"Ədalətli münasibətə görə,  Kamran Əliyevə və Əfqan Hacıyevə minnətdarliğımı bildirirəm" - MƏHKƏMƏ

Dekabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə "Yeni Klinika" Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasov və digərlərinin - Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Azadmediatv.com-un xəbərunə görə, prosesdə  məhkəmə təqsirləndirilənlərdən V.Əliyevaya  son söz verib.  V.Əliyeva çıxışında bildirib ki,  tibb sahəsində 10 il marketoloq vəzifəsində  çalışıb:

"Möhtərəm hakimlər!

Bildirirəm ki, 10 ildir tibb sahəsində marketoloq kimi işləyirəm. Bu səbəbdən də xəstəxanalari və baş həkimlərin əksəriyyətini taniyiram. 2021-ci ilin mart ayinda ilk dəfə  COVİD-10 virusuna yoluxan xəstələrinin klinikaya yerləşməsinə köməklik göstərmişəm. Belə ki, mən əvvəllər həmin xəstələrin təmənnasız olaraq, heç bir maraq güdmədən yerləşdirilməsini həyata keçirmişəm. İlk əvvəl mən bunu kömək məqsədilə etmişdim. Hazirda məhkəmə tərkibinə və dövlət ittihamısına minnətdarliğımı bildirirəm ki, mənə etimad  göstərərək, qadın olmağımı nəzərə alaraq, məhkəmənin hazırlıq iclasında barəmdə həbs-qətimkan tədbirini polis nəzarətində azadlıqda  saxlamağı seçdi. Məhkəmənin nəzərinə çatdırıram ki,  həm ibtidai istintaq zamanı, həm də prosesdə işə baxılan zaman səmimi ifadə vermişəm. Bütün bunları, həmçinin məhkəmədən yetkinlik yaşına çatmayan uşaqlarımın olmasını və hamiləliyimi nəzərə alaraq, barəmdə şərti cəza seçilməsini xahiş edirəm".

Daha sonra məhkəmə hökmü elan edib.

 Belə ki hökmə əsasən, P.Abbasov 8 il 6 ay, “Buta” klinikasında həkim-radioloq işləmiş Q.Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Ə.Hüseynov və S.Mirzəyevin hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məhkəmə "Viola" MMC-nin meneceri V.Əliyevaya isə iki il sınaq müddəti təyin edərək şərti cəza verib.

Qeyd edək ki, dövlət ittihamçısı P.Abbasova 10 il, Q.Nəcəfov, Ə.Hüseynov və S.Mirzəyevə 9 il azadlıqdan məhrumetmə, V.Əliyevaya isə hamilə olması barədə vəkili tərəfindən verilən ərizəni nəzərə alaraq, humanizm prinsiplərini əsas tutaraq ona şərti cəza verilməsini xahiş edib. 

V.Əliyeva ona şərti cəza verilməsinə görə, məhkəmədə öz minnətdarlıq edib:

" Azərbaycan Respublikasının Baş Prokrorluğuna öz minnətdarliğımı bildirirəm ki, mənə AR CM-in 62 və 70-ci maddələrinin təyin edilməsini təklif edib, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən hər iki maddə nəzərə alınaraq, hakim Əfqan Hacıyevin icraatında baxılaraq,16 dekabr 2021-ci il tarixdə 2 il sınaq müddəti təyin edilməklə barəmdə şərti cəza təyin edildi. 'Ədalət olmayan yerdə insan həyatı bir heçdir. Ədalətli münasibətinizə görə,  Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Əfqan Hacıyevə barəmdə ədalətli qərarın verilməsinə görə, minnətdarliğımı bildirirəm. Belə ki, Baş Prokurorluq orqanının Azərbaycan qadınına hörmət nümayiş etdirərək şərti cəzanın verilməsini təklif etməsi,  Baş Prokurorluq orqanlarının humanizim, ədalət prinsiplərinə yüksək səviyyədə hörmət qoymasından irəli gəlir. Dövlətimə, Prezidentimə və sizlərə humanistlik nümayiş etdirdiyinizə görə, minnətdaram, təşəkkür edirəm".

 

Azadmediatv.com




OXŞAR XƏBƏRLƏR