Eşqin Qasımov:

Eşqin Qasımov: "Tezliklə aidiyyəti qurumlar məsələyə hüquqi qiymət verəcək"

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov vətəndaş Nəzakət Bayramovanın Azad Media TV kanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlərlə bağlı münasibət bildirib.

Azadmediatv.com-un xəbərinə görə, E.Qasımov bildirib ki, vətəndaş Nəzakət Bayramovanın müsahibəsində polis əməkdaşları barəsində səsləndirdiyi fikirlər həqiqətə uyğun deyil və böhtan xarakterlidir: "Məlumat üçün qeyd edim ki, N. Bayramova dekabr ayının 22-də və 26-da DİN-in 102 Zəng Mərkəzi Xidmətinə müraciət edərək ona məxsus, Göygöl rayon Çaykənd kəndində yerləşən fermadakı fitnes mərkəzindən keçmiş həyat yoldaşı Əli Nəsibov tərəfindən qanunsuz söküntülər aparılması, tikinti və məişət əşyalarının aparılmasını bildirib. Müraciətlə bağlı Göygöl rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb, Ə. Nəsibov Göygöl RPŞ-yə dəvət olunaraq izahatı alınıb. Sonuncu izahatında həmin fitnes mərkəzinin keçmiş həyat yoldaşı ilə birlikdə yaşadığı vaxtlarda tikdirdiyi fermadan deyil, qonşuluqdakı bələdiyyə torpağında öz hesabına tikdirdiyini bildirib. Hazırda RPŞ-də araşdırılma aparılsa da, hər iki tərəfə məsələnin məhkəmə predmeti olduğu bildirilib və onların məhkəməyə müraciət etməsi tövsiyə olunub. Nəzakət Bayramovanın Çaykənd bələdiyyəsi ilə bağlı iddialarına gəldikdə isə bu iddialar qanunla müəyyən edilmiş qaydada prokurorluq orqanları tərəfindən araşdırmalıdır və məndə olan məlumata görə Göygöl rayon prokurorluğunda araşdırma başlanılıb. Yəqin ki tezliklə aidiyyəti qurumlar məsələyə hüquqi qiymət verəcək".

Azadmediatv.com




OXŞAR XƏBƏRLƏR