Afrika səhralarının toz kütlələrinin Azərbaycan ərazisinə daxil olacağı gözlənilir

Afrika səhralarının toz kütlələrinin Azərbaycan ərazisinə daxil olacağı gözlənilir

Aprelin 1-də cənub-qərb istiqamətli hava axınları vasitəsilə Afrika səhralarında formalaşan toz kütlələrinin Azərbaycan ərazisinə daxil olacağı gözlənilir.

Azadmediayv.com-a bu haqda Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova məlumar verib.

Onun sözlərinə görə, peyk görüntüləri də bunu təsdiqləyir. Belə ki,  respublika ərazisində, əsasən də regionlarda havada toz hissəciklərinin miqdarının normadan artıq olacağı ehtimal olunur.

G.Abbasovanın sözlərinə görə, toz dumanının davam etmə müddəti və havanın çirklənmə səviyyəsi barədə əlavə məlumat veriləcək.

Azadmediatv.com




OXŞAR XƏBƏRLƏR