Prezident Məmməd Abbasbəylini rəis təyin edib

Prezident Məmməd Abbasbəylini rəis təyin edib

 

Prezidentin bu gün təyin etdiyi xidmət rəisi kimdir?

Prezident İlham Əliyevin sərəncamı ilə Məmməd Aslan oğlu Abbasbəyli İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi təyin edilib.

Azadmediatv.com-un xəbərinə görə,  bu təyinatınadək. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi müavini vəzifəsini tutub.

 

Qeyd edək ki, M.Abbasbəyli  1975-ci ildə Gəncə şəhərində anadan olub. Xəzər Universitetinin Beynəlxalq əlaqələr fakültəsində bakalavr dərəcəsi və  Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb. 1999-ci ildə ABŞ-ın Perdyu Universitetində və 2000-ci ildə ABŞ-nın Corc Vaşinqton Universitetinin hüquq fakültəsinin hüquq üzrə magistri dərəcələri alıb. 2000-ci ildən ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının (New York Bar) həqiqi üzvüdür.

Əmək fəaliyyətinə 2000-ci ildə ABŞ-nın Nyu-York şəhərində yerləşən "Salans Hertzfeld & Heilbronn” hüquq şirkətində başlayıb, daha sonra 2003-cü ilədək firmanın Bakı ofisində işini davam etdirib.

2004-cü ildən "Azpetrol International Holdings B.V.”də, "EUPEC Pipe-Coatings LLC” və "BP Group kimi bir sıra iri xarici sənaye və investisiya korporasiyalarında hüquqşünas, hüquq bölməsinin rəhbəri və baş menecer vəzifələrində çalışıb.

2016-ci ildə Azərbaycan Alpinizm Federasiyasının prezidenti olub.

2019-cu ildə İqtisadiyyat nazirinin müşaviri vəzifəsində çalışıb.

Ötən il İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Eyni zamanda, Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının üzvü və  Apellyasiya Şurasının üzvü təyin olunub.

Evlidir, 3 övladı var.

Xatırladaq ki, M.Abbasbəyli bugünkü təyinatadək sözügedən Xidmətin rəis müavini olub. Azərbaycanlı alimlər,  sabiq millət vəkili Aslan Abbasov və Lütviyyə Abbasovanın  oğlu,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin qardaşıdır.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR