Ər küçədə əvvəlcə arvadını  sonra özünü odlu silahdan atəş açaraq qətlə yetirib - YENİLƏNİB-2

Ər küçədə əvvəlcə arvadını sonra özünü odlu silahdan atəş açaraq qətlə yetirib - YENİLƏNİB-2

Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsində bu dəqiqələrdə ölümlə nəticələnən hadisə baş verib.

Azadmediatv.com  xəbər verir ki, hadisə yerində olan şahidlərin sözlərinə görə,  kişi yaşadığı ərazidə əvvəlcə arvadını  sonra isə özünü  odlu silahdan atəş açaraq qətlə yetirib. Qonsularınını dediyinə görə,  gənc ailənin azyaşlı tək övladları  var. Hadisə baş verəndə o evdə olmayıb. 

xxx

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Sabunçu rayonu ərazində Rasim Xəlilov adlı şəxs həyat yoldaşı Misri Xəlilovanı özünə məxsus ov tüfəngi ilə güllələyərək öldürüb, sonra isə özünü güllə ilə vuraraq intihar edib.

Nazirlikdən bildirilib ki, ailədə indiyədək  münaqişə olması ilə bağlı polisə məlumat daxil olmayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ov tüfəngi maddi sübut kimi götürülüb.

Araşdırma aparılır.

xxxx

Prokurorluq Bakıda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Sabunçu Rayon Prokurorluğundan  verilən məlumatda deyilir: "Aprelin 6-da  Sabunçu rayonu ərazisində 1997-ci il təvəllüdlü Misli Xəlilova və 1978-ci il təvəllüdlü Rasim Xəlilovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla Misli Xəlilovanın keçmiş əri Rasim Xəlilovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı odlu silahla atəş açaraq Misli Xəlilovanı qəsdən öldürməsinə, daha sonra özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir".

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR