“NBCBank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq

“NBCBank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq

“Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “NBCBank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

Azadmediatv.com-un xəbərinə görə, hərrac aprelin 6-da  baş tutacaq. Belə ki, hərraca çıxarılan daşınmaz əmlak, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi ev 81/13, mənzil 43; 44; 45/47; 46; 49/50 ünvanında yerləşən (ü/s 279,09 kv.m) yaşayış sahəsidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 268 000 manatdır. 

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər bunlardır:  F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan:Bakı şəh., Yasamal ray, məhəllə 593, Ə.Salamzadə küç. 2C (3-cü mərtəbə). Tel: 050/055-206-66-67

Azadmediatv.com




OXŞAR XƏBƏRLƏR