Naxçıvan MR-in Bakıdakı nümayəndəliyi Nehrəmdə məktəbin çökməsi ilə bağlı məlumat yayıb

Naxçıvan MR-in Bakıdakı nümayəndəliyi Nehrəmdə məktəbin çökməsi ilə bağlı məlumat yayıb

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyi Nehrəm qəsəbəsindəki orta məktəbin divarının çökməsi ilə bağlı məlumat yayıb.

Azadmediatv.com-a Naxçıvan MR-in Nümayəndəliyindən verilən məlumata görə,  Babək rayonunun Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə 2022-ci il martın 1-dən etibarən yenidənqurma işləri həyata keçirilib:

" 2022-ci il 31 mart tarixində Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə tikinti işləri aparılarkən binanın bir divarının çökməsi nəticəsində 3 nəfər tikinti işçisi həlak olub, 1 nəfər isə xəsarət alıb.

Aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri barədə araşdırma aparılır."

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR