İnes Eissa İncəsənət Gimnaziyasında gənc rəssamlara ustad dərsləri keçib

İnes Eissa İncəsənət Gimnaziyasında gənc rəssamlara ustad dərsləri keçib

Fevralın 7-də   Misirin tanınmış rəssamı İnes Eissa Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasında gənc rəssamlara ustad dərsləri keçib.

Azadmediatv.com-un xəbərinə görə,  tanınmış rəssam İnes Eissa şagirdlərə yeni üsul praktikadan istifadə qaydalarından bəhs edərək, bunun rəssamlıq sənətinə gətirəcəyi yeni ideyadan danışıb.

Belə ki, İnes Eissa məktəblilərlə öz rəssamlıq metodlarının sirlərini paylaşıb. O,  çıxışında Azərbaycanın Günay Mehdizadə, Tahir Salahov, Sakit Məmmədov kimi tanınmış rəssamlarınım əl işləri ilə yaxından tanış olmaq imkanı əldə etdiyini də vurğulayıb. Onların hər birinin öz dəsti-xətti olduğunu və bu rəssamların əsələrinin böyük maraq kəsb etdiyini bildirib.

Azərbaycanın müasir ölkə olduğunu və burada incəsənətə böyük sevgi və qayğı ilə yanaşıldığını vurğulayan rəssam Azərbaycan xalqının öz adət-ənənələrini və milli dəyərlərini qoruyub-saxlamağı bacardığını da qeyd edib.

 Gimnaziyanın direktoru Aytən Əhmədova mətbuata açıqlamasında bildirib ki,  bu cür ustad dərslərinin həm şagirdlərin dünyagörüşünün formalaşmasında, həm də gələcəkdə yaradıcılıq işlərində mühüm rol oyanayacaq.Onun sözlərinə görə, şagirdlərin fərqli yanaşama tərzi olan rəssamların işləmə prinsipi ilə tanışlığı onların gələcək fəaliyyətlərində də müstəsna xidmətləri olacaq.

Ustad dəslərinin sonunda Gimnaziya tərəfindən rəssama təşəkkürnamə təqdim edilib.

Azadmdiatv.com