Hərbi Prokurorluq: "Hərbçiyə zor tətbiq edilməsi görüntüləri ilə bağlı araşdırma aparılır"
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində bir hərbi qulluqçunun digərinə qarşı zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı Bakı Hərbi Prokurorluğunda hazırda araşdırma aparılır.
Azadmediatv.com Hərbi Prokurorluğun Mətbuat Xidmətinə istinadən xəbə verir ki, məsələ diqqət mərkəzindədir.
"Qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcək", - məlumatda qeyd olunub.
Azadmediatv.com