İlhamə Həsənova:

İlhamə Həsənova: "İlqar İsmayılov şəhərin ən görünən yerində dar ağacından asılmalıdır ki, hər kəsə dərs olsun"

Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Əli Məmmədovun sədrliyi ilə “İdeal” Mağazalar Şəbəkəsinin keçmiş sahibi, hazırda həbsdə olan iş adamı İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Azadmediatv.com-un xəbərinə görə, proses müdafiə tərəfinin çıxışlarıyla davam edib. Belə ki, prosesdə İlqar İsmayılovun müdafiəçiləri - vəkillər İlhamə Həsənova və Rəşad Əliyev çıxış ediblər.
İlk çıxışı tanınmış vəkil İlhamə Həsənova edib. O hüquqlarını müdafiə etdiyi sabiq iş adamı İlqar İsmayıllovun tamamilə uydurma və saxta ittihamlarla 10 aydır günahsiz yerə həbsdə saxlandığını xüsisi qeyd edib. İ.Həsənova çıxışında ittiham tərəfinin İlqar İsmayılova qarşı irəli sürülmüş ittihamlarının sübuta yetirilmədiyini təkzibedilməz faktlarla qeyd edərək bildirib ki,  iş adsamının həbsi sifarişlidir.

O,  çıxışı zamanı ittihamların sübuta yetirilməməsi ilə bağlı sənədləri də məhkəməyə təqdim edib. İ.Həsənova çıxışında qeyd edib ki, tədqiq olunmuş sənədlərlə İlqar İsmayılovun heç bir mənimsəməyə yol vermədiyi sübuta yetirilib. Vəkil İlqar İsmayılovun günahsız olmasını məhkəmənin diqqətinə çatdıraraq, onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Qeyd edək ki, peşəkar hüquqşünas, İ.İsmayılovun müdafiəçisi İlhamə Həsənovanın çıxışı hədsiz maraqla dinlənilib. Vəkil xanım çıxışında dünya praktikaslnda baş verən hadisələrdən nümunələrdə gətirib. Çıxışı olduğu kimi təqdim edirik.

"Hörmətli hakimlər!

Əgər İlqar İsmayılovun müdafiəçisi olaraq məni dinləməyə hazırsınızsa, Müdafiə Nitqinə hazıram!

Bütün həyatımız bədbəxt hadisələrdən toxunur, insana məlum olmayan dərinliklərdə qanunauyğunluq öz yolunu açır.  İstər taleyiniz sizi xoşbəxtlik Zirvəsinə qaldırsın, istərsə də faciəli uçurumun dağıdıcı kənarına gətirsin - bütün bunlar Əlahəzrət Şansın işidir.  O, sanki gözəgörünməz, səssiz və salamsız,  evinizə və həyatınıza girir.  Hərəkətlərinizin rejissoru olur,  sonradan həyatınızda müxtəlif rollar oynayan müxtəlif insanlarla qarşılaşırsınız.  Ya sizin həyat fəaliyyətiniz nəticəsində, ya da onun sələfi kimi hadisələri və faktları gözəgörünməz tel ilə bağlayan Odur.  Və o, bu kövrək, lakin bizim üçün çox zəruri olan ipi amansızcasına qıra, tez-tez ölümcül finalımızı gətirə bilər.
 İlqar İsmayılovla olduğu kimi.  O, 15 il öncə Azərbaycanı dünya ətriyyat və kosmetika  satış bazarında tanıdan, “İdeal” adlı brendləşən bir marka yaratdı. Sonra Əlahəzrət Şans sanki ona Şans gətirdi və həyatına, iş ortaqlığına sərvətli və nüfuzlu insanlar girdi. Elə bu gündən də onun hərəkətlərini, iş və həyat fəaliyyətini gözəgörünməz kövrək iplə bağlayıb bu ipin ucunu, sonradan İlqar İsmayılovu mərhəmətindən asılı edəcəyi şəxslərin əlinə verdi və onun ölümcül finalını gətirdi. 2017-ci ildən bu günədək İlqar ismayılov bu uçurumun faciəli kənarındadır.   
Uçurumdan dönmək üçün, Əlahəzrat Şans, ona bir imkan yaratdı. İlqar İsmayılov dünyaya gətirib körpə uşaq kimi böyütdüyü “İdeala” olan bütün hüquqularından imtina etməsi ilə bağlı sənədləri saxlandığı həbs yerində, 2017-ci ildə, notariusun cəmi 10 dəqiqəlik ziyarətində imzalamağa məcbur oldu və ona faciəvi sonluğunu gətirən uçurumdan dönməyə Şans verildi. Bu gün İlqar İsmayılovun vəkili kimi,çoxları mənim simamda İlqar İsmayılovu məzəmmət edir. Madam ki, ona aman verilmişdi. Niyə geri dönmədi? Niyə irəli getdi?

Uzaq Sibirdə sıx tayqada taleyin qar kimi ağ xəz paltarı ilə mükafatlandırdığı bir heyvan var.  Bu heyvanın adı “ qornostaydır”  Onu parçalamağa hazır olan düşməndən qaçıb, yoluna    çirkli gölməçə çıxanda, gölməçəyə girib, qar kimi ağ kürkünü ləkələməkdənsə düşmənə təslim olmağı üstün tutur. İlqarın niyə geri dönmədiyini başa düşürsünüzmü? 

İndi İlqar İsmayılovun  şəxsin həyatında baş verən hadisə - Əlahəzrət Şansın onu sərvəti ilə güclü olan insanlarla qarşılaşdırması, müstəntiqlərin və prokurorların bağışlanmaz səhvlərinin köməyi ilə   ölümcül bir təhlükə statusu qazanmış və İlqar İsmayılovun Əzrayılına çevrilmişdir. "Bir cəmiyyəti, toplumu məhv etmək istəyirsənsə, onun inamını  əlindən al, ədaləti məhv elə!" sözləriylə nitqimə davam etmək, ittihamın sübutsuzluğunu təqsirsizliyimizi sübut etmək istəyirəm. Halbuki müdafiə tərəfi olaraq, təqsirsizliyimizi sübut etməli deyilik, ittiham İlqar İsmayılovun təqsirini sübut etməlidir.
 İttiham aktına əsasən İlqar İsmayılova verilən  ittihamlar epizodlarla:
 

Epizod 1: “ İdeal” şirkətinin direktou və həmtəsisiçisi olaraq öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib,cəmiyyətin təsisçilərinin illik yığıncağını keçirmədən,səhmdarların razılığı və məlumatı olmadan  ona etibar olunmuş “İdeal COMPANY” MMC-yə məxsus pul vəsaitini mənimsəməklə talamaq məqsədilə “Şəhər Bağları” MTK-dakı 45 saylı mənzili özü üçün almaq məqsədilə  şirkətin  cinayətdən xəbərsiz olan, xəzinədarı  Quliyeva Samirəyə verdiyi tapşırıq əsasında  01.06.2013-cü il tarixdə cinayətdən xəbərsiz Həbib Qarayevin adına yazılmış (nə yaxşı ki, Samirə Quliyeva və Həbib Qarayev cinayətdən xəbərsiz hesab olunub. Yoxsa, cinayət “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş  hesab olunardı.) 2229 nömrəli xəzinə məxaric orderinə şəxsən imza etməklə  Cəmiyyətin xəzinəsindən 280.000 (iki yüz səksən min) manat məbləğində pul vəsaitin götürərək  mənzilin sahibi Leyla Novruzovaya verməklə mənzili satın almışdır. Bununla da vəzifə səlahiyyətlərindən istifadə etməklə 280.000 manat vəsaiti mənimsəmişdir.
             İttihamın sübutları: 
 Cinayət işinin cild 5, səhifə 284-də olan 01.06.2013-cü il tarixli 2229 saylı, 280.000 manatın məxaric olunmasına dair xəzinə məxaric orderinin kserosurəti. Həmin kserosurət qəbz ekspertizaya təqdim olunmuş və imzanın İlqar İsmayılova aid olduğu müəyyən olunmuşdur. Bundan əlavə ittiham sübut kimi mənzilin sahibi Leyla Novruzovanın ifadəsinə istinad edir.  
           Bu epizod üzrə ittihamın təkzibi:
1.Cinayət işinin cild 6, səhifə 6-da  “ Şəhər Bağları” MTK təsisçilərinin ümumi yığıncağının 16.05.2013-cü il tarixli protokolu. Qərara alındı: Vətəndaş İsmayılov İlqar İsmayıl oğlu  MTK üzvülüyünə qəbul edilsin və  MTK-nın Aşıq Alı küçəsi ev 4 a ünvanında ümumi sahəsi 284,8 kv. metr olan  45 saylı mənzili onun tam mülkiyyətinə verilsin və hüquqlarının qeydə alınması üçün sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestrinə təqdim edilsin;
2.Cild 5, səh 30-31- Mənzilin sahibi Leyla Novruzovanın payçılıqdan azad edilməsi və  ilə bağlı 31.05.2013-cü il tarixli ərizəsi
3.Cild 9, səhifə 45.    Mənzilin sahibi Leyla Novruzova tərəfindən Əli Zeynalovun, Elvin Məmmədovun, İlqar İsmayılov tərəfindən Həbib Qarayevin və mənzilin yerləşdiyi bina üzrə MTK-nın komendatı Xaliq Orucovun imzaladığı  23.04.2013 -cü il tarixli razılaşma: Mənzilin dəyəri 1000000( bir milyon) manat müəyyən olunur, 100.000 beh verilir, qalan məbləğ  may ayınadək ödənilir. Bu şəxslr məhkəmə iclasında şahid qismində dindirilərkən razılaşmanın məzmununun təsdiq etdilər.
4. Cild 8, səh 214,  “ Roveks Konmark” Konsaltunq şirkətinin 15.07.2013-cü il tarixli qiymətləndirmə rəyi: Mənzilin bazar dəyəri 1.100.000( bir milyon yüz min), likvid dəyəri 1000000(bir milyon)manat müəyyən olunub; 
5.Cild 7, səh 48-50 “ Şəhər Bağları” MTK -dakı 45 saylı mənzilin məhkəmə qərarı əsasında qiymətləndirilməsinə dair  13.04.2021-ci il tarixli qiymətləndirmə rəyi: Mənzilin dəyəri  2.666.732(iki milyon altı yüz altmış altı min yeddi yüz otuz iki ) manat müəyyən olunur.
6. Cild 5, səh 27 “ Şəhər Bağları” MTK-nın  23.10.2020-ci il tarixli məktubu.Mənzil sahibi Leyla Namazovadan alınıb. MTK-ya İlqar İsmayılov və ya Həbib Qarayev tərəfindən hər hansı vəsait ödənilməyib.
7.Şahidlər Novruzov Yaşar və Novruzova Leyla nın məhkəmə istintaqında verdikləri ifadələri ilə ittihamın sübut kimi istinad etdiyi məhkəməyəqədərki istintaqda verdiyi ifadələri tam ziddiyyət təşkil etdi. Leyla Novruzova, ümumiyyətlə, məhkəməyəqədərki istintaqda ifadə vermədiyini, müstəntiqin nəyi isə yazıb ona imzalatdırdığını bildirdi. Məhkəmə iclas protokolu: Cild 8, səh. 86-87, 219-220.

Göründüyü kimi, yuxarıda sadalanan işin təzibolunmaz sübutlarla təsdiqlənən faktiki halları sözügedən mənzilin ittiham aktında göstərildiyi kimi 280.000 manata deyil 1000000 ( bir milyon manata) alındığını, 280.000 manat vəsaitin “ İdeal” Kompani MMC-nin kassasından məxaric edildiyi  01.06.2013-c üil tarixdə deyil,dəyəri tam ödənilməklə may aprel- may aylarında alındığını ,hətta 16 may 2013-cü il tarixdə Kooperativin ümumi yığıncağının qərarı ilə  İlqar İsmayılovun mülkiyyətinə verildiyi öz təsdiqini tapır. 2013-cü ilin may ayının 16-da 1000000(bir milyon) manata alınaraq İlqar İsmayılovun mülkiyyətinə keçən mənzili İlqar İsmayılov həmin ilin iyun ayının birində 280.000 manata yenidən niyə almalıydı və bu nə ilə təsdiq olunur?
Bundan əlavə ittihamın  ““ İdeal” Şirkətinin direktou və həmtəsisiçisi olaraq öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, cəmiyyətin təsisçilərinin illik yığıncağını keçirmədən,səhmdarların razılığı və məlumatı olmadan  ona etibar olunmuş “ İdeal Kompani” MMC-yə məxsus pul vəsaitini mənimsəməklə talamaq məqsədi” mövqeyi  cinayət işinin 7-ci cildi səhifə 26-da olan  “ Adore” Kompani MMC-nin  M-12-21 ,07.04.2021-ci il tarixli  istintaq orqanına ünvanladığı məktubu ilə təkzib olunur. Həmin məktubda göstərilir:  Qeyd olunan dövr üzrə əldə olunan gəlir MMC-nin şifahi razılığına əsasən  dövriyyə vəsaitinin təmin edilməsinə,o cümlədən xidmət şəbəkəsinin genişləndirilməsinə,malların idxal olunmasına  yönəldilmişdir. Məktubdan göründüyü kimi,MMC-nin təsisçilərinin gəlirin xərclənməsi ilə bağlı şifahi razılıqları olmuşdur. Həmin 280.000 manat vəsait də məhz razılığa uyğun təyinat üzrə xərclənmişdir. İttiham tərəfi əksini sübut edə bilməmişdir.

Epizod 2: İttiham aktına əsasən, İlqar İsmayılov öz şəxsi məqsədləri üçün “Silk Vey “ Bank, yəni “Premium” Bankdan götürdüyü kreditlərin 320312 (üç yüz iyirmi min üç yüz on iki) manat hissəsini  “İdeal Kompani” MMC-nin kassasından kötürməklə ödəməkdə, yəni vəzifə səlahiyyətlərindən sui-istfadə edərək bu məbləği mənimsəməkdə ittiham olunur.
           Bu epizod üzrə ittihamın sübutları:
⦁    Cinayət işinin 81-83-cü səhifələrində olan, İlqar İsmayılovla  “Silk Vey  Bank” arasında bağlanmış, 19.12.2012-ci il tarixli 212-BV-KM-0012 saylı,İlqar İsmayılova  1611875 manat kredit ödənilməsinə dair müqavilə;
⦁    Cild 5, səh 294-də olan  36.700 manatın məxaric edilməsinə dair, 21.01.2013-cü il tarixli 252 saylı  xəzinə məxaric orderi, 36.675 manatın məxaric edilməsinə dair  21.01.2014-cü il tarixli 266 saylı xəzinə məxaric orderi-kserosurət, 42665 manatın məxaric edilməsinə dair  18.02.2014,18.04.2014,16.05.2014,18.06.2014 -cü il tarixli 6473  saylı xəzinə məxaric orderi-kserosurət, Proqram təminatından çıxarılması iddia olunan 18.07.2014 və 18.02.2014 tarixli gündəlik kassa hesabatın kağız daşıyıcıda çıxarışlar.

         Bu epizod üzrə ittihamın təkzibi: 
Cinayət işi cild 6,səh 84-86. Cinayət işinin 81-83-cü səhifələrində olan,İlqar İsmayılovla  “Silk Vey  Bank” arasında bağlanmış, 19.12.2012-ci il tarixli 212-BV-KM-0012 saylı,İlqar İsmayılova  1611875 manat kredit ödənilməsinə dair müqavilə üzrə alınmış kredit ödənilməsinə dair maliyyə sənədi cədvəllə birlikdə. “Silk Vey”, indiki “ Premium Bank” tərəfindən verilmiş həmin sənəddən görünür ki, bu kredit üzrə verilmiş 1611875 manat  18.03.2014-cü il tarixdə tam ödənilərək müqaviləyə xitam verilmişdir. Belə olan halda,ittihamın İlqar İsmayılovu 18.04.2014,16.05.2014,18.06.2014 -cü il tarixli 6473  saylı xəzinə məxaric orderi əsasıında  pul məxaric edərək həmin müqavilə üzrə kreditini ödəməkdə ittiham etməsi sübutsuz və absrddur. Ödənilmiş və xitam verilmiş kredit öhdəliyini təkrar necə və niyə ödəməliydi İlqar İsmayılov?
          Bundan əlavə
1.Cild 5, səh 294-də olan  36.700 manatın məxaric edilməsinə dair ,    21.01.2013-cü il tarixli 252 saylı  xəzinə məxaric orderi mötəbər sübut kimi qəbul oluna bilməz. Orderdə İlqar İsmayılovun imzası yoxdur.
2. Cinayət işinin cild 1, səhifə 124-də olan 18.06.2014-cü il tarixdə 42664 AZN məxaric edilməsinə dair 6473 saylı xəzinə məxaric orderi mötəbər sübut kimi qəbul edilə bilməz. Bu sənəddə direktor kimi İlqar İsmayılovun imzası yoxdur,” ödənilib” ştampı yoxdur, sənəd kserosurətdir,əsli iş materiallarında yoxdur.
3. Cinayət işinin cild 5,səh 228-də olan “ Adore Kompani MMC-nin ,yəni zərərçəkmişin  17.12.2020-ci il tarixli məktubu ilə təqdim olunan mədaxil məxaric sənədlərinin içində olan  36676 manat pul vəsaitinin məxaric olunmasına dair 18.02.2014-cü il tarixli gündəlik kassa hesabatı sənədi, 35261 manat pul vəsaitinin məxaric olunmasına dair 18.04.2014-cü il tarixli gündəlik kassa hesabatı sənədi, 37335 manat pul vəsaitinin məxaric olunmasına dair 16.05.2014-cü il tarixli gündəlik kassa hesabatı sənədi, 40000 manat pul vəsaitinin məxaric olunmasına dair 18.07.2014-cü il tarixli gündəlik kassa hesabatı sənədi, 55000 manat pul vəsaitinin məxaric olunmasına dair 18.12.2014-cü il tarixli gündəlik kassa hesabatı sənədi,
      Bu sənədlər də  həmin məbləğlərin göstərilən tarixlərdə, İlqar İsmayılovla  “ Silk Vey  Bank” arasında  19.12.2012-ci il tarixdə bağlanmış və 18.03.2014-cü il tarixdə tam ödənilərək öhdəliyə xitam verilmiş müqavilə üzrə olmayan borcunun ödənilməsi məqsədi ilə İlqar ismayılov tərəfindən göstərilən məbləğlərinin məxaricinin sübutu kimi təqdim olunmuşdur. Absurddur, ancaq bu sənədlər barədə də müdafiə tərəfi olaraq mövqeyimizi bildirək:
     Bu sənədlərin İlqar İsmayılovu ittiham edən “ Adore Kompani” MMC tərəfindən 2020-ci ildə guya proqram təminatından çıxarılaraq istintaqa təqdim olunması işin mübahisəsiz halıdır. Bu sənədlər aşağıdakılara əsasən mötəbər sübut kimi qəbul oluna bilməz:
⦁    Məhkəmə istintaqında dindirilən şahid Nizami Quliyevin ,cinayət işinin 8-ci cild 80-85 ci səhifələrindəki ifadəsindən.” Müəyyən müddətdə həmin bazadan istifadə edilmədiyinə görə  həmin bazadakı məlumatlar istifadəsiz qalmışdı və nəticədə sistemdə yaranan problemlərə bağlı olaraq həmin məlumatlar sistemdən itmişdir.Yalnız  kompyuter sistemləri mütəxəssislərinin  köməkliyi ilə həmin məlumatlar yenidən bərpa edilmişdir” “Bəli, şirkətin maliyyə əməliyyatlarına dair sistemdəki materiallara dəyişiklik edilməsi mümkündür,lakin yalnız İT mütəxəssislərinin köməkliyi ilə bunu etmək mümkündür”, “Bəli,Korrupsiya İdarəsinin əməkdaşlarının yaratdığı komissiyanın həyata keçirdiyi audit yoxlaması zamanı komissiyaya həmin məlumatlar kağız daşıyıcılarda təqdim edilmişdir”,” mənim 2003-2017-ci illər ərzindəki,şirkətin maliyyə fəaliyyətinə dair bütün mədaxil məxaric sənədlərinin yoxlamaya təqdim olunub olunmadığından dəqiq olaraq xəbərim yoxdur”,” Bəli,bu gün də əsas bazadan şirkətin maliyyə fəaliyyətinə dair bütün məlumatları İT mütəxəssislərinin köməkliyi ilə çıxarmaq mümkündür”, “ Xeyr,sizin təqdim etdiyiniz 2014-cü ilə aid olan sənədi mən hazırlamamışam”,” Xeyir,o sənədi mən çıxararaq ibtidai istintaq orqanına təqdim etməmişəm”
⦁    Cİ-nin cild 9,səh 30-da olan “ İdeal Kompani” MMC-nin Baş mühasibinin köməkçisi və xəzinadar funksiyasını icra edən şahid Samirə Quliyevanın ifadəsi:” İlqar İsmayılovun təqdim etdiyi və cinayət işinin materiallarında olan ,iş üzrə maddi sübut kimi tanınmış, üzərində “ Adore Kompani” MMC-nin möhürü olan Gündəlik kassa hesabatlarını “İdeal Kompani” MMC-nin rəsmi sənədi kimi tanımıram,həmin sənədlər mənim tərəfimdən tərtib edilməmişdir”. Samirə Quliyeva İlqar İsmayılovun şəxsi xərclərinə yönələn və ya kreditlərinin ödənilməsinə yönələn bütün məbləğlərin məxaric sənədinin İlqar İsmayılov tərəfindən imzalanmasının mütləq olmasını bildirərək göstərdi ki,”lakin “ İdeal Kompani” şirkətinin xərclərinə görə mədaxil sənədlərini isə İlqar İsmayılov imzalamaya bilirdi, həmin sənədləri bu vəsaiti kimə ödəyirdiksə,həmin şəxs imzalayırdı. Bu zaman şirkətin maliyyə direktoru Fuad Şahvəliyevin həmin sənədi imzalaması yetərli idi.”
İttihamın sübut kimi istinad etdiyi  36675 manat məbləğin məxaric olunmasına 21.01.2014-cü il tarixli ,  36676 manat vəsatinin məxaric edilməsinə dair 18.02.2014-cü il tarixli,  35261 manat vəsatinin məxaric edilməsinə dair 18.03.2014-cü il tarixli, ,  37335 manat vəsatinin məxaric edilməsinə dair 16.05.2014-cü il tarixli, ,  42665 manat vəsatinin məxaric edilməsinə dair 18.06.2014-cü il tarixli, ,  36676 manat vəsatinin məxaric edilməsinə dair 18.02.2014-cü il tarixli, 40000 manat vəsatinin məxaric edilməsinə dair 18.07.2014-cü il tarixli,  55000 manat vəsatinin məxaric edilməsinə dair 18.02.2014-cü il tarixli qəbzlərdə İlqar İsmayılovun imzası yoxdur, Mərkəzi Bankın təlimatına əsasən Bankın tam adı, VÖEN-i ,tarixi və xəzinənin nömrəsini özündə əks etdirən tarixi yoxdur. Bu sənədlər kserosurətdir.

Göründüyü kimi bu sənədlər İlqar İsmayılovun göstərilən məbləğləri 19.12.2012-ci il tarixli 212-BV-KM-0012 saylı, şəxsi ehtiyacları üçün götürdüyü  və 18.03.2014-də tam ödədiyi 1611875 manat kredit ödənilməsi üçün vəsait sərf edərək mənimsəməsinə dair ittihamın sübutu kimi mötəbər sübut olaraq qəbul oluna bilməz.   İlqar İsmayılovun “Yapı Kredi Bank”-dan götürdüyü kredit məbləğinin qaytarılması üçün şirkətin kassasından 80564,1 manat məbləğində vəsaiti məxaric edərək mənimsəməsi epizodu üzrə.
           İttihamın sübutları:
Cild 6 səh 122. Həmin dövrün rəsmi məzənnəsi ilə 16114,8 manatın məxaric edilməsinə dair 26.02.2014 -ci il tarixli gündəlik kassa hesabatı sənədi, Həmin dövrün rəsmi məzənnəsi ilə 16114,8 manatın məxaric edilməsinə dair 27.03.2014 -ci il tarixli gündəlik kassa hesabatı sənədi, Həmin dövrün rəsmi məzənnəsi ilə 16114,8 manatın məxaric edilməsinə dair 30.01.2014 -ci il tarixli gündəlik kassa hesabatı sənədi, Həmin dövrün rəsmi məzənnəsi ilə 16114,8 manatın məxaric edilməsinə dair 30.04.2014 -ci il tarixli gündəlik kassa hesabatı sənədi, Həmin dövrün rəsmi məzənnəsi ilə 16114,8 manatın məxaric edilməsinə dair 30.05.2014 -ci il tarixli gündəlik kassa hesabatı sənədi.
          İttihamın təkzibi:

Bu sənədlərin də  İlqar İsmayılovu ittiham edən “ Adore Kompani” MMC tərəfindən 2020-ci ildə guya proqram təminatından çıxarılaraq istintaqa təqdim olunması işin mübahisəsiz halıdır. Bu sənədlər aşağıdakılara əsasən mötəbər sübut kimi qəbul oluna bilməz:
İttiham tərəfin şahidləri, Quliyeva Samirə Eminağa qızı və Quliyev Nizami Təhmasib oğlunun yuxarıda göstərilən ifadələri bu sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsini mümkünsüz edir.  Bu epizod üzrə məxaric əməliyyatlarından yalnız biri üzrə, cild 5, səhifə 285-də olan məxaric əməliyyatı üzrə xəzinə məxaric qəbzi və bu qəbzdə  İlqar İsmayılovun imzası var. Yerdə qalan məxaric əməliyyatları üzrə yalnız gündəlik kassa hesabatından çıxarışlar təqdim olunmuşdur.  
 İş materiallarında olan məhkəmə istintaqında elan edilmş 17 aprel 2020-ci il tarixli  “ Baxış keçirilməsi haqqında protokoldan “ görünür ki,bu  “ Gündəlik kassa hesabatı sənədləri”  “ İdeal Kompani “ MMC-nin ofisində  mühasibatlıq işlərinin həyata keçirilməsi üçün istifadə olunan  “1C” proqram təminatındakı məlumatlardan aşkarlanmışdır. Həmin məlumatlar da  01.01.2013-cü ildən -07.02.2017-ci il tarixədək ölan dövr üçün  proqramın konfiqurasiyasına daxil olmaqla “Apacer” markalı yaddaş kartına köçürülərək götürülmüş və cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə istintaqının sübutların yoxanması mərhələsində həmin yaddaş kartındakı məlumatların elan edilməsini xahiş etdik. Lakin yaddaş kartının açılmaması səbəbi ilə vəsatətimiz təmin edilmədi. Məhkəmə həmin yaddaş kartının açılması,proqramdakı məlumatların elan edilməsi və ittihamı təsdiq və ya təkzib edən məlumatların aşkarlanaaraq tədqiqi edilməsi istiqamətində müdafiə tərəfinin vəsatəti üzrə hərəkətsizlik göstərdi. Yəni bu proqram təminatındakı məlumatlar məhkəmədə təqdiqd edilmədi. Bu məlumatlar məhkəmədə təqdiqd edilmədiyinə görə,həmçinin tədqiq edilmədiyi üçün mənbəyi məlum olmadığına görə, şahid Quliyev Nizami təhmazib oğlunun ,Quliyeva Samirənin ifadələri ilə bu məlumatların mötəbərliliyi təsdiq yox,təkzib olunduğuna görə,ittihamın sübut kimi təqdim etdiyi gündəlik kassa hesabatı sənədləri məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilə bilməz.
Bundan Əlavə  cinayət işinin 8-ci cild 63-cü səhifəsində əksini tapan  ittiham tərəfin şahidi Leusova Fidan Ayaz qızı məhkəmə istintaqındakı Samirə Quliyeva ilə eyni məzmunlu ifadə verərək   göstərdi:” İlqar İsmayılov şirkətin xəzinəsindən pulu özü götürəndə,yəni özünün xəbəri olnada məxaric orderini imzalayırdı,lakin xəbəri olmayanda imzalamırdı”,” Mən baş mühasib işlədiyim dövrdə 320312 məbləğində pulun hissə-hissə işlədiyim müəssisənin xəzinəsindən hansısa bir şəxsin kreditinin ödənilməsi üçün məxaric olunmasının şahidi olmamışam”, “ 80564,1 manat məbləğində pulun şirkətin xəzinəsindən hissə hissə məxaric edilməsiylə bağlı qəbzləri görüb-görmədiyim yadımda deyil”, “ 280.000 manat məbləğində  pulun şirkətin  xəzinsəindən məxaric olunması daşınmaz əmlakın alınmasına yönəldilməsinin şahidi olmamışam”
     Göründüyü kimi məhkəmədə dindirilən, ittiham tərəfin şahidlərinin ifadələri ittihamı təkzib edir.       

                                  İlqar İsmayılova qarşı irəli sürülən ittiham sübutsuzdur

Məhkəmənin nəzərinə çatdırıram ki, ittiham İlqar İsmayılovu 2013-2016-cı illər ərzində  təsisçilər arasında dividend bölgüsü ilə bağlı razılaşma olmadığı, dividendin bölünmədiyi, digər təsisçi Zərifə Həmzəyevanın dividend almadığı halda, ”İdeal Kompani” MMC-də direktor səlahiyyətlərindən sui-istifadə edərək ,öz şəxsi kreditlərini ödəmək və sair şəxsi məqsədlərinə xərcləmək məqsədilə  “ İdeal Kompani” MMC-dən  680.000 manat vəsait xərcləməkdə ittiham edir. Yoxlanılan dövrdə,məhz ittihamın sübut kimi istinad etdiyi Proqram təminatı ilə aşkarlanmış “Gündəlik kassa hesabatlarında” yoxlanılan dövrdə digər təsisçi Zərifə Həmzəyevaya verilən  5833296( beş milyon səkkiz yüz otuz üç min iki yüz doxsan altı ) manat manat dəyərində dividendlər açıq aşkar öz təsdiqini tapır. Bundan əlavə həmin hesabatlarda  yoxlanılan dövrdə İlqar İsmayılov tərəfindən "İdeal Kompani” MMC-nin kassasına 2717800(iki milyon yeddi yüz on yeddi min səkkiz yüz ) ABŞ dolları, 449844409(Dörd milyon dörd yüz doxsan səkkiz min dörd yüz qırx manat) 780000 (yeddi yüz səksən min ) Avro məbləğində mədaxillər edilməsi həm kassa mədaxil sənədləri həm də kassa hesabatları vasitəsilə öz təsdiqini tapmışdır.Həmin sənədləri məhkəmə istintaqı mərhələsində məhkəməyə təqdim edərək sübut kimiqiymətləndirilməsini xahiş etmişik. Bir daha məhkəmənin  nəzərinə çatdırırq ki,bu məlumatlar istintaq tərəfindən   01.01.2013-cü ildən -07.02.2017-ci il tarixədək ölan dövr üçün  proqramın konfiqurasiyasına daxil olmaqla “Apacer” markalı yaddaş kartına köçürülərək götürülmüş və cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə istintaqının sübutların yoxanması mərhələsində həmin yaddaş kartındakı məlumatların tədqiq edilməsini xahiş etdik. İttiham tərəfi də İlqar İsmayılova qarşı irəli sürdüyü ittihamı bu proqram təminatından çıxarışlarla sübut etməyə çalışır. Lakin yaddaş kartı məhkəmədə açılmadı,tədqiq edilmədi,belə olan halda məhkəmə həmin Proqram təminatından ittihamın çıxarışlarını sübut kimi qəbul edib qiymətləndirərsə,bu halda müdafiə tərəfin çıxarışlarını da qəbul etməlli və digər təsisçi Zərifə Həmzəyevanın 5833296( beş milyon səkkiz yüz otuz üç min iki yüz doxsan altı ) manat gəlir götürməsi halını təsdiq etməlidir. Bu halda ilqar İsmayılov 25 faiz payla təsisçi olsa belə heç olmasa bu məbləğin yarısını şirkətdən götürə bilərdi. Deməli 680.000 manat götürməsi sübuta yetirilsə belə, 5833296( beş milyon səkkiz yüz otuz üç min iki yüz doxsan altı ) manatın yarısını almalı olması və şirkətə 2717800(iki milyon yeddi yüz on yeddi min səkkiz yüz ) ABŞ dolları, 449844409(Dörd milyon dörd yüz doxsan səkkiz min dörd yüz qırx manat) 780000 (yeddi yüz səksən min )Evro manat mədaxil etməsi( Bu mədaxillər də gündəlik kassa hesabatı sənədləri ilə, mədaxil qəbzləri ilə,şahid Həbib Qarayev,Samirə Quliyevanın ifadələri ilə  öz təsdiqini tapır) ödəməsi nəzərə alınaraq,bu məbləğlərdən 680.000 manat çıxılanda ,” adore Kompani” MMC-nin İsmayılov İlqara 7 milyona qədər borcu qalmış olur. Yox məhkəmə həmin proqram təminatını araşdırmadığına görə,bu proqram təminatından çıxarış kimi müdafiə tərəfin sübutlarını mötəbər sübut kimi qiymətləndirməyəcəksə, onda ittiham və müdafiə tərəfin sübutlarına bərabər yanaşma nümayiş etdirməklə,ittiham tərəfin sübutlarını da mötəbər sübut kimi qiymətləndirməməli və İsmayılov İlqara bəraət verməlidir.
Bütün bunlardan əlavə Ən vacibi həm də odur ki, İlqar İsmayılov artıq AR Baş Prokurorununu Korrupsiyaya  Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin imzaladığı 23 yanvar 2018-ci il tarixli “ cinayət işi üzrə icraata xitam verilməsi barədə “ qərarla  hazırda araşdırılan dövr üzrə cinayət təqibinə məruz qalmış və icraata xitam verilmişdir.Həmin qərarın 3-cü səhifəsinin 4-cü abzasına göstərilir: ( cinayət işinin materialları cild 1,səh  44) “ iş materiallarıa əlavə edilmiş mütəxəssis yoxlamasının nəticəsinə dair  15 yanvar 2018-ci il tarixli  mütəxəssis aktına əsasən müəyyən edilmişdir ki,  2011-2016-cı illər ərzində  İlqar İsmayılovun adından mədaxil edilmiş məbləğlərlə onun adından məxaric edilmiş məbləğlərin fərqi  müsbət saldoda olmuşdur. Həmin hissədə İlqar İsmayılovun adına artıq məbləğdə vəsait məxaric edilməsi aşkar edilməmişdir.” 

Göründüyü kimi, İlqar İsmayılov yenidən 2013-2014-cü illərdə 680.000 manat vəsait məxaric edib mənimsəməkdə ittiham olunur. Halbuki o bir dəfə 2017-ci ildə bu ittihamla həbsdə olub,artıq məbləğ məxaric etməməsi sübuta yetib, şirkətdəki payına və “ İdeal” əmtəə nişanına hüquqlarından imtina edən sənədə imza etməklə həbsdən çıxıb,lakin təkrar eyni haqqını tələb etdiyinə görə eyni ittihamla həbsə olunub.

Hörmətli məhkəmə, hörmətli proses iştirakçıları. Bu ittihamın absurdluğunu, əsassızlığını sübut etmək üçün daha nə edək, necə danışaq, bilmirəm. Çünki uzun müddətdir ki, “görmürəm, eşitmirəm, duymuram” reaksiyası ilə qarşılaşırıq.

Qanuna və Ədalətə qalarsa İlqar İsmayılova dərhal bəraət veriilməlidir və hətta bu bəraətdə Ədalət Çox, Çox gecikib.

Dünya  ədalətində Haqqın və Qanunun müdafiəsinin böyük ustadlarının  xatirəsi ona görə dəyərlidir ki, onlar bir insanın taleyi ilə bağlı konkret bir faktın dərk edilməsinə qədər enə bilmiş, sonra onun əhəmiyyətini yüksəldə bilmişlər. İlqar İsmayılovun taleyi ilə bağlı olub onu bu gün dəmir barmaqlıqlar arxasına salan fakt isə bu gün hamımıza məlumdur. Bu faktın əhəmiyyətinin onu həyatdan məhrum etməyə qədər yüksək olduğunu dərk etməliyik. İlqar İsmayılovun hadisəsi bu gün  bütün cəmiyyəti narahat edən bir problemdir.
 Hamımıza yaxşı məlum olan inkivizisiyanın bir xüsusiyyəti var idi. Cinayət nə qədər dəhşətli olurdusa,mühakimə etmək üçün sübut o qədər az tələb olunurdu.  İnkivizisiyanı pisləsək də, mahiyyətcə, istər istəməz  nəinki onun səviyyəsinə enir, hətta onun səviyyəsindən də enirik...
 İlqar İsmayılova elan olunan ittiham dəhşətli cinayət deyil. O, özünün yaratdığı və 50 faiz payla təsisçisi olduğu, illik gəlirii milyonlarla ölçülən şirkətdən, digər həmtəsisçisi ayda ən azı beş yüz min manat,yoxlanılan dövr üçün  beş milyon səkkiz yüz min manatdan çox vəsait  götürdüyü halda, İlqar İsmayılovun isə bu şirkətə beş milyondan artıq mədaxil etdiyi halda,altı yüz səksən min mant götürüb mənimsəməkdə ittiham olunur. Özü də sübutsuz ittiham olunur, 10 aydır həbsdə saxlanılır, qanunsuz həbsdən azad edilməsinə dair vəsatətlərimiz fayda vermir, çünki İlqar İsmayılov əslində “itaətsizlik “ kimi  “çox dəhşətli” cinayət törətmişdir və o inkivizisiya qaydasında, sübutsuz mühakimə olunmalı, hətta imkan varsa şəhərin ən görünən yerində dar ağacından asılmalıdır ki, hər kəsə dərs olsun. 
 

İlqar İsmayılova və onun oğluna ədalət istəyən anasına isə  Tolstoyun məşhur “Diriliş” romanını yazmağa ilhamlandırmış Rossaliya Onni hekayəsi ilə müraciət etmək istəyirəm :  “Qarşılıqlı məyusluq və peşmanlıq hissləri  Onun tərəfindən nifrətə çevriləndə Rəbb onun üzərindəki pərdəni endirdi,Rəbbi ona mərhəmətli idi,sağ əlini ona qədər uzatdı.  Onu ruhən diriltmək, mənəvi təkan və yüksəlişi yaşatmaq üçün qanadlarını aşağı salmağa imkan vermişdi.Bu ən qəddar təbiət səhnəsi idi.Amma o ruhdan düşmədi,O canlandı,o dərs verdi, yenidən qanadlarını qaldırdı,daha yüksəklərə uçdu,amma cəzalandırmadı və intiqamı ilə məhv etmədi.”
 (Rosalia Onni hekayəsinə)

 Və nitqimi F.N.Plevakonun monarxiyanın ideoloji qalası olan pravoslav din xadimlərinə müraciəti ilə tamamlayıram  “Sizə həvalə edilmiş icmaların divarlarını daha yüksək, daha yüksəklərə çəkin ki, dünya sizin cəfəng və papaq örtüyü altında etdiyiniz əməlləri görməsin, monastır!”

Daha sonra vəkil Rəşad Əliyev müdafiə çıxışını davam etdirib. O, məhkəmədən İ.İsmayılova bəraət istəyib

Proses yanvarın 7-də vəkillərin müdafiə çıxışıyla davam edəcək.

Qeyd edək ki, İlqar İsmayılov 2013-2016-ci illərdə vəzifəsindən sui-istifadə edərək şirkətin kassasından 680 min manata yaxın vəsaiti götürüb şəxsi ehtiyaclarına xərcləməkdə suçlanır. Ona CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham verilib. Amma İsmayılov özünü təqsirli bilmir. Onun sözlərinə görə, “İdeal”ın əlindən alınması barədə dövlət orqanlarına şikayətlərinə və mediadakı çıxışlarına görə cəzalandırılıb. İsmayılov həbsindən təxminən bir həftə öncə sosial media hesabında AZAL prezidenti Cahangir Əsgərovun iş otağında təzyiqə məruz qaldığını, onun və həyat yoldaşının təhdid və təzyiqləri altında Samir Əliyevi “İdeal”ın direktoru təyin etmək məcburiyyətində qaldığını yazmışdı. “İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib. Həmzəyeva eyni zamanda, Azərbaycanda kosmetika məhsullarının istehsalçısı olan “Gazelli Group”un przidenti, "Premium Bank”ın da əsas təsisçisidir. Həmzəyevanın nümayəndəsi şikayətlərə görə İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib, CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını tələb edib.

Lakin məhkəmə İsmayılovu haqlı sayaraq, ona bəraət verib. Məhkəmə belə nəticəyə gəlib ki, İsmayılovun AZAL prezidentinin xanımına böhtan atması, onu təhqir etməsi haqda iddialar sübuta yetirilməyib.
Xatırladaq ki, İ.İsmayılova AR CM-in 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Lakin İ.İsmayılov ittihamları qəbul etmir və özünü təqsirli bilmir.

Gülnaz Qənbərli
Azadmediatv.com

 





OXŞAR XƏBƏRLƏR