Övliyalara bağlılığınız varsa, bu yerləri mütləq ziyarət etməlisiniz -  Sərdar Tuncər

Övliyalara bağlılığınız varsa, bu yerləri mütləq ziyarət etməlisiniz - Sərdar Tuncər

Türkiyənin "Yeni Şafak" İnformasiya Agentliyinin  köşə yazarı  Sərdar Tuncər Özbəkistan səfər edib və  aldığı  təəssüratları həmvətənlərimizlə bölüşüb.

Azadmediatv.com-un xəbərinə görə, S.Tuncər Özbəkistanın qədim və tatrxi şəhərlərində olarkən gördüklərini qələmə alıb. Yazarın  Buxara, Səmərqənd və Timiz kimi şəhərlərindən aldığı təəssüratlarını izləyicilərimizə təqdim edirik:
 "Yay tətili üçün heç bir planınız yoxdursa, ilk olaraq Özbəkistana gedin. Yeni veriliş çəkilişləri ilə birlikdə bura səfərimizin əsas məqsədi İslam dininin  görkəmli din  xadimlərinin  məzarlarını ziyarət etmək idi. Hansı ölkəyə mənsub olmağınızdan asılı olmayaraq, əgər övliyalara bağlılığınız varsa, bu yerləri mütləq ziyarət etməlisiniz.  Çünki "Qızıl silsilə"nin (Məhəmməd Peyğəmbərdən (s.a.s) sonra yerinə vəkalət edəcəyi rəvayət edilən övliyalar) 12 böyük nümayəndəsi bu torpaqda uyuyur. 

Özbəistan nurlu iqlimi, bərəkətli torpaqları və elm ocağı kimi  bütün dünyada məşhurdur. Belə ki, "Yaşayan Soltan" kimi tanınan Kusam bin Abbas (r.a.), altı böyük hədisçilərdən olan İmam Buxari, İmam Tirmizi, İmam Darimi, İmam Maturidi, böyük təfsirçi İmam Nəsəfi, "Əl-Hadayə" kitabının müəllifi Merginani, elm və sufizmin böyük alimlərindən olan Hakim Tirmizi, Şeyx Diggerani, Abdulxaliq Gücdevani və bu kimi böyük alimlər, məhz bu torpaqlarda dəfn olunublar.

Bəzən yol uzun, zaman isə qısa olur. Bunun üçün özünüzə üç şəhəri əhatə edəcək bir program hazırlayın: Buxara, Səmərqənd və Tirmizi. Bu üç şəhər və bir həftə sizə adlarını çəkdiyim bu insanların məzarlarınl ziyarət edib mənən dincəlməyinizə kifayət edəcək.

Tətiliniz bitəndə vücudunuz bir az yorulacaq, lakin ruhunuz tamamilə dinclik tapacaq. Hətta iddia edə bilərəm ki, doğma şəhərinizə qayıtdıqda qəlbinizi acı kədər hissi bürüyəcək. O ki, qaldı xərclərə, hesab edirəm ki, bu məbləğ bir həftəlik dənizkənarı istirahətə xərcləyəcəyiniz məbləğdən heç də artıq olmayacaq. Üstəlik, viza problemi də yoxdur.

Qeyd: Özbəkistan Turizm Nazirliyindən olan qardaş və bacılarım Cihangir Sayidoğluna, ev sahibimiz Ənvər Yusuf və səfərimiz boyu bizləri qürurlandıran  kapitan Ekməl Pirimoğluna, səyahətçi həmkarımız Prof. Dr. Bilal Sümüyə müıllimimə və onların mərhəmətli həyat yoldaşı Fatma xanıma, həmçinin komandamızdan Bilal, Doğan və Emirhana  bu səfərdə mənə göstərdikləri diqqətə görə, təşəkkür edirəm".

Mərkəzi Asiyanın ən qədim şəhəri: Buxara - II yazı

Özbəkistan | Inar Travel

Özbəkistan - Səmərqənd | Xəbər | Gəzəyənlər

Səmərqənd şəhəri harada yerləşir? | Quedeus

Мавзолей Хаким ат-Термези. Священные места в Узбекистане.

Мавзолей Хаким ат Термези близ Термеза - YouTube

Аль-Хаким ат-Тирмизи, Термез

Azadmediatv.com

 




OXŞAR XƏBƏRLƏR