Seymur Həzi ilə ikinci

Seymur Həzi ilə ikinci "Razi Nurullayev projesi" - İDDİA

"Azərbaycan Reallığı" İnformasiya Agentliyi  AXCP-dəki  mənbəsinə istinadən cəmiyyətdə sensasiya doğuracaq məlumat yayıb.  

"Azərbaycan Reallığı" İnformasiya Agentliyi partiyadakı mənbəsinə istinadən bildirir ki,  2014-2015-ci illərdə AXCP-də icra edilən "Razi Nurullayev projesi"nə oxşayan yeni bir projenin cərəyan etməsi müşahidə olunmaqdadır. Artıq yeni ssenarinin qəhrəmanı da məlum olub. Əli Kərimli ömrünün yarısı qədər vaxt intervalında sədri olduğu partıyanı, partıya kimi yox, özünün şəxsi fabriki kimi idarə etməsi AXCP daxilində ciddi narazılıqlar və çaxnaşmalar yaradıb. Partiya daxilində yaranmış yeni qruplaşma öz namizədi kimi partıya sədrinin hql hazırda muavini olan Seymur Həzini müəyyən edib.

Seymur Həzi

Bir neçə il öncə "Razi Nurullayev projesi"nin yerində Seymur Həzi projesinin olması hallanırdı. Ancaq həmin illərdə Seymur Həzi hakimiyyətin başqa bir qanadının, başqa bir qolu olduğuna görə, onun bu iddasının qarşısını keçmiş boz kardinal Ramiz Mehtiyev üzun muddətli həbsə göndərməklə almışdı. 

Razi Nurullayev

Bir sözlə, Ramiz Mehtiyev AXCP-də Ə.Kərimlinin postuna heç vaxt kiminsə gəlməsinə razılıq verməyib. İddialı olanları isə şərləyib həbs etdirərək Kərimlinin yollarındakı maneələri hər zaman aradan qaldırmışdı. Cənab Mehtiyev tutuğu postdan vurularkən Kərimlinin hətta mitinq keçirərək dolayısı ilə onu müdafiə etməsi, cərəyan edən prosesin əyani subutdur. 
Əli Kərimli — Vikipediya
Əli Kərimli 

Mənbə idda edir ki, AXCP daxilində yaranmış bu narazılıq artıq pik həddindədir. Partiyada qruplaşmış Seynur Həzi qanadına isə rəyasət heyətinin üzvü Emil Səlimli və İlham Hüseynli başçılıq edir. Onlar artıq daxili "WhatsApp" qrupu da yaradıblar. Bu daxili qrupda partiyanın bir neçə gənc fəalları və yaşlı nəsil numayəndələrinin təmsil olunduğu bildirilir. İlkin məlumatlara görə, tanınmışlardan qrupda adı keçən şəxslər bunlardır: Nurəddin Məmmədli, Baba Süleymanlı, Asif Yusifli və.s kimi digər  partıya funksanerləri. Son zamanlar Seymur Həzinin yazdığı statsuların "like" edilməsindən və paylaşılmasından ona yaxın fəalları müəyyən etmək elədə çətin deyil. 
Nurəddin Məmmədli: Mitinqi həm də test xarakterli yanaşma kimi  dəyərləndiririk
Nurəddin Məmmədli

Etibarlı mənbə onu da bildirir ki, daxili savaş yaxın zamanlarda mediaya da sızacaq. Belə ki, projenin hərəkətlənməsi barədə məlumatların Seymur Həziyə yaxın olan partıya funksanerləri vasitəsi ilə bəzi xəbər saytlarında dərc edilməsi istqamətində işlər gedirmiş, lakin, Ukrayna-Rusiya müharibəsi ansız gündəmə düşdüyünə görə, bu plan qeyri-müəyyən vaxta ərtələnib. 
Asif Yusifli (@asifyusifli) / Twitter
Asif Yusifli

Mənbə eyni zamanda bildirir ki, son vaxtlar Seymur Həzi maliyyə problemi də yaşamır. Hətta vəziyyət o yerə qədər qənaətbəxşdir ki, Əli Kərimli tərafdarları 1-2 manatliq çayxanalarda otura bilmədiyi vaxtlarda Seymur Həzi tərafdarlarını şəhərin mərkəzində bahalı restoranlara dəvət edir, orada onlara yüksək hesablar ödəyir. 

Yəni, hakimiyyətin hansısa qanadı ona yetərincə maliyyə ayirır və bu dəvətlər eyni zamanda hesablar maliyyələşmənin subutudur.

Araşdırmamız davam edir. Davamı olacaq...

AZƏRBAYCANREALLIĞI.COM  





OXŞAR XƏBƏRLƏR