Dilarə Miriyeva:

Dilarə Miriyeva: "Lazım gələrsə, bəzi dəlilləri də mən açıb ortaya qoyaram"

AXCP-də partiyadaxili qruplaşmaların intriqaları hələ də davam edir.

Azadmediatv.com-un xəbərinə görə, partiyanın sabiq üzvü Dilarə Miriyeva da bu qruplaşmaların apardığı intriqların qurbanı olub. Belə ki, partiyanın Məmməd İbrahim qanadının üzvləri siyasi fəal D.Miriyevaya qarşı apardıqlarrı  məqsədyönlü qarayaxma kampaniyası sosial şəbəkələrdə müzakirə obyekti olub. Siyasi fəal Miriyeva isə ona qarşı aparılan iyrənc kampaniyanı AXCP sıralarındakı əqidəli insanların mübarizəsinə atılan şər-böhtan hesab edir.  D.Miriyeva AXCP sıralarından istefa versə də, ona qarşı qısnamalar davam edir. Siyasi fəal bunu sosial şəbəkələrdəki statuslarında açıqlayır. O, hesab edir ki, AXCP-də partiya üzvləri arasında ayrıseçkilik edilir. Bu günlərdə partiyanın səlahiyyətli funksionerlərindən  birinin haqqında yayılan görüntülərdən sonra D.Miriyeva yazıb:
"Allahın çomağı yox ki, vurub gözünü çıxarsın.))
MNTK nın qərarı ilə partiyadan uzaqlaşdırırsınız ki, partiyaya tüpürüb, rəhbəri təhqir etmisən. Əlimizdə səs qaydın var və s. O səs qaydını atın insanlar da görsün. Kimsənin içində şübhə qalmasın. Dediyiniz səs qaydında sizin etdiyiniz haqsızlığ və saxtakatlıqdan danışıq gedib. Siz açıqlamırsınız, mən deyim o zaman.Tüpürmək də ki, partiyaya deyil, partiya liderinə deyil, içinizdə dikdatorluq quran şəxsə yönəldiyini də hamınız çox gözəl bilirsiniz. Sadəcə, o şəxs "funksioner" mövqe tutduğuna görə onu savunursunuz.
P.S. Elə isə dəfələrlə partiya sədrinin arxasınca oyun oynayan birinin səs qaydı, eyni zamanda əxlaqsız videosu sosial şəbəkədə paylaşılır, lakin sanki qurbağa gölünə daş atılıb kimsənin səsi çıxmır. Əgər "ədalət" tərəfdarısınızsa, bunu da uzaqlaşdırın. "Ədalətli seçki"-, deyə bağırırsınız, o zaman özünüz ədalətli seçki keçirdin, sonra qarşı partiyadakı saxtakarlıqdan danışın.
Görək  dəfələrlə səs qaydı yayılan əxlaqsız videosu paylaşılan şəxsə MNTK doğru qərar verəcəkmi? Açıqlamaları nə olacaq mərak edirəm.))
Lazım gələrsə, bəzi dəlilləri də mən açıb ortaya qoyaram. Hələ xanımının 2 il əvvəl onun haqqında mənə yazdıqlarını açmıram.))
Həmin yazını elə o zaman 2 nəfərlə də paylaşmışdım, yəqin ki xatırlayırlar))".

Qeyd edək ki, D.Miriyevanın AXCP sıralarından istefasından sonra partiyanın bir neçə üzvü də ona dəstək göstərib partiyada aparılana çirkin oyunlara etiraz olaraq istefa verib.

Нет описания.
Нет описания.

Azadmediatv.com

 





OXŞAR XƏBƏRLƏR