Ombudsman Mərakeş Krallığının ədliyyə naziri ilə görüş keçirib

Ombudsman Mərakeş Krallığının ədliyyə naziri ilə görüş keçirib


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Mərakeşə səfəri çərçivəsində ölkə Krallığının ədliyyə naziri Abdullatif Ouahbi ilə görüş keçirib.

Azadmediatv.com-a Ombudsman Aparatından verilən məlumata görə, görüş zamanı Azərbaycanda ədliyyə sahəsində  aparılan islahatlar, ədliyyə orqanları ilə əməkdaşlıq istiqamətləri və Ombudsmanın mandatı barədə nazirə ətraflı məlumat verilib.  Ombudsman  Vətən müharibəsi dövründə həyata keçirdiyi fəaliyyət barədə danışıb. O, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu dövrdə minalarla çirkləndirilməsi, hazırda bu problemin yaratdığı ciddi fəsadlar, habelə müharibə nəticəsində itkin düşmüş dörd minə yaxın azərbaycanlının 30 ilə yaxındır naməlum qalan taleyi ilə bağlı da məlumat verib.

Ombudsman yekunda nazirə qəbula görə təşəkkürünü bildirib.

Azadmediatv.com


 





OXŞAR XƏBƏRLƏR