsi və mənşəyi  ziddiyyərlidir", demək olmaz! Gərək nə qədər ədalətsiz olasan ki,  bu sözləri deyəsən. Çünki təminat oradadır. Baxın, həmin proqram təminatından 110 min AZN, 142 min AZN, 54 min AZN, 48 min AZN, 30 min AZN, 48 min AZN, 79 min AZN və s. burada hamısını göstərmişik. Sonra 790 min Avro, 930 min ABŞ dolları, bütün bunların mədaxil qəbzinin əslini  və Samirə Quliyevanın yazışmasını da   bundan əvvəlki proseslərdə sizə təqdim etmişik. Daha sonra 40 min AZN,  800 min AZN, 240 min AZN, 200 min AZN, 240 min AZN, 70 min AZN, 320 min AZN isə  noyabr 2015-ci ilindir. Yenə sentyabr 2015-ci ildə 190 min AZN-dir. 118 min AZN oktyabr 2016-cı ilindir. Yəni bir-bir elan etmirəm. Bu mədaxillərlə bağlı sizə dediyim ümumi məbləğin hamısının təsdiqi. Vəsatətdə bütün sənədlərin adını çəkmişəm, nömrəsini, tarixini göstərmişəm, ümumi hesablamışam. Sənədləri  də qoşmuşam, sizə təqdim edirəm, İndi belə çıxır ki, həmin yoxlanılan dövrdə İlqar İsmayılov 2 milyon 717 min 800 ABŞ dolları, 4 milyon 498 min 440 manat  və 780 min Avro  mədaxil edib. İndi həmin 680 mini buradan çıxsınlar, yerdə qalanlarını da biz mülki qaydada  tələb edəcəyik.

 Hakim Əli Məmmədov: İttiham tərəfi vəsatətlə tanış oldunuz?
İttiham tərəfi:
Bəli.

Hakim Əli Məmmədov: Müdafiə tərəfi məhkəmədən xahişiniz nədir?

İlhamə Həsənova: Xahişimiz, qeyd etdiyim bütün sənədləri birbaşa ittihama aid olduğuna görə, mənbəyinə, mənşəyinə görə də, həmin ittihamın istinad etdiyi 1 C proqram təminatından çıxarıldığına görə, ittiham  tərəfi kağız üzərinə çıxardıb, işə əlavə edib. Biz istəyitik ki, bu sənədlər iş materiallarına əlavə edilsin, sübut kimi qiymətləndirilsin.

Hakim Əli Məmmədov: İlqar İsmayılov, vəsatətin məzmunu aydındır?

İlqar İsmayılov: Kommersiya sirri hesab etdiyim qarşı tərəflə mənə aid olan məsələləri hələ ki, burada açıqlamaq istəmirəm. Həmin sübutlar cinayət işinin materiallarına əlavə edilsin".

Dövlət ittihamçısı və Zərifə Həmzəyevanın nümayəndəsi Samir İsayev vəsatətə etiraz ediblər. Z.Həmzəyevanın nümayəndəsi Samir İsayev  vəsatətin təmin edilməsinə etirazını məhkəmədə əsaslandıra bilməyib.

Hakim Ə.Məmmədov  ittiham tərəfinə "bu sənədlərlə tanış olun, yeni sənədlərdir", - deyərək yerindəcə məşvərət edib, 

Vəsatətin mədaxillərlə bağlı hissısində də  ittiham tərəfi və zərərçəkənin nümayəndəsi Samir İsayev etirazını dəxli olmayan arqumentlərlə əsaslandırmağa çalışsa da,  vəsatətə aydınlıq gətirə bilməyib.

Daha sonra hakim Ə.Məmmədov vəkil İ.Həsənovaya növbəti vəsatətini təqdim etməsi üçün söz verib.

İlhamə Həsənova: Məhkəmə təbii ki, vəsatətimizi qiymətləndirəcək. Möhtərəm hakimlər! Yenə də qeyd etdiyim kimi ittiham tərəfinin 1 C proqram təminatından iş materiallarında olan 17 aprel 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki,  "İdeal" COMPANY MMC-nin ofisində həmin proqramın konfiqurasiyasına daxil olaraq, 2013-cü ildən 2016-cı ilədək bütün  "İdeal" COMPANY MMC-nin mühasibatlığını  yaddaş kartına köçürüblər və iş materiallarına qoyublar. Yəni,  "İdeal" COMPANY MMC-dən kim nə götürüb, kimə nə verilib, mühasibatlıq, mədaxil sənədləri, tərəflərin verdiyi ittiham tərəfinin dediyi ay sübut olunmur, filan... Hamısı həmin proqramın içindədir. Biz də həmin məlumatları oradan çıxartmışıq. İndi biz keçən dəfəki prosesdən məhkəmədən xahiş edirik ki, həmin yaddaş kartı açılsın, məhkəmədə  öz gözlərimizlə baxaq görək,  İ.İsmayılova  dedikləri 36 min AZN, 36 min AZN və 40 min AZN götürmüsən, onlar həmin yaddaş kartında varmı? Bizim dediklərimiz orada varmı? Tutaq ki, orada göstərilir ki, İ.İsmayılovun ktedit borcu 36 min AZNmanar mədaxil olundu, düzdürmü? 2-3 günsən sonra  İ.İsmayılov onu  geri qaytarıbmı? Baxmaq lazımdır də...  Götürmüşəm, ancaq qaytarmışammı? Görürsünüz də, İ.İsmayılov  6 milyondan çox vəsait qaytarıb. Yəni, məhkəmə deyir aça bilmirik, bütün bunları görmək üçün  biz mütəxəsis tapmışıq. Möhtərəm hakim, həmin mütəxəsis Moskvada təhsil almış kriminalist-ekspertdir. Disklər üzrə proqramların açılması üzrə sertifikata malik hüquqşünas-ekspertdir. Həmin mütəxəsisi sizə təqdim etmək istəyirik - Əliyev Nail Qorxmaz oğlu. Məhkəmə etiraz etməzsə, həmin mütəxəsisi cəlb edək, bir gün açaq həmin o proqram təminatını,  elə bu zalda 30 dəqiqə  ya 1 saat ərzində açsın, heç kimində sualı olmasın. Yəni, bu şirkətin mühasibatlığının güzgüsü həmin yaddaş kartındadır. Əks halda dediklərimiz olmazsa, o zaman belə çıxır ki, ittiham tərəfin sübutları da boşdur, heç nədir, mənbəyi də yoxdur... O zaman bəraətimizi verin, çıxaq gedək.
 

Hakim Əli Məmmədov: İ.İsmayılov, vəsatət sizin adınızdan verilir, mütəxəsis dəvət edilməsiylə bağlı, vəsatət aydındır sizə? Təmin olunmasını xahiş edirsiniz? Digər müdafiəçi Rəşad Əliyev, münasibətiniz...

İlqar İsmayılov: Təmin edilsin...

Rəşad Əliyev: Bəli, hörmətli məhkəmə. Vəsatətin təmin edilməsini mən də istəyirəm. Çümki bayaq onu demək istəyirdik ki, hörmətli dövlət ittihamçısı vəsatətə münasibətində dedi ki,  sübutun etibarlılığı şübhə altındadır. Əgər sübutun etibarlılığı şübhə altındadırsa, həmin proqramdan çıxış etmişik. İttiham da istinad elədiyi həmin maliyyə vəsaitlərini həmin proqrama istinadən verib. Ya qəbul etməliyik ki, həmin proqram şübhəlidir, o zaman ittihamı da rədd eləməliyik.
İlhamə Həsənova: Bəli, bəi... O zaman ittiham tərfin də sübutları şübhə altındadır.

Rəşad Əliyev: Ya da  bərabər yanaşma olmalıdır...

İlhamə Həsənova: Çünki məhkəmənin ixtiyarı yoxdur ki, ittiham tərəfin sübutuna müdafiə tərəfin sübutundan üstün qiymət versin. Bərabər yanaşılmalıdır. Eyni mənbədən sübutlar verib, eyni mənbədən sübutlar vermişik, ona görə də xahiş edirəm, məhkəmə tərəflərin bərabərliyi prinsipinə riayət eləsin.

Hakim Əli Məmmədov: İttiham tərəfi...

Dövlət İttihamçısı:  Hesab edirəm ki, vəsatət əsassızdır. Yaddaş kartıyla bağlı mütəxəsis cəlb edilməsi əlavə vaxt itkisidir. Hər dəfə bir vəsatət, hər dəfə bir vəsatət... Bunun bir yekunu olmalıdır. Bu vəsatət məsələlərini müəyyən çərçivəyə salmaq lazımdır... 

Samir İsayev: Hörmətli məhkəmə, bu vəsatətin təmin olunmamasını xahiş edirəm. Bu sübutun təqdim olunmasına nə ehtiyac var? Hansısa diski mütəsəsis gəlib açarsa, o mənə nə verəcək? Bütün bunlar vaxt aparacaq. Sübutlar kifayət qədər araşdırılıb.

İlhamə Həsənova: Yaddaş kartı sizindir...

 Hakim Əli Məmmədov: Məhkəmə proses iştirakçıları, məhkəmə istintaqının yekunlaşmasıyla bağlı fikirləriniz...

Dövlət ittihamçısı və  Z.Həmzeyevanın nümayəndəsi Samir İsayev yekdilliklə yekunlaşmaya təsdiq ifadə ediblər.

İ.İsmayılovun vəkili İlhamə Həsənova və Rəşad Əliyev bildiriblər ki,  müdafiə tərəfi  olaraq, məhkəmə istintaqının yekunlaşdırılmasının əlehinəyik: "Vəsatətimizin müzakirə olunmasının cavabını istəyirik. Çünki ardınca digər vəsatətlərimiz olacaq".

Hakim Əli Məmmədov: O zaman vəsatətlərinizi təqdim edin.

İlhamə Həsənova:  Təqdim edə bilmərik. Bu vəsatətlərin cavabından asılı olacaq. Bizim taktikamızı məhkəmə qurmur ki... Biz müdafiə taktikamızı özümüz qururuq. Möhtərəm hakim, mən də indi sizin yanaşmanızdan görürəm ki, elə indidən vəsatətlərimizi təmin etməməyə niyyətlisiniz. İndidən soruşursunuz ki, məhkəmə istintaqını yekunlaşdıraq. Ona görə də vəsatətlərimiz olacaq. Vəsatətlərimiz işin hərtərəfli, obyektiv araşdırılması üçündür.

Hakim Əli Məmmədov: Vəsatət nədən ibarətdir?

Müdafiəçilər: Etiraz edirik...

Hakim: İlqar İsmayılov, müdafiəçilərinizin fikriylə razısınız? İttiham tərəfi məhkəmə istintaqının  yekunlaşmasını xahiş edir.
İlqar İsmayılov:   Bir kəlməylə ifadə edirəm. Mən hər zaman dövlətini sevən, dövlətçi adamam. Elə məsələlər var ki, onu açmaq istəmirəm. Hesab edirəm ki, məhkəmə istintaqı getməlidir və davam etməlidir.

 İlhamə Həsənova: İttiham tərəfi özünün verdiyi  yaddaş kartının məhkəmədə açılmasından qorxur. Özünüz vermisinniz də həmin yaddaş kartını. Onun açılmasından niyə qorxursunuz? Samir müəllim, o sübutu mən verməmişəm, siz təqdim etmisiniz. Deyirsiniz ki, müdafiə tərəfi orda nəsə eliyər. Məhkəmə yaddaş kartını açıb, tədbir görməlidir.
 Hakim Əli Məmmədov: Məhkəmə yerində müşavirə edib qərar qəbul edir ki,  dividentlət, o cümlədən əlavə vəsaitlərin İsmayılov İlqarın şirkətə mədaxil etməsiylə bağlı sübut kimi iş materialına əlavə edilsin. Eyni zamanda iki hissədən ibarət vəsatət təmin edilsin,  Mütəxəsis cəlb edilməsi istiqamətində verilən vəsatət  isə təmin edilməsin. O cümlədən, məhkəmə istintaqı tamamlansın, məhkəmə çıxışlarına keçək.

 Proses dekabrın 27-də çıxışlarla öz işini davam etdirəcək. 
 

Qeyd edək ki, İlqar İsmayılov 2013-2016-ci illərdə vəzifəsindən sui-istifadə edərək şirkətin kassasından 680 min manata yaxın vəsaiti götürüb şəxsi ehtiyaclarına xərcləməkdə suçlanır. Ona CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham verilib. Amma İsmayılov özünü təqsirli bilmir. Onun sözlərinə görə, “İdeal”ın əlindən alınması barədə dövlət orqanlarına şikayətlərinə və mediadakı çıxışlarına görə cəzalandırılıb. İsmayılov həbsindən təxminən bir həftə öncə sosial media hesabında AZAL prezidenti Cahangir Əsgərovun iş otağında təzyiqə məruz qaldığını, onun və həyat yoldaşının təhdid və təzyiqləri altında Samir Əliyevi “İdeal”ın direktoru təyin etmək məcburiyyətində qaldığını yazmışdı. “İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib. Həmzəyeva eyni zamanda, Azərbaycanda kosmetika məhsullarının istehsalçısı olan “Gazelli Group”un przidenti, "Premium Bank”ın da əsas təsisçisidir. Həmzəyevanın nümayəndəsi şikayətlərə görə İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib, CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını tələb edib.

Lakin məhkəmə İsmayılovu haqlı sayaraq, ona bəraət verib. Məhkəmə belə nəticəyə gəlib ki, İsmayılovun AZAL prezidentinin xanımına böhtan atması, onu təhqir etməsi haqda iddialar sübuta yetirilməyib.
Xatırladaq ki, İ.İsmayılova AR CM-in 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.


Lakin İ.İsmayılov ittihamları qəbul etmir və özünü təqsirli bilmir.


Gülnaz Qənbərli
Azadmediatv.com

 




OXŞAR XƏBƏRLƏR