Ermənilərin kabusu Allahverdi Bağırov

Ermənilərin kabusu Allahverdi Bağırov

Azərbaycanda tarix yazn, tarixdə iz qoyan şərəfli övladları haqqında yazmaq, onları gənc nəslə tanıtmaq lazımdır ki, onlarda milli vətənpərvərlik ruhu formalaşsın.

Azadmediatv.com Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, Qarabağ futbol klubunun futbolçusu və keçmiş baş məşqçisi Allahverdi Teymur oğlu Bağırovun həyat və döyüş yolu haqqında reportajı təqdim edir.

Allahverdi Bağırov 1992-ci ildə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edən kişidir.. O,1946-cı il aprelin 22-də Ağdamda anadan olub. Yeddi qız övladından sonra dünyaya gəldiyindən  ailəsi onu Allahın payı sanıb,  adını Allahverdi qoyub. O, gənc yaşlarından cəsarətli, qorxmaz, sözübütöv, haqsızlığa dözməyən və vətənpərvər oğlan idi. Hətta məktəbdə əgər müəllimlərdən biri hansısa şagirdin haqqını tapdalayırdısa,  etirazını bildirməkdən çəkinməzdi. A.Bağırov orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. Hələ məktəb illərindən  təşkilatçılıq məsələrində xüsusi istedada malik idi. On atapşırılan işlərin öhdəsindən layiqincə gələrdi.

Futbol karyerası

Hələ kiçik yaşlarından idmana, xüsusən də futbola, yüngül atletika və voleybola böyük həvəsi vardı. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında xüsusi rolu olub. O, həm də, Ağdamın "Qarabağ" Futbol Klubunun şərəfini qoruyurdu. 1970-ci ildə Füzulidə "Qızıl sünbül" kubokunda "Ağdam" - "Cəbrayıl" komandalarının qarşılaşmasında "Ağdam" Klubunun kapitanı olub. 1976-cı ildə klubun baş məşqçisi təyin edilib və elə həmin ildə keçirilən Ümümittifaq Birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük xidməti olub. Keçmiş futbolçu Müşfiq Hüseynov Allahverdi Bağırov haqqında danışarkəqn onun ilk məşqçisi olduğunu deyib: "Rəhmətlik milli qəhrəman Allahverdi Bağırov futboldan öncə bizə dürüst olmağı öyrətmişdi. Bizim həyata müstəqil olaraq atılmağımızda rəhmətliyin böyük əməyi olub. Həqiqətən də o, futbolçulara gözəl bir örnək idi".
A.Bağırov 1991-ci ildə "Qarabağ" və "Neftçi" veteranları arasında keçirilən oyunda iştirak edir. 1:1 başa çatan qarşılaşmada Ağdam klubunun qolunu Allahverdi Bağırov vurub.

Qarabağ müharibəsi və döyüşlərdə iştirakı

Allahverdi Bağırov Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünümüdafiə dəstələrinə yaxından köməklik edib. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. Müharibə zamanı Ağdam Xalq Cəbhəsinin sədri seçilib. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdama Allahverdi Bağırov sancıb.

1988-ci ildə Ağdamda ilk müdafiə dəstələrinin formalaşmasında böyük rolu olub. Həmin ildə dövlətin xəbəri olmadan Əsgəranla Ağdam arasında keşikçi postu yaradılanda ora könüllü olaraq ilk dəfə gedən onun qardaşı Eldar Bağırov olub, daha  sonra ermənilərlə həmsərhəd olan bütün kəndlərdə postlar yaradıb.

1991-ci ilin oktyabrın 1-də Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri onun və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradılıb. Eldar Bağırovun rəhbərlik etdiyi hərbi hissə 845 nömrəli Ağdam Ərazi Özünümüdafiə taboruudu.760 nəfərlik batalyon "Vətən oğulları" adlanırdı. Həmin ildə onun qardaşı Eldar, Bakıda  keçirilən Ali Sovetin iclasından qayıdarkən, yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilib. Qardaşı Eldarın ölümündən sonra A.Bağırov saqqal saxlamağa başıayıb və batalyona rəhbərlik edib.

Allahverdi Bağırovun çəkdiyi xəritə

1991-ci ilin avqust ayında Allahverdi Bağırov Rəhim Qazıyevın müdafiəsinə qalxaraq uşaqlıq dostu Cəfər İmaməliyevlə savaş həddinə gəldilər. Cəfərin açdığı atəş nəticəsində Bağırov ayağından yaralanır. 1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edir, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləyib, Pircamal kəndindəki bütün yüksəklikləru tutaraq, Kətük kəndi ilə üzbəüz mövqe qurub. Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat vaxt lazım olub. Bu əməliyyata görə Allahverdi Bağırov "General Məhəmməd Əsədov" mükafatına layiq görülüb. Əsgərləto və döyüş yoldaşları onun haqqında danışarkən deyirdilər ki, Allahverdi Bağırov yeganə komandir idi ki, döyüş zamanı öndə gedirdi. O, çox ciddi, tələbkar adam idi. Bir dəfə kəndi alanda dedi ki, birdən kimsə kənddə əhalini qarət edər, doğma oğlum da olsa, güllələyəcəm. Biz oğurluğa getmirik, torpaq almağa gedirik.
1992-ci il ermənilər Bağırova məlumat verirlər ki, mayın 8-də Şuşa işğal olunacaq. O da həmin məlumatı  bütün dövlət qurumlarına çatdırır. Həmin ay Bağırov qərargaha beş əsgəri çağırtdırıb birlikdə plan hazırlamağa başlayır.

Allahverdi Bağırovun ən böyük hərbi uğuru 1992-ci il 12 iyun Aranzəmin döyüşündə olub. Aranzəmin kəndi üzrə döyüşlərdə onun dəstəsi 100 nəfər erməni əsgərini məhv edib və 10 düşmən əsgərini əsir götürür.

Xocalı soyqırımı

Onun, Xocalı soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyidləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində də əvəzsiz xidməti olub. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonunda 300 nəfər həlak olur. A. Bağırov erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edir. A. Bağırov erməni əsirləri avtobusla gətirib, sahiblərinə təhvil verir. O, cəsədləri Ağdam məscidində, kəfənə tutdurub torpağa tapşırırdı, Ağdamın Qarağacı qəbiristanlığında o, Azərbaycan əsirlərini təhvil alır.

Səkkiz günlük erməni əsirliyində işgəncələrə məruz qalan Hüseynağa Quliyev müsahibələrində deyib ki, məni əsirlikdən qurtarmaq üçün Ağdam döyüşlərində əsir düşmüş Suriyadan olan erməni ilə dəyişməli idilər: "Belə də oldu. Ermənilər Milli Qəhrəman Allahverdi Bağırova pul təklif etdi ki, həmin Suriya ermənisini qaytarsın. Amma yeri behişt olsun, rəhmətlik Allahverdi kişilik göstərib ermənini pula deyil, mənə dəyişdi. Anamı da buraxmışdılar"
Məhz Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olub. E.Bağırov Xocalı faciəsindən həddindən artıq sarsılır. Xocalı qadınlarını və qızlarını o vəziyyərdə görəndən sonra özünə gələ bilmirdi. Xüsusən də 9 yaşlı qız uşaqının vəhşicəsinə ölümü ona pis təsir edir.

Tanınmış tele-jurnalist Nadejda İsmayılova A.Bağırovu belə xatırlayır: "Onun üzündəki solmuş təbəssümü, yorğun sifətinı unuda bilmirəm. Mənə elə gəlirdi ki, bu güclü, cüssəli oğlan gözlərimin qarşısında bu dəqiqə səndərləyib yıxılacaq. Heç kim bilmirdi ki, o nə zaman yatır. Ümumiyyətlə, yatırmı? Mən çəkiliş qrupumuzun rejissoru Namiq Şirəlibəyov və operator İzzət Əzizovla çəkilişləri səhər o başdan başlayırdıq, eşidirdik ki, Allahverdi artıq hardasa insanların köməyinə çatır, üzərinə düşən hansısa əməliyyatı yerinə yetirir. Gah ermənilərlə danışıqlarda olurdu, gah meyit dəyişirdi, gah da ağlayıb-sızlayan ana-bacıların ətrafında onlara ürək-dirək verir, saçlarını tumarlayırdı. Qəfildən gedib postları yoxlayırdı, Ağdamı qoruyan uşaqların ayıq-sayıq olmaları üçün tapşırıqlar verirdi. Bir də görürdün ki, əlinə bir dəfə də tüfəng götürməyən müdafiəçiləri silahla davranmağı öyrədir. Allahverdi Əsgərəna - döyüşlərin ən qızğın mərkəzinə gedib oradan ermənilərdən ya ölümüzü, ya dirimizi alıb gətirirdi. Bu erməni silahlı əsgərləri ilə qarşılaşmanın hər dəqiqəsində ölüm var idi..."

Allahverdi Bağırovun məzarı

1992-ci ilin  iyunun 12-də təcili iş üçün geri, Ağdama çağrılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanikdən geri qayıdarkən minaya düşür. Maşında olan digər üç nəfər sağ qalsa da, Allahverdi Bağırov sürücüsü və Nizami adlı həkimlə birlikdə həlak olur. Tankçı  Sevil Abbasovanın sözlərinə görə onu ancaq sənədlərindən tanıya biliblər.

A.Bağırov həlak olanda Bakıdakı Şəhidlər Xiyabanında ona qəbir qazılmışdı. Lakin müəyyən səbəblərə görə qardaşı Eldar Bağırovun yanında — Ağdam rayon Şəhidlər xiyabanında dəfn edilir.Bakıdakı Şəhidlər Xiyabanında Allahverdi Bağırov üçün qazılan qəbirdə isə ondan bir gün sonra həlak olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev dəfn edilir.
Alahverdi Bağırovun  bir oğlu və iki qızı var.  Oğlu Elşən Bağırov müharibə veteranıdır. Hər iki qızı isə Dövlət Sərhəd Xidmətinin zabitləridirlər - DSX-nın Tibb xidməti kapitanı Aynur Bağırova və polkovnik-leytenant Zümrüd Bağırova.

Azərbaycan Respublikası prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə Bağırov Allahverdi Teymur oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Sonradan Heydər Əliyevin fərmanı ilə Allahverdi Bağırov "Qızıl Ulduz" medalı təltif olunub.

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Allahverdi Bağırovun hərbçi qızları torpaqlarımız işğaldan azad ediləndən dərhal sonra  atalarının  Ağdamda yerləşən məzarını ziyarət ediblər.

Qızları 27 il sonra Allahverdi Bağırovun məzarı başında - Video

 A.Bağırovun hər iki qızı Dövlət Sərhəd Xidmətinin zabitləridirlər. DSX-nın Tibb xidməti kapitanı Aynur Bağırova deyib ki, atası Allahverdi Bağırovun 27 il öncə şəhadətə qovuşduğu Ağdam torpağına yenidən qayıdışına görə çox xoşbəxtdir:

“Atamın həmişə mənə arzuladığı peşəyə yiyələnərək bu gün fəxrlə Dövlət Sərhəd Xidmətinin zabiti olaraq məzarını ziyarət etməyimlə qürur duyuram. Bu qələbə sevincini bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə və müzəffər Azərbaycan Ordusuna minnətdarlığımı bildirirəm. Əminəm ki, 27 ildən sonra işğaldan azad edilmiş Ağdama gəlişimizlə atamın və digər şəhidlərimizin nigaran ruhları bu gün rahatlıq tapacaq”.

A.Bağırovun digər qızı, polkovnik-leytenant Zümrüd Bağırova bildirib ki, bu gün 1993-cü ildə tərk etdiyi Vətən torpağında, sonuncu dəfə 6 yaşında ziyarət etdiyi atasının məzarı önündədir: “Qürurverici hissdir ki, mən atamın yolunu davam etdirərək sərhədçi zabit kimi öz torpaqlarımıza qədəm basmışam. Doğma torpaqlarımızı bizə qaytardığı üçün Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevə və qəhrəman döyüşçülərimizə öz dərin təşəkkürümü bildirirəm. Torpağımız uğrunda şəhid olmuş bütün qəhrəmanlarımızın və atamın ruhu qarşısında baş əyirəm”.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR