"Suqovuşan fatehi" filminin təqdimatı keçirilib

Aprelin 2-də Vətən Müharibəsi şəhidlərindən  Səid  Əbilovun  xatirəsini əbədiləşdirmək məqsədi ilə "Suqovuşan fatehi" filminin Bərdə şəhəri Mədəniyyət mərkəzində təqdimat mərasimi keçirilib.

Azadmediatv.com-un xəbərinə görə, filmin ssenarisi və ideyasi Günel Əliqızı, rejissoru Ramin Bağırovdur. Təqdimat mərasimində şəhid ailələri, qazilər, KİV nümayəndələri, rayon ictimaiyyəti iştirak ediblər. Çıxış edənlər şəhidin döyüş yolu, uşaqlıq xatirələri, arzularından söz açıblar.

S.Əbilovun ailə üzvləri tədbir iştirakçılarına öz təşəkkürlərini bildiriblər. Rayon rəhbərliyi ölkə başçısı və Mehriban xanıma şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə tminnətdalıq ediblər.

G.Əliqızı bu  layihənin davam edəcəyini və  sözügedən filmin müxtəlif bölgələrədə nümayiş etdiriləcəyini  deyib.

Azadmediatv.com